Təsdiq edirəm: Kafedra müdiri ( İ. Şirinzadə)


Məşğələ dərslərinin mövzuları və qısa icmallar



Yüklə 23,72 Kb.
səhifə5/5
tarix10.01.2022
ölçüsü23,72 Kb.
#109632
1   2   3   4   5
5.2. Məşğələ dərslərinin mövzuları və qısa icmallar

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu 1. Variasiya sıralarının statistik göstəricilərinin hesabatı.

Statistik müşahidələrin ədədi ortasının, moda və medianının hesabatlarının aparılması.


2


24.09

2

Mövzu 1. Variasiya sıralarının statistik göstəricilərinin hesabatı.

Statistik müşahidələrin orta kvadratik kənaraçıxmalarının, assimmetriya və ekssesinin hesabatlarının aparılması.



2


8.10

3

Mövzu 2. Paylanma funksiyalarının hesabatı.

Paylanma funksiyasının hesablanması. Çoxbucaqlı paylanma qrafikinin qurulması.



2


22.10

4

Mövzu 2. Paylanma funksiyalarının hesabatı.

İnteqral funksiyasının qrafikinin qurulması. Təsadüfi kəmiyyətin dispersiyasının və orta kvadratik kənaraçıx-masının hesablanması.



2

5.11

5

Mövzu 3. Seçimə görə riyazi gözləmənin və dispersiyanın qiymətləndirilməsi. Styudent paylanması.

Müşahidə nəticələrinin seçiminin riyazi gözləməsinin və dispersiyasının hesablanması.



2

19.11

6


Mövzu 3. Seçimə görə riyazi gözləmənin və dispersiyanın qiymətləndirilməsi. Styudent paylanması.

Təsadüfi kəmiyyətlər arasında korrelyasiya əlaqəsinin yoxlanması. Korrelyasiya əmsalının və t-kəmiyyətinin hesablanması.



2

3.12

7

Mövzu 4. Pirson paylanması və uygunluq kriteriyası kəmiyyətlərinin hesablanması.

Təsadüfi kəmiyyətin formalaşdırılması. X2 paylanmasının riyazi gözləməsinin, orta kvadratik kənaraçıxmasının və dispersiyasının hesablanması.



2

17.12







.3. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Variasiya sıralarının xarakteristikası və onların qrafiki təsviri

2.

Ağacların hündürlüklərinin dəyişilməsinin orta kəmiyyətlərinin hesablanması.

3.

Variasiya göstəriciləri və variasiya əmsalının hesablanması – verilənlər əsasında.

4.

Müşahidələrin statistik analizi – verilənlər əsasında.

5.

t – kriteriyasının hesabatı – verilənlər əsasında.

6.

Təsadüfi kəmiyyətlərin paylanması – normal paylanma.

7.

Verilmiş çoxluqlar üçün statistik analizin aparılması.

8.

X- pirson kriteriyasının hesabatı – verilənlər əsasında.

9.

Korrelyasiya əmsalının hesabatı – verilənlər əsasında.

10.

Dəyişənlər arasında reqresiya asıllığının və əmsalının təyini – verilənlər əsasında.


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Tələbələr Respublikanın meşə təsərrüfatı, ağac emalı və mebel sənayesi sahələrinin xammal və materialları, məhsulları, əsas texnoloji prosesləri haqqında məlumatlı olmalıdırlar. Onlar eyni zamanda, aparılan təcrübə, laboratoriya və çöl işlərinin nəticələrinin riyazi həlli üçün lazın olan vərdişlərə malik olmaqla yanaşı, uygun proqramları da bilməlidirlər. Bunun üçün Exzel –də olan statistik proqramlar paketini tələbələr mütləq öyrənməlidirlər.


10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ (Yəhyayev A.B.)
_____” sentyabr 2014 il.
Yüklə 23,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin