III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ: (Fənn haqqında qısa məlumat, fənnin tədrisinin məqsədi, fənnin tədrisində tətbiq olunacaq metodlar yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)
FƏNNİN TƏSVİRİ: Elmi tədqiqatların metodologiyası və metodları fənni elmi tədqiqat metodlarının mahiyyəti, metodoloji əsasları, məntiqi və təşkili, tərtibi qaydaları, ədəbi və elmi mənbələr üzrə iş, qabaqcıl təcrübənin öyrənilməsi, nəzəri, emprik, eksperiment, sosioloji metodlardan istifadə və s. problemləri öyrənir.
FƏNNİN MƏQSƏDİ:Ali məktəb tələbələri, magistrant, doktorant və dissertantları elmi-tədqiqat işlərində tədqiqat metodlarından səmərəli istifadəyə istiqamətləndirir.
FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ): Fənnin öyrənilməsi magistrantlara tədqiqat işinə sistemli, kompleks yanaşmağa, digər elm sahələrinin dəyərlərindən geniş istifadə etməyə imkan yaradacaq. Elmi tədqiqat işlərində ümumelmi, ümumfəlsəfi, metodoloji prinsiplərdən, tədqiqatın psixoloji, pedaqoji əsaslarından səmərəli istifadə yolları öyrədiləcək.
Gənc tədqiqatçılara elmi tədqiqat işlərinin sistemi, onun struktur elementlərinin nədən ibarət olduğunu, elmi tədqiqat işlərinin yazılma və tərtibi metodikasını öyrədəcək. Həmçinin fənnin tədrisi tədqiqat mövzusunun seçilməsi, tədqiqatın aparılması qaydalarını, xüsusilə elmi tədqiqatlardan alınan nəticələrin ümumiləşdirilməsi yollarını öyrədəcək.
ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ:Elmi kadrların yeni dövrün tələblərinə uyğun hazırlanması günümüzün aktual problemlərindəndir. Demokratiya, plüralizm prinsiplərinin bərqərar olması, kommunist ideyasının öz aktuallığını itirməsi, ümumbəşəri dəyərlərin ön plana çəkilməsi və s. elmi tədqiqatlara, onun metodikası və metodologiyasına yeni yanaşmaların tətbiq edilməsini zərurətə çevirib.
Elmin, texnikanın inkişafı ilə əlaqədar tədqiqat işlərinin yazılmasına da yeni tələblər verilir. Magistrantlar bu fənni mənimsəməklə elmi tədqiqat işlərində ümumelmi, ümumfəlsəfi metodoloji prinsiplərdən, tədqiqatın psixoloji, pedaqoji əsaslarından səmərəli istifadə etmə bacarığına yiyələnə biləcək, tədqiqatın metodologiya və metodikası, elmi tədqiqat işinin sistemi, onun struktur elementləri ilə yaxından tanış ola biləcəklər.