Təsdiq edilmişdir 2009-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı



Yüklə 163,48 Kb.
səhifə1/5
tarix04.01.2022
ölçüsü163,48 Kb.
#54147
  1   2   3   4   5

Азярбайжан Республикасы Назирляр

Кабинетинин 2009-жу ил 3 феврал

тарихли 17 нюмряли гярары иля



təsdiq edilmişdir

2009-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı

tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I
1. Giriş
2009-cu ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların (bundan sonra - əlillərin) sosial müdafiəsinə və reabilitasiyasına ayrılan vəsaitin məqsədli xərclənməsini nəzərdə tutan Dövlət Proqramının məqsədi büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına əsaslanaraq, əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və cəmiyyətə inteqrasiyasının təmin olunmasından ibarətdir.

Dövlətin sosial siyasətinin əsas istiqamətləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir.

Bu Dövlət Proqramı “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunundan, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyadan və Azərbaycan Hökumətinin bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələri əhatə edir.

Dövlət Proqramında əlillərin texniki-bərpa və nəqliyyat vasitələri ilə təmin edilməsi, onların sanatoriya-kurort müalicələrinin təşkili, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanması xərcləri hər il dövlət büdcəsindən Азярбайжан Республикасынын Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsait daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;

əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, onların asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə, onların beynəlxalq yarışlarda iştirakı üçün şəraitin yaradılması;

əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə əlillərə yardım göstərilməsi, onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı onlara texniki yardım göstərilməsi.


Yüklə 163,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin