Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,16 Mb.
səhifə10/14
tarix20.01.2017
ölçüsü1,16 Mb.
#797
1   ...   6   7   8   9   10   11   12   13   14

Atlantic ranger – siyənək balığı

on both sides of the Atlantic – həm Avropada, həm də Amerikada

try to sweep Atlantic with a broom – mümkün olmayanı etməyə çalışmaq

Attic salt hazırcavablıq

the curse of Babel – anlaşılmazlıq

the tower of Babel – anlaşılmazlıq

drank/full as the Baltic rxoş, içkili

Xalq dilinə məxsus bu cür frazeoloji vahidlərin bədii ədəbiyyatdakı imkanları da genişdir. Frazeoloji vahidlər bədii ədəbiyyatda müxtəlif vəzifələr daşıyır: personajların dilini fərdiləşdirib tipikləşdirir; portretin, mənəvi keyfiy­yətlərini səciyyələndirir, daxili həyəcanlarını əks etdirir; yazıçının təhkiyə dilini ümumxalq dilinə yaxınlaşdırır; əsərə milli kolorit gətirir; təsvir zamanı canlı bədii lövhələr yaradır; əsərin süjetinin maraqlı qurulmasında, ideyasının təsirli çıxmasında mühüm rol oynayır; oxucunun, dinləyicinin marağını artırır. [2, s.139] Bədii əsərlərdən gətirilmiş nümunələrə diqqət yetirək:

Dərə xəlvət tülkü bəy! O bəy də mənəm. (A.Səhhət); Onun Araz aşığındandır, Kür topuğundan. (A.Şaiq); Mərd kişinin başı qovğada gərək deyərlər; “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni”. (N.Vəzirov); Xeyr yoldaş Çaparidze, - dedi, - elə bil ayağımın altından yer qaçır. Mən bunu niyə başa düşməmişəm? (M.Hüseyn); Bədirli onu qabaqlamaq istədi: “Hamı işə can yandırsa, vallah dağı dağ üstünə qoyarıq.” (M.Hüseyn.); Qızlar bulağından su içən, on yeddi yaşına yenicə yetişən gözəl Sevgili Şükransız yaylağa qalxmaq istəməmişdir. (S.Rəhimov); Mustafa kişi ataların bir sözünü həmişə qulağında sırğa edərdi: “Çağırılan yerdən qalma, çağırılmayan yerə varma” və deyərdi: “Palaza bürün, elnən sürün”. Ancaq iş burasında idi ki, yazıq Mustafa kişinin daha nə sürünməyə taqəti qalmışdı, nə də bürünməyə palazı. (Ə.Səmədli); Axı bu qonaqlıq məsələsini dünən İdris mənim qulağıma pıçıltı ilə elə demişdi ki, özüm zorla eşidə bilmişdim. Odur ki, yoldaşlarımdan ayrılıb öz-özümə – Doğrudan da yerin qulağı varmış, – dedim. (Ə.Səmədli)

Aya deyir: Sən çıxma, mən çıxım,

Günə deyir: Sən çıxma, mən çıxım.

Kim belə qızdan keçər? (R. Rza)

* * *

Aşıq Səmşir, Dəlidağdan keçəndə



Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal məni. (S.Vurğun)

And olsun getdiyim Məkkə və Mədinəyə, əgər sən bu işi düzəltsən, sənə yüzcə manat pul verərəm. (N.Vəzirov); Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan. Kazakları aldadıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməsinlər. (M.F.Axundov); Bu saat Əlimürsəl kişi ağır fikirləri bir an başından qovmaq üçün ikinci dəfə mənim yerli şivəmin bostanına daş atmışdı və mən bu böyük şəhər təkəbbürünə qarşı kiçik dağ kəndinin təkəbbürü ilə mübaliğə edərək, öz növbəmdə Abşeron şivəsinin bostanına heç olmasa xırdaca bir daş atmaq istəyirdim. (Ə.Məmmədxanlı); Belə məqamlarda Məcid də hərdən segah üstündə dodaqaltı zümzümə edərdi: “Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı.” (Anar); Kamilov elə bilir ki, alçaq dağları o özü yaradıbdır. Necə deyərlər: “Burda mənəm, Bağdadda kor xəlifə”. Elə bilir ki, o olmazsa, lap günün üzü tutular, dünya qara bağlar. (S.Rəhimov)

Imperceptibly Corringham Park was becoming the poor man’s Chelsea. (M.Dickens); On this theory Art is the quickest way out of Manchester and one can lose oneself in a novel or forget one’s troubles at the play as in drink. (C.K.Ogden); Leroy let out a whistle and grinned like a Cheshire cat. (Z.Barnes); The word stuck in his head setting a starburst of colored lights like flashing on and off, like Blackpool illuminations. (Z.Barnes); My lodgings might easily have been one of those scruffy little houses by the station – from one Dufton to another. (J.Braine); The interests of Great Britain had to be defended in language that should steer safely between the Scylla of weakness and the Charybdis of arrogance. (C.Efvergren); Instead of bidding her hold her Manchester, he had attended to her advice. (C.Efvergren); Mr.Otis said that nothing more could be done that night, and he would telegraph in the morning to Scotland Yard for some detectives to be send down immediately. (O.Wilde); Why should he have been murdered? Basil was very popular and always wore a Waterbury watch. (O.Wilde)

F.Məmmədli “Bədii dilin estetik mənbələri” kitabında qeyd edir ki, bədii ədəbiyyatda frazeoloji birləşmələrdən aşağıdakı kimi istifadə edilir:

1. Forma və məzmuna heç bir dəyişiklik edilmədən frazeoloji birləşmə poetik nitq axınına daxil edilir.

2. Frazeoloji birləşmələrin tərkibindəki söz və ya ifadələrdən biri başqa sözlə əvəz olunur. Bu zaman əvəzedici vahid semantik cəhətdən ya çoxmənalılığa, ya da metaforik imkanlara malik olmalıdır.

3. Ənənəvi modeldə tamamilə ayrı sözlər işlənir. Bu zaman forma ilk növbədə köhnə məzmunu yada salır.

4. Hal və vəziyyət mənası ifadə edən frazeoloji birləşmələr məzmunca insana deyil, mühitə, məkana, zamana istiqamətləndirilir. Nəticədə tək bir adamın deyil, bütöv bir kütlənin əhval-ruhiyyəsi haqqında dolğun informasiya verilir.

5. Frazeoloji vahidin bir hissəsi konstruksiyanın məzmunundan çıxan nəticə ilə calaşdırılır. Bu zaman da frazeoloji birləşmənin əvvəlki forma və məzmunu yada düşür. [3, s.67-68]



Beləliklə, hər iki dildə işlənən toponim tərkibli frazeoloji vahidlər nitqdə estetik, dildə isə kommunikativ məqsədə xidmət edir. Hər iki funksiya bir-biri ilə qarşılıqlı əlaqə və təsirdə olub həm ədəbi dili, həm də real ünsiyyət prosesini zənginləşdirir.
Ədəbiyyat siyahısı


  1. Qurbanov A.M. Azərbaycan dilinin onomalogiyası. Bakı: Maarif, 1988, 596s.

  2. Azərbaycan bədii dilinin üslubiyyatı, Oçerklər. Bakı: Elm, 1970, 340s.

  3. F.Məməmdli. Bədii dilin estetik mənbələri. Bakı: ADPU, 1997, 81s.

  4. Abbasquluyev T. İngilis atalar sözləri və onların Azərbaycanca, rusca qarşılıqları. Bakı: Elm, 1981, 212s.

  5. Alekhina A. Idiomatic English. Minsk: Vysheishaya shkola, 1982, 280p.

  6. Kushovskaya S. English proverbs and sayings. Minsk: Vysheishaya shkola, 1987, 254p

  7. Longman dictionary of English idioms. London: Longman Group Limited, 1979, 389 p.



Irada Ganiyeva

Idiomatic expressions containing toponyms in the

Azerbaijani and English languages.

Summary
In the languages of different systems toponyms denote not only the names of places and geographical names, but they are also used as components of idiomatic expressions. A toponym expresses figurative meanings when used as a component of an idiomatic expression. Part of such expressions was formed by the speakers of language, and part of them by writers and poets.
Ирада Ганиева

Фразеологические выражения содержающие топонимы в Азербайджанском и английском языках.

Резюме
В разносистемных языках томонимы обозначают не только названия мест и географических обьектов, но они также употребляются как компонент фразеологических выражений. Топоним выражает метафорические значения когда употребляется как компонент фразеологического выражения. Часть таких выражений формировались говорителями языка, и часть из них писателями и поэтами.

Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu
Rəyçilər: filologiya elmləri doktoru,professor Q.Məşədiyev

filologiya üzrə fəlsəfə doktoru M.Əsədova

Zülfiyyə Quliyeva (İbrahimova)

AMEA, Nəsimi adına Dilçilik İnstitutu
ƏDƏBİ DİL ONOMASTİKASINDA KLASSİK VƏ DİNİ ONOVAHİDLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ

(Cəlil Məmmədquluzadənin bədii əsərləri əsasında)

Açar sözlər: satirik üslub, onomastika, antroponim, komizm, üslubi xüsusiyyətlər

Ключевые слова: сатирический стиль, ономастика, антропоним, комизм, стилистические особенности

Key words: satirecal style, onomastics, antropohym, comic, stylistic-feature.
Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edən Cəlil Məm­məd­­quluzadə yaradıcılığı ədəbi dil ta­ri­xi­­­mizdə, ədəbi dilimizin üslubi im­kan­larının zən­ginləşməsində əsas rol oy­nayır. Məlumdur ki, Cəlil Məmmədquluzadə XIX əsrin sonu, XX əs­rin əvvəllərində Azər­­bay­can ədəbiyyatı və bədii pub­li­sis­tikasında satirik üs­­l­ubun aparıcı və yaradıcı nümayəndələrindən bi­ri kimi, Azərbaycan üslubi ono­mas­­ti­ka­sı­nın zən­ginləş­mə­sinə öz sanballı töhfələrini vermişdir. Baş­qa söz­­­lə, onun ya­radıcılığında is­tifadə olun­­muş onomastik va­hid­lər Mirzə Cəlil komizminin ər­­sə­yə gəlməsində mühüm va­­­si­tə­lər­­dən biri kimi çıxış etmişdir.

Son dövrlərdə Cəlil Məmmədquluzadə yaradıcılığının ən bö­yük təd­qi­qat­çı­la­­rın­dan biri aka­d. İsa Həbibbəyli, bö­yük ədibin ədəbi irsinin Azər­baycan mə­də­niy­­­yəti, azər­bay­­can­çılıq ideologiyasının formalaşması yö­nündə dəyər kəsb edən cə­­­hətlərindən bi­ri kimi onun dil-üslub oriji­nal­lı­ğını da xü­susi vurğulayaraq yaz­mış­dır: “Mirzə Cəlil Məmməd­qu­lu­za­də­nin bədii nəsri Azərbaycan ədə­biy­ya­tın­da ye­ni bir hadisə idi. Real həyat hadisələrinin ti­pik bədii vasitələrlə təqdimi, zəh­mət­­keş in­san­ların qəribə ta­le­yi, milli oyanış və dirçəlişə çağırış, sadə və koloritli dil-üs­lub ya­­zıçının bədii nəsrinin başlıca istiqamətini təşkil edir” [1, s.13].

Bə­dii ədəbiyyatda komizm üsullarının araşdırılmasına dəyərli monoq­rafiya həsr etmiş professor Qəzənfər Kazımov yazır: “Sa­tira və yu­mor yaratma tex­nika­sı­nın, komizm üsul­la­rı­nın öyrənilməsi üs­lu­biy­ya­tın ən mühüm vəzifələrindəndir. Çün­­­ki komik sənətkarın yazı maneraları di­lin leksik, frazeoloji və qram­matik im­kan­­ları ilə yanaşı, bədii-estetik key­­fiy­­yət­lə­ri­­ni də zənginləşdirir. Üslubiyyat el­min­də bu istiqamətdə apa­rı­lan təd­qiqat dilin es­tetik imkanlarını üzə çıxarmaqla yanaşı, zən­­­­gin satira təcrübəsi əsasında komizm va­sitə və üsulları ilə bağ­­lı ümumi­ləş­dir­mə­lərə də kömək edir [2, s. 9].

Bu nəzəri əsaslara söykənsək, Cəlil Məmmədquluzadənin bə­dii əsərlə­­rinin di­li də elmi araşdırmalar üçün zəngin ma­te­ri­al ve­­rir. “Bədii dildə üslub mə­sə­lə­lə­rin­dən söz açan A.Axundov yazır: “Kiçik adamların: Məhəm­­mədhəsən əmilərin, mü­si­bətli Zeynəblərin, usta Zeynallara, biça­rə Novruzəlilərin faciəli həyatını qələmə alıb, onların özü üçün yazan Mir­zə Cəlil öz əsərlərinin dilinə fikir vermişdir [3, s. 33]. Onu da nə­zərə al­maq la­zım­dır ki, onomastik va­hid­lər­dən ya­­­rarlanmaqda istər C.Məm­mədquluzadə, istərsə də onun qə­­ləm və məslək yoldaşları, əqidə dostları olan baş­qa və­tən­pər­­vər molla­nəs­rəd­­­dinçilər zəngin ənənələrə malik olan klassik Azər­­­baycan və Şərq poeziyasından ye­tərincə bəhrələnmişlər. Bu bəhrələnmənin el­mi əsas­larını tədqiq etmiş görkəmli dil­çi alim, akademik Tofiq Hacıyev belə bir ümu­miləşdirici nə­ti­cə­yə gəlmişdir ki, sa­t­irik üslubda i­ş­lə­dil­miş antroponim və to­­po­­nim­lərin bir qrupu klassik ədə­biy­yat­dan gəlirsə, “ikinci qi­sim xü­susi isimlərə klas­sik lirik üslubda ya tamamilə təsadüf olu­n­­mur, ya da çox nadir hallarda rast gəl­­mək mümkündür” [4, s. 73]. Aydındır ki, klassik ədəbiyyatdan gələn an­tro­po­nim­lər sa­ti­rik ədəbiyyatda, o sı­radan Cəlil Məmmədquluzadə yar­ad­ıc­ılı­ğın­­da daha çox ezop dili süzgəcindən ke­çirilməklə istifadə olu­nursa, bəzən həm klassik po­ezi­ya­da, həm də satirik ədə­biy­­­yat­­da eyni və ya yaxın poetik funksiya daşıyan ono­mas­tik va­hid­­lərə də təsadüf et­mək mümkündür. Ancaq təbii ki, bu, sa­ti­rik ədəbiyyatın apa­rıcı üslubi xü­susiy­yəti deyil və klassik po­e­zi­­­yadakı adlardan istifadə edildikdə hə­min adların müs­tə­qim mə­nalarına satirik-yumoristik çaların qarışdırılması bu ədə­­biy­ya­tın qarşıya qoy­du­ğu ideya-estetik məqsədlərdən irəli gəlir.

Onu da yaddan çıxarmayaq ki, əsasən islam mədəniyyəti kon­­­­­tekstində for­ma­laş­mış klassik Azərbaycan poeziyasında sıx-sıx işlənmiş dini onomastika həm bir­ba­şa, həm də do­la­yı­­sı yolla XIX-XX yüzilliklərin satirik ədəbiyyatına da keç­miş və uy­ğun üslubi çalarlarda işlənmişdir. Klassik poeziya ilə yanaşı, şifahi xalq ədə­biy­ya­tı və canlı xalq dili ono­mas­ti­kası da satirik ədəbiyyatda işlənən adların ar­­­­se­na­lı­nın zənginləşməsində müs­təs­na rol oynamışdır. Bütün bu qaynaqların elmi təsviri və satirik ədəbiyyata təsir üsul­­la­rı­nın araşdırılması ayrıca bir müstə­qil tədqiqatın möv­zusu ol­du­ğu­n­­­­dan, yal­nız bəzi müqayisələr apar­maq­la kifayətlənmək is­tər­dik. Onu da qeyd etmək yerinə dü­şər ki, satirik üslub­da an­tro­ponim yaradıcılığında ənə­nənin rolu nisbətən zəifdir və bu­nu xüsusi vurğulayan tədqiqatçılar belə qənaətə gəl­mişlər ki: “Klassik po­ezi­­ya­nın zəngin leksikonu olmuşdur, lakin ya­ra­dı­­lan yeni sa­tirik üslub üçün bu lüğət eh­­tiyatı eynən yaramır. Bu lüğəti “parçalamaq”, ənənəni “sın­dır­maq” və poeziya lü­­ğə­ti­­­­­ni yeniləşdirmək lazım idi [5, s. 6].

Ana­dilli ədəbiyyatımızın ilk klassik örnəklərindən olan İz­­zəddin Hə­sə­no­ğ­­lu­nun ilk qəzəlində işlədilmiş “Dilbər” an­tro­po­­­nimi klassik Şərq poeziya­sında çox ge­­niş yayılmış bir obraz olub, fars dilindən tərcümədə “ürək aparan, könül aparan” mə­­­na­­sını verir və sevgili, gözəl məzmununu özün­də ifadə edir [6, s.73] (bax: Cə­lil Məmmədquluzadənin “Şəhər və kənd” hekayəsində Dilbər obraz – [1, 323]. Hə­sən­oğ­­lunun qə­zə­l­ində işlənmiş “dilbər” də gös­tə­rilən mənaları ehtiva edir. Ma­raq­lı­dır ki, qəzə­lin birinci mis­ra­­sında şair sanki “dilbər” sözünün ifadə etdiyi hərəkət, fə­­a­­liy­­­yət mənasını açaraq bunu türk dilində vermişdir:


Apardı könlümü bir şux, qəməryüz, canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər [7, s. 25.].
Həsənoğlu dilbərin hərfi mənasını – könül aparmağını aç­maq­la ki­fa­yət­lən­mə­­yib, onun başqa sifətlərini də – ­ “şahid” (gö­zəl) olmağını (Şahid - ər. “şahid – bir hadisəni, əhvalatı öz gözü ilə görmüş adam; gözəl, göyçək deməkdir [6, s. 301] və üstəlik “şahidi-sər­vər” (gözəllər başçısı) ol­duğunu xüsusi vurğulayaraq məşuqə ob­razının klassik ör­­nə­­yi­ni yaratmağa nail olmuşdur. İndi isə mü­­qayisə üçün Mirzə Ələk­­bər Sabirin “Məs­ləhət” şeirində işlənmiş eyni an­tro­po­ni­mə nəzər salaq:
İndi ki, var elçi də Səfdər kimi,

Bir bala qız al, boyu ərər kimi.

On-on iki sinnidə dilbər kimi,

Zülfü qara, sinəsi mərmər kimi.

Qoy başını sinəsinə bir dad al,

Qoy babalın boynuma, get arvad al! [8, s. 158].

M.Ə.Sabirin satirasında da, söz yox, “dilbər” gözəl mə­na­sın­da işlən­­miş­dir. An­­­caq bu gözəl – Həsənoğlunun qəzəlində gör­­­düyümüz gö­zəl deyil. Əgər Hə­sə­n­oğ­­­luda dilbər öz aşiqinə zülm edən, onu görüşə həs­rət qoyan, səbrini və dincliyini ürə­­­­­yi ilə birlikdə aparan külli-ixtiyar sahibi­dirsə, Sabirin dilbəri on­-on iki yaşında bir uşaq ikən ana qoynundan zorla ayrılaraq al­t­­mış yaşlı bir qocanın zindandan fərq­­­lənməyən evinə atılan, onun iyrənc şəhvətini söndürməyə alət edilən hü­quq­suz, dil­­siz-ağız­sız, bədbəxt bir insandır. Həsənoğlunun dilbəri öz gözəlliyi və gənc­­lik tə­­ravəti ilə haqlı olaraq fəxr etdiyi halda, Sabirin di­lbərinin gözəlliyi və gənc­liyi öz ba­­şına bəla olur, onun qul ki­­mi pulla alınıb-satılmasının başlıca səbə­bi­nə çevrilir. Be­­­ləcə, bir antroponim olaraq, klassik dilbər və satirik di­l­bər üslubi cəhətdən bir-bi­rindən həddən artıq fərqli xü­sus­iy­­yət­lər kəsb edir.

Cəlil Məmmədquluzadənin bədii yaradıcılığında, xüsusən bə­­dii nəsrində də şi­­fahi xalq ədəbiyyatından, canlı xalq da­nış­ıq di­lindən, islam tari­xi və mə­də­niy­yə­tin­­dən, klassik Azərbaycan və Şərq ədəbiyyatından gələn xeyli miqdarda an­tro­po­nim­ var­­dır ki, onlar yazıçının satirik üslubu­nun tələbləri ilə komik məz­mun kəsb et­mişlər.

“Danabaş kəndinin əhvalatları” povestində islam ta­ri­xin­də məş­­hur olmuş şəx­­siyyətlərdən Həzrət Peyğəmbərin sevimli ar­­va­­dı Həzrət Ayişənin adı əsərin mən­­fi qəhrəmanı Xudayar bə­­yin dilində söyüş kimi işlə­dilir ki, bu da fanatik şiələr ar­a­­­sın­­da həmin qadının o qədər də yaxşı reputasiyaya malik ol­ma­dı­ğı sə­bəbindən qay­­naqlanır. Xudayar bəy arvadı ilə dalaşandan son­­­ra onu hədələyərək “Ayişənin qı­­zı” ifadəsi ilə söyür ki, bu da o dövrün abır-həyalı şiə qadınları üçün böyük təh­qir sa­­­yı­lı­r­­dı:­ ­“And olsun Allahın birliyinə, sən bir də mənim işlərimə qa­­rışasan, mə­nim sö­zümün qabağında söz danışasan, ta onda özü­nü ölmüş bil!.. Ayişənin qı­zı, mə­­nim evlənməyimin sənə nə dəx­­li var?” [1, s. 82.]

Ha­lbuki, islam tarixçiləri Həzrət Ayişə haqqında da­nı­şar­kən ən tərifli söz­lər­dən be­­lə çəkinməmişlər. Onlardan birinə mü­­raciət edək: “Həzrət Peyğəmbərlə doq­quz illik evlilik həyatı yaşayan Həz­­rət Ayişə on­dan çox şey öyrənmiş, dinin (İslam di­ninin – Z.Q.) incəliklərinə bələd olmuşdur. Bu da onun ağıl və idrak cə­­hətdən ka­mil­­ləşdiyini sübut edir. Həzrət Ayişə islam alə­­min­də qadınlığın iftixarıdır. Çox hə­dis söyləmək sahə­sində ta­nın­mış yeddi nə­fər­dən biri olan Həzrət Ayişə Əshabi-ki­ra­mın (Həz­­rət Peyğəmbərin ən yaxın sə­ha­bə­ləri – Z.Q.) din bi­lici­lə­rin­­­dən idi. O, 2210 hədisi-şərif rəvayət etmişdir. Xeyli mə­sə­­lə­də onun sözü sənəd kimi qəbul edil­mişdir. Elmi, zəkası çox ki­şi­l­ərdən üstün olan Həzrət Ayişə ağlını yerində, la­zı­mi mə­­sə­lə­­lərdə işlətmiş, həmişə gərəkli töv­si­yələri ilə ətrafındakılara kö­­mək et­miş­dir...” [ 9, s. 278-279].

E­yni sözləri islam dininin möhkəmlənməsində və ya­yıl­ma­sın­da böyük xid­mət­­ləri olan xəlifə Ömər ibn Xəttab (634-644) haq­­­qında da demək olar. “Danabaş kən­­dinin əhvalatları”nda Xu­­dayar bəyin dilindən islam tarixi ilə bağlı olan bu an­tro­­­po­nim yenə də söyüş və təhqir mövqeyində istifadə edilmişdir.

“– A kişi, adına and olsun, eşşəyi mənə Məhəmmədhəsən əmi özü verib. Eş­şə­­­yi mənə o dəyyus özü veribdi, o qurumsaq özü veribdi, o Ömər özü veribdi. A ki­­­şi, niyə inanmırsan?” [1, s. 63].

İslam peyğəmbəri Həzrət Mə­həm­­mədin (570-632) ən ya­xın si­lah­daş­la­rın­dan olan, Peyğəmbərdən sonra ha­ki­miy­­yətdə olan dörd raşidi xəlifəsindən biri kimi ta­nınan Ömər ibn Xət­tab (634-644) Əbu Bəkrdən sonra ikinci xəlifə olmuşdur. Qa­tı şiə olan Xudayar bəyin di­lin­­də “Ömər” sözünün söyüş kimi iş­lən­­məsi, şiələrin fik­rincə, onun (Ömərin – Z.Q.) guya dördüncü xə­lifə və Pey­ğəm­­bərin əmisi oğlu Hə­z­rət Əliyə (652-656) qarşı düşmən möv­qe tut­ma­­sı ilə bağlıdır. Ömər 634-cü ildə Əbu­bəkrin vəfatından sonra müsəlman icmasına başçılıq edən sayca ikinci “raşid xə­lifəsi, islam dininin erkən çağlarının ən böyük xadimlərindən biri olmuşdur [10, s. 98].

Bu antroponimlə bağlı maraqlı bir üslubi cəhət də – Xu­dayar bə­yin hə­­­min sö­yüşünün Məhəmmədhəsən əminin ar­va­dı İzzətin dilindən artıq­laması ilə özü­­nə qay­tarılmasıdır. An­caq, əlbəttə, aydındır ki, hər iki sö­yüş yalnız qiyabi səs­lə­­­nə­rək əya­ni olaraq ünvanına çatmır. “İzzət lap hirslənib üzünü tutdu Məhəmmədhəsən əmi­yə səmt və başladı: – Dur get, gör axı eşşək ne­­­­­cə oldu? Gör o Ömər oğlu Ömər eş­şə­yi neylədi?”[1, s. 97.]

Göründüyü kimi, Xudayar bəy Məhəmmədhəsən əmini sa­də­cə “Ömər” ad­lan­­­dırırsa, İzzət öz nifrətinin böyüklüyünü if­a­də etmək üçün bu söyüşü ikiqat güc­lən­­­dirərək, Ömər oğlu Ömər şəklində ifadə edir. İslam dini ilə, xüsusi halda şiə­lik­lə bağlı mənfi mənada iş­lənmiş tarixi pas­siv antroponimlərdən biri də Yeziddir ki, şi­­ə­­­­lərin gözündə təxminən Ömərlə eyni sta­­­tusa malikdir. Hələ eş­­şəyin təzə apa­rıl­dı­ğı zaman Məhəmmədhəsən əmi Xu­da­yar bə­yin zülmünü yada salaraq onu ən ağır təh­qir formalarından bi­­ri olan “Yezid oğ­­­lu Yezid adlandırır: “Bu Yezid oğlu Yezid el­ə mənim eşşəyimi gərək gəlib apa­­­raydı ki, başıma bu qədər qal­maqal gəlsin?” [1, s. 88-89.]

Məlum olduğu üzrə, Əməvi xəlifəsi Yezid ibn Müaviyə (680-683) 680-ci il ok­­­­tyabrın 10-da Kərbəla düzündə Mə­həm­məd Peyğəmbərin nəvəsi, Həzrət Əlinin və Həzrət Fatimənin oğ­lu İmam Hüseyni 72 tərəfdarı ilə birgə qətlə yetirmiş və bu ha­­­­disədən sonra təkcə şiələr deyil, bütün islam aləmi onu zül­mün və ədalətsizliyin da­­­şıyıcısı kimi yad edirlər. Bütün ömrü bo­yu Kərbəla ziyarətinin həsrətini çəkən Mə­­­həmmədhəsən əmi­nin dilindən “Yezid” adının söyüş məqamında iş­lə­dil­­­mə­si çox təbii səslənir.

Akademik T.Hacıyev bu barədə yazır: “XII-XIII əsrlərdə islam dini çər­çi­və­sin­də sünni və şiə təriqətləri arasında gedən ardı-arası kəsil­məz mübahisə və mü­ba­ri­zə­lər öz təsirini bilavasitə antroponimlərdə göstərirdi” [11, s. 88].

Cəlil Məmmədquluzadənin öz əsərlərində iş­­­lətdiyi qadın adları XIX əsrin so­nu, XX əsrin əvvəllərində Azər­­­baycan ictimai-mədəni mü­hi­tin­də çox yayılmış ad­­la­rdır. Bir qədər diqqətli yanaşsaq, əslində “Danabaş kən­dinin əh­­valatları” əsə­ri­nin əsas mövzusu məhz qadın azadlığıdır və bu ba­xı­m­dan əsərin baş müsbət qəh­rə­ma­nı da elə Zeynəbdir. Ərəb mənşəli antroponim olan “Zey­nəb” Cəlil Məm­məd­qu­lu­­za­d­ə­­nin təsvir etdiyi şiə mühitində çox yayılmış ad­lar­dan biridir. Bu­­nun səbəbi – Həz­rət Əlinin qızının, imam Həsən və imam Hü­­se­y­nin bacı­la­rı­nın adının da Zey­nəb olmasıdır. Kərbəla ha­di­­sələrində özünü mərd və mü­bariz bir qadın kimi gös­tə­rən Zey­nəb sonralar şiə mühitində məşhur şəx­siy­­yət­lər zümrəsinə da­xil olmuş və Kər­bəla qətlindən sonra sürgün edildikləri Şam (Də­məşq) şəhərində vəfat edərək ora­da da dəfn olunmuşdur. Ha­zırda Dəməşqdə mö­h­tə­şəm “Xanım Zeynəb” məq­bə­rə kom­plek­si vardır və hər il yüz minlərlə şiə həmin mə­q­bərəni zi­ya­rət etməyi özü­nə bir dini borc hesab edir.

Bundan başqa, Xa­nım Zey­nəbin ibrətamiz həyatı və mübarizəsi haqqında da ila­­hiy­­­yatçı alimlər tə­rə­fin­dən elmi araşdırmalar aparılmaq­da­dır. (Bax: S.Ab­ba­so­va.­ Həz­rəti Zeynəbin (s. ə.) Kər­bəla dərsləri // is­­lamaz.com) Mirzə Cəlilin qadın qəh­rəmanı da əvvəlcə öz tarixi pro­to­ti­­­­pinə layiq sə­viy­yə­də çıxış edir, Xudayar bə­yin elçilərinə rədd cavabı verə­rək təhqir edir. Ancaq Kər­bəla hadisələrində ol­­duğu ki­mi, burada da qüvvələr nisbəti həddən artıq fərqli ol­­­duğundan, sahibi Kərbəlayı Hey­dəri itirən, oğlu Vəliqulu hiy­­lə ilə əlindən alınan Zey­nəb son nəticədə məğ­lu­biy­yətlə ba­rı­ş­maq məcburiyyəti qarşısında qalır. Həzrət Əli­nin qızı Ze­ynəb Şam­da qaç­­qın-əsirlər arasında bir xarabada məskən saldığı ki­mi, Mir­zə Cəlilin də Zey­nə­bi­nin xoşbəxt günləri miskin du­rumla əvəz­lə­nir.

Bu mə­nada böyük yazıçının öz qəhrəmanının yaxşı və pis günlərini mü­qa­yi­sə edən final səhnəsi çox tə­sirli alın­mışdır: “Zeynəb haman biz gördüyümüz evdə ki, in­di heç bir şey qalmayıbdı, ­– köhnə palaz üstə oturub, diz­lə­ri­ni qu­caq­la­­yıb, göz­­lərini dikmişdi səqfə; guya ki, pərdiləri sa­yır. Zey­nə­bin libası lap halına mü­va­fiq gəlirdi; yəni lap mün­dər idi. Si­fə­ti də biz gördüyümüz sifət deyil. Bu dörd ilin ər­­­zin­­də lap qo­­ca­lıbdır” [1, s. 122].

Maraqlıdır ki, “Danabaş kəndinin əhvalatları” povestində Xudayar bəyin üzündən Kərbəla zi­yarətindən qalan zavallı Məhəm­məd­həsən əmi peşmançılıq məktubu yazdırıb Həz­rət Abbasa göndərir. “ – Apar, qardaş, apar... O ərizəni apar... Apar həzrəti-Abbasa. Apar... Mən gedə bilmədim. Qoymadılar. Mənim eşşəyimi oğurladılar. Yedilər, satdılar. Apar ərizəni. Apar.

İzzət ağlaya-ağlaya başlayır Məhəmmədhəsənin sözünü kəsməyə.

– Çavuş, apararsan o ərizəni həzrət-Abbasa. Gərək mənim ərimi bu yoldan binəsib eləyəni həzrət-Abbas özü qənim ola. İmam özü qənim ola [1, s. 109].

Be­ləliklə, Cəlil Məmmədquluzadənin bədii yaradıcılığının an­­troponimikası möh­­kəm ənənələr üzərində qurularaq bir sıra mö­­təbər qaynaqlara söykənir. Ancaq bö­­yük ədibin əsərlərində iş­­­lənmiş antropo­nim­lər daha çox onun satirik üslubunun müx­­­tə­­lif çalarlarının gerçəkləş­mə­sində oynadıqları rola görə çağ­daş fi­lologiya el­min­­də üslubi-linqvistik əhəmiyyət daşıyır. Bu isə, Azə­rbaycan bədii dili ono­mas­ti­ka­­sının üs­lubi imkanlarının zən­gin­­li­yi­ni bir daha sübuta yetirir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin