TƏSDİq ediRƏM” azərbaycan tariXİ



Yüklə 40,18 Kb.
tarix14.01.2017
ölçüsü40,18 Kb.
#99
Azərbaycan Dövlət İqtisad Universiteti “TƏSDİQ EDİRƏM”

AZƏRBAYCAN TARİXİAzərbaycan tarixi” fənin üzrə kafedrasının müdiri. Prof. Cəfərov H.F

İŞÇİ TƏDRİS PROQRAMI İmza:__________ (SİLLABUS) Tarix: 11.09.2014

FƏNNİN KODU:

FƏNNİN NÖVÜ: Məcburi

FƏNNİN TƏDRİS SEMESTRİ: Payız,Yaz

FƏNNİN KREDİTİ: 6 kredit

FƏNNİN TƏDRİS FORMASI: Əyani, qiyabi

FƏNNİN TƏDRİS DİLİ: Azərbaycan , Rus dili

FƏNNİN TƏDRİS EDƏN prof. H.F. Cəfərov MÜƏLLİMLƏR: prof. A .Q. Seyidov dos. V. S. Həsənov dos. Y.B.Fərzəliyev dos. M.T. Paşayeva dos. O.F.Salmanova

dos. N.M.Süleymanov

b.müəl. L.Ə.Həmidova

b.müəl. G.İ.Sultanova



b.müəl. Z.S.Musayeva

KAFEDRANIN ƏLAQƏ 050 325-33-22 NÖMRƏLƏRİ: 012 564-67-52 kaf.

EMAİL: htt ps:hidayet.cafarov@aseu.az

PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən tədrisi zərruri olan fənn yoxdur.

KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunması zərurəti yoxdur.

KURSUN TƏSVİRİ: Bu fənn ən qədim dövrlərdən başlayaraq müasir dövrədək Azərbaycan xalqının keçdiyi tarixi əhatə edir. Tariximizə dair mənbələr, bəşər cəmiyyətinin ilk inkişaf dövrü olan ibtidai icma qurluşunun yaranması və inkişafı, Azərbaycanın ən qədim sakinlərinin yaşayış məskənləri, təsərrüfat həyatı, yaşayış və dini görüşləri haqqında məlumatlar verilir. Azərbaycan ərazisində ilk dövlətlərin tarixi, qonşu dövlətlərlə münasibətlər fənndə əksini tapır. Azərbaycan torpaqlarının Sasanilər imperiyası və Ərəb xilafəti tərkibində olması, islamın yayılması, xilafətin dağılmasından sonra müstəqil feodal dövlətlərinin—Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilərin yaranması, sonradan onların Səlcuq imperiyası tərkibinə qatılması məsələləri əhatə olunur. Azərbaycanın monqol əsarətindən qurtardıqdan sonra yenidən dircəlməsi, XV əsrdə müstəqil Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin yaranması, XVI-XVII əsrlərdə Azərbaycan Səfəvilər dövlətinin fəaliyyəti tarixinin parlaq səhifələrindəndir. XVIII əsrin II yarısında xanlıqlar dövrü Azərbaycanın Rusiya və İran arasında iki hissəyə parçalanması məsələləri fənndə əhatə olunur. XX əsrdə Azərbaycanda yaranmış 3 respublikanın Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan Sosialist Respublikası və müasir Azərbaycan Respublikasının tarixi xalqımızın tarixinin mühüm mərhələsini təşkil edir.

KURSUN MƏQSƏDİ: Azərbaycan tarixinin tədrisinin başlıca məqsədi tələbələrdə tariximizə məhəbbət aşılamaq və onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdir. Eyni zamanda xalqımızın kecdiyi mürəkkəb, çətin, ziddiyyətli, həm də şərəfli inkişaf yolu haqqında tələbələrə geniş məlumatlar vermək, onların dövlətçilik tariximiz, görkəmli şəxsiyyətlər, ibrətamiz hadisələr, tarixi faciələr və parlaq səhifələr barədə ətraflı biliklərə yiyələnməsi də mühüm hədəflərimizdəndir. Bunlarla yanaşı, tələbələrdə geniş dünyagörüşünün, vətən sevgisinin, tarixi hadisələri analitik təhlil etmə qabiliyyətinin və hadisələrdən, siyasi proseslərədən düzgün nəticə çıxarmaq qabiliyyətinin formalaşdırılması Azərbaycan tarixinin tədrisinin başlıca məqsədlərindən sayılır.

KURSUN NƏTİCƏLƏRİ: Bu fənnin tədrisi başa çatdıkdan sonra tələbələr Azərbaycanın ən qədim dövrdən başlayaraq indiyədək keçdiyi tarix haqqında ətraflı biliklər əldə edəcək, müstəqil dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsinin nə qədər zəruri olduğunu dərk edəcəkdir. Azərbaycan tarixinin tədrisi eyni zamanda tələbələrdə vətən sevgisi, xalqa məhəbbət, vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə kömək göstərəcək.

FƏNNİN MÖVZULARI: 1.Azərbaycan ərazisində ibtidai icma quruluşu. 2. Azərbaycan ərazisində ilk sinifli cəmiyyət və dövlət qurumları (Manna, Midiya, Aratta, Lullubi, Kuti, Atropatena, Albaniya ) 3. Azərbaycan III-IX əsrlərdə. Azərbaycan Ərəb xilafəti sistemində. 4. Azərbaycan IX-XIII əsrin əvvələrində. Müstəqil feodal dövlətlərinin yaranması. 5. Azərbaycan XIII-XIV əsrin I yarısında. Monqol işğalları. 6. XIV əsrin sonu - XV əsrdə Azərbaycan feodal dövlətləri. 7. Azərbaycan Səfəvilər dövləti XVI əsrdə. 8. Azərbaycan XVII-XVIII əsrin birinci yarısında. 9. Azərbaycan xanlıqları. 10. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. 11. Şimali Azərbaycan XIX əsrin 30-40-cı illərində. 12. XIX əsrin II yarısında Şimali Azərbaycanda kapitalist münasibətlərinin inkişafı. 13. Şimali Azərbaycan XX əsrin əvvələrində. 14. Azərbaycan Xalq Cümhuriyyəti. 15. Sovet Azərbaycaı 1920-1941-ci illərdə. 16.Cənubi Azərbaycan XIX əsrin II yarısı—XX əsrin I yarısında. 17. Sovet Azərbaycanı İkinci dünya müharibəsi illərində və ondan sonrakı dövrdə. 18. Müstəqil Azərbaycan Respublikası müsair dövrdə.

FƏNNİN MÜHAZIRƏ MƏTNLƏRİ: Fənnin bütün mövzuları üzrə mühazirə mətnləri və nümunəvi testləri elektron formada universitetin “Virtual Universitet”ində yerləşdirilib. Virtual Universitetin ünvanı: vu.aseu.az Fənn üzrə testlər ali məktəblər üçün dərsliklər: Azərbaycan tarixi.I cild. Bakı,2007, XX əsr Azərbaycan tarixi. II cild. Bakı,.2009 kitablarından tərtib edilib.

QİYMƏTLƏNDİRMƏ: Fənn üzrə krediti toplamaq üçün lazim olan 100 balın toplanması aşağıdakı kimi olacaq.

50 bal-İmtahana qədər o cümlədən: 10 bal-dərsə davamiyyət 10 bal-sərbəst iş 30 bal- seminar dərslərindən toplanacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minumum 3). Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır. 50 bal- İmtahanda toplanacaq. İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar, düzgün cavablanan sualların ballarını silmir. Qeyd: İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:



A- “Əla” -91-100 B- “Çox yaxşı” -81-90 C- “ Yaxşı ” -71-80 D- “ Kafi ” -61-70 E- “ Qənaətbəxş ” -51-60 F- “ Qeyri-kafi ” -51 baldan aşağı

SƏRBƏST İŞ Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, (şrift 12) həcmi 1-2 səhifə olmalıdır. Sərbəst iş çap olunmuş və ya elektron formada təhvil verilə bilər. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.

SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHLİL VERİLMƏSİNİN SON TARİXİ



Mövzular

Son tarix

1.

Azərbaycan ərazisində ibtidai icma quruluşu

4-cu həftə

2.

Azərbaycanda erkən dövlət qurumları və qədim dövlətlər.

5-ci həftə

3.

Azərbaycan III-IX əsrlərdə.

6-cı həftə

4.

Azərbaycan IX-XIV əsrlərdə.

7-cı həftə

5.

XV-XVIII əsrlərdə Azərbaycan feodal dövlətləri.

8-ci həftə

6.

Azərbaycan Rusiya imperiyasının tərkibində.

9-cu həftə

7.

Azərbaycan Xalq Cümhuriyyəti.

10-cu həftə

8.

Cənubi Azərbaycan XIX-XX əsrlərdə.

11-ci həftə

9.

Azərbaycan Sovetlər Birliyinin tərkibində (1920-1991)

12-ci həftə

10.

Azərbaycan Respublikasının yaranması və fəaliyyəti

13-cü həftə

Son tarixdən sonra təqdim olunan sərbəst işlər səbəbindən asılı olmayaraq nəzərə alınmayacaq. Sərbəst işlərin nəticələri jurnala yazılır.

ƏDƏBİYYAT VƏ MATERİALLAR: 1. Azərbaycan tarixi. I cild. Ali məktəblər üçün dərslik. Bakı, 2007. 2. XX əsr Azərbaycan tarixi II Cild. Ali məktəblər üçün dərslik. Bakı, 2009. 3. Azərbaycan tarixi. VII cilddə. I-VII cildlər. Bakı, Elm, 1998-2003. 4.H.Cəfərov Azərbaycanın ən qədim dövr tarixi.Metodik vəsait.Bakı, 1999 5.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989. 6.S.Qaşqay. Mana dövləti. Bakı, 1993. 7. A.Fazili Atropatena e.ə. IV-er. VII əsri.Bakı, 1992. 8. F.Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası.

Bakı, 1993 9. Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı,1989 10. N.Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993 11. S.B.Aşurbəyli. Şirvanşahlar dövləti (VI-XVI əsrlər). Bakı,1997 12. Z.M.Bünyadov.Azərbaycan Atabəylər dövləti. Bakı, 1985 13. M.X.Şərifli. IX əsrin II yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri.

Bakı,1978. 14. V.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003 15. C.İbrahimov.Azərbaycanın XV əsr tarixinə dair oçerkləri. Bakı, 1959. 16. Y.Mahmudlu. Azərbaycan diplomatiyası. Bakı, 1996. 17. O.Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1998. 18. Ş.Fərzəliyev.Azərbaycan XV-XVI əsrlərdə. Bakı, 1983. 19. Ş.Fərzəlibəyli. Azərbaycan və Osman imperiyası. Bakı, 1983. 20. N.Süleymanov.Səfəvi dövlətinin təsərrüfat həyatı. Bakı, 2006. 21. H.Ə.Dəlili.Azərbaycanın cənub xanlıqları XVIII əsrin II yarısıda.Bakı, 1979. 22. N.Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı, 1995. 23. V.Umudlu.Şimalı Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı və

müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828). Bakı, 2004 24. M.Gülmalıyev. XVIII əsrin son rübü – XIX əsrin I yarısında Azərbaycan kəndinin sosial-iqtisadi strukturu. Bakı,1989. 25. T.Vəliyev. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı, 1987. 26. M.S.Ordubadı. Qanlı illər. Bakı,1991. 27. Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993. 28. Azərbaycan Demokratik Respublikası. Bakı,1990 29. N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikasının xarici siyasəti. Bakı, 1997. 30. X.Məmmədov. Azərbaycan milli hərəkatı (1875-1918-cı illər). Bakı, 1996. 31. N.Nərimanov. Ucqalarda inqilabımızın tarixinə dair. Bakı, 1992. 32. Z.M. Bünyadov. Qırmızı terror. Bakı, 1993. 33. C.Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində (1920-ci illərin sonu-30-cu illər) Bakı, 2008. 34. M.Quluzadə. Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991-ci illər). Bakı, 2006. 35. Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı, 1985. 36. Q.Mədətov. Azərbaycan Böyük Vətən müharibəsində. Bakı, 1965. 37. C.Həsənli. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı,1998. 38. C.Həsənli Aərbaycanda milli məsələ: Siyasi Rəhbərlik və Ziyalılar. 1954-1959. Bakı, 2008. 39. H.Əliyev. Qayıdış. Müstəqiliyimiz əbədidir. Bakı, 1997. 40. Ə.Abdullayev. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı. (XIX əsrin axırı-XX əsr). Bakı, 1998. 41. T.Qafarov. Azərbaycan tarixi (XX əsrin 80-90-cı illəri). Bakı, 1998.

42. A.Q.Seyidov. Azərbaycan XIII-XIV əsrlərdə. Monqol işğalları.(Metodik vəsait). Bakı, 2009.

43. A.Q.Seyidov. Göygöl (dərs vəsaiti). Bakı, 2011.



44. A.Q.Seyidov. Naxçıvan e.ə.VII-II minilliklərdə. Bakı, 2003.

KURS İŞİ Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb.

TƏCRÜBƏ Bu fənn üzrə istehsalat təcrübəsi nəzərdə tutulmayıb.

Hazırladı:

t.e.d., dos. Həsənov V.S. İmza: _______ Tarix: 01.11.2010


Yüklə 40,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin