Sual: - Poemanın əsl qəhrəmanı kimdir?
Cavab: -Poemanın əsl qəhrəmanı Fərhaddır. Şair bütün arzularını bu surətin mübarizəsində əks etdirib, bu ideal insanın faciəsində göstərir. Şair bu surətdə bütün müsbət xüsusiyyətləri toplayır. Fərhad, hər şeydən əvvəl, əməyi sevir, ona hörmət bəsləyir və o, həmişə əməkçi xalqı düşünür. Fərhad eyni zamanda, cəsur bir igid, səadət düşməni olan əjdahalar və əhrimənlərlə vuruşan bir mübarizdir.
Sual: - Fərhad hər zaman özündən daha çox xalqın rifahını düşünür. Bu xüsusiyyət əsərdə müəyyən yerlərdə qabarıq göstərilir. Misal göstərə bilərsinizmi?
Cavab: - Fərhad bu zəhməti, bu əziyyəti,
Görüncə kəsildi, səbri, taqəti.
Qəm, kədər yağaraq baxışlarından
Bu dəstə içinə qarışdı haman.
Dedi:-Ey mən kimi bəla çəkənlər,
Fələkdən qəlbiniz olmuş mükəddər...
Görüb halınızı qəlbim alışdı,
Alovu, tüstüsü başımdan aşdı.
Sual: - Nəvai qələmində Şirin surəti necə tərənnüm edilir?
Cavab: - Nəvai Şirin surətini də maraqlı işləyib. Onu tam mənası ilə Fərhada sadiq, vəfalı və fədakar bir məşuqə olaraq tərənnüm edib. Şirin hünərini gördüyü Fərhadı sevdikdən sonra bu məhəbbəti həyatı bahasına qoruyur. Böyük bir ölkənin hökmdarı olan Xosrovun məhəbbətini rədd edir. Şirin var-dövlət, şan-şöhrət istəmir, həqiqi məhəbbəti hər şeydən üstün tutub, bu məhəbbət uğrunda da intihar edir. Şirin tədbirli bir qadın kimi də nəzər, diqqəti cəlb edir.
Dostları ilə paylaş: |