Tərtib etdi: Aslanova Nübar Kompüter və hissələri Kompüter


ünvan sətri (address bar)



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix21.04.2023
ölçüsü1,45 Mb.
#125743
1   2   3   4   5   6   7   8   9   10
Dərs 1- Windows 10

ünvan sətri (address bar) mövcuddur, burada cari qovluğun harada yerləşdiyi 
göstərilir. Qovluğun daxilində hər hansı məlumatı tapmaq üçün axtarış sətrindən 
(Search area) istifadə olunur.
Pəncərənin orta hissəsində işçi sahə (Work area) , sol tərəfində isə digər 
qovluqlara keçid üçün düymələrin yerləşdiyi hərəkət paneli (Navigation panel) 
yerləşir. Qovluq pəncərəsinin sağ tərəfində Önbaxış (preview panel) 
mövcuddur. Önbaxış paneli vasitəsi ilə seçilmiş obyektin tərkibinə nəzər salmaq 
olar. Və sonda pəncərənin aşağı hissəsində vəziyyət sətri və ya təfərrüatlar 
paneli - Details panel ) yerləşir ki, burada açılmış qovluğun tərkibindəki 
obyektlərin sayı və seçilmiş obyekt haqqındakı məlumatlar öz əksini tapır. 
Tapşırıqlar paneli (Taskbar) 
Tapşırıqlar paneli iş masasında olan vacib hissələrdən biridir. Tapşırıqlar 
paneli iş masasının aşağı tərəfində yerləşir və onun üzərində bir sıra vacib 
əməliyyatlar aparmaq olar. 
Panel üzərində yerləşən ilk düymə Start (başlat) düyməsidir, bu düymə 
vasitəsi ilə sistemin baş menyusuna keçmək mümkündür. Sonrakı hissə aktiv 
olan proqramları göstərir və onlar deaktiv olan proqramlardan öz çərçivəsi ilə 
fərqlənir. Aktiv olan proqramlara keçidi təmin etmək üçün Alt+Tab vəya 
Win+Tab düymələrindən istifadə olunur. Daha sonra tapşırıqlar panelinə 
bərkidilmiş proqram piktoqramlarını görürük, burada adətən mütəmadi olaraq 
istifadə etdiyimiz proqramlar yerləşir , bu proqramların üzərində mausun sol 
düyməsini bir dəfə sıxmaqla onları aktiv vəziyyətə gətirə bilərik. 


Tərtib Etdi: Aslanova Nübar 
Windows 2010 
Tərtib etdi: Aslanova Nübar 
Aktiv proqramlar üçün nəzərdə tutulmuş sahənin sonunda Dil paneli 
yerləşir.Bu panel klaviaturana (yazının) dilini dəyişmək üçün nəzərdə 
tutulub.Yazının dilini dəyişmək üçün dil paneli üzərində mausun sol düyməsini 
bir dəfə sıxmaq və lazım olan dili seçmək lazımdır. Klaviaturadan bu əmri yerinə 
yetirmək üçün Alt+Shift düymələrindən istifadə olunur. Əgər bizə lazım olan dil 
paneldə yoxdursa, dil paneli üzərində mausun sağ düyməsini sıxaraq açılan 
menyuda Settings (Параметры) parametrlər əmri seçilməlidir. Bu zaman 
açılan pəncərə vasitəsi ilə yeni dili panelə əlavə etmək olar. 
Tapşırıqlar panelinin son hissəsi bildirişlər oblastı (notification area) 
adlanır. Bu hissədə kömək almaq üçün xüsusi düymə, aktiv olan proqramlara 
(antivirus, səs proqramları, internet əlaqəsi və s.) keçid düyməsi, sistemdə olan 
problemlərin göstərildiyi hissə, enerjiyə nəzarət hissəsi (notebooklar üçün), saat 
və tarix göstəricisi yerləşir. Saatın göstərildiyi hissə üzərində mausun sol 
düyməsini sıxmaqla açılan hissədə saat və tarixin nizamlandığı pəncərəni 
çağırmaq mümkündür. Ən solda istə Show desktop (iş masasını göstər) düyməsi 
yerləşir, bu düyməni sıxdıqda açıq olan bütün proqramlar bükülür və iş masası 
(desktop) görsənir. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin