Təsdiq edirəm: Kafedra müdiri Sərdarov B. S. “ ” sentyabr 2016-cı il



Yüklə 75,02 Kb.
tarix20.01.2017
ölçüsü75,02 Kb.
#677
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

Sərdarov B.S.

___” sentyabr 2016-cı il



Fənn proqramı (sillabusu)

Kafedra“Yapışdırıcı materiallar və betonlar texnologiyası”

Fənnin adı“Keramik metallik materiallar texnologiyası”



1. Fənn haqqında məlumat:

Kodu 060601

Tədris ili 2016-2017semestr I

Fakültə İnşaat-texnologiya

Qrup ­­­­M696a

Tədris yükü: mühazirə 45 saat, laboratoriya 8 saat. Cəmi 53 saat.

Kredit: 4

Auditoriya: №

Saat:

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Qurbanova Rəhilə Ağabəy qızı, t.e.n.

Kafedranın ünvanı: Ayna Sultanova 11

Məsləhət saatları:

E-mail ünvanı:

İş telefonu: (012) 539 10 25; daxili (6-18)



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Балкевич В.А. Техническая керамика. М.: Стройиздат, 1984

2. Sərdarov B.S., Əhmədov M.M., Xəlilov Y.X., Xəlilova M.İ. Keramik divar materiallarının texnologiyası, 2000.

4. Fənnin təsviri və məqsədi:

“Keramik metallik materialların texnologiyası” fənninin tədrisinin əsas məqsəd və vəzifələri tələbələrə son dövrlərdə müxtəlif sahələrdə geniş tətbiqini tapan keramik metallik məmulatların texnologiyası, tətbiq sahələri, əhəmiyyəti və inkişaf prespektivləri barədə məlumat verməkdən ibarətdir. “Keramik metallik materialların texnologiyası” fənni öz əhatə dairəsinə görə demək olar ki, müasir sənayenin, o cümlədən raketqayırma sənayesinin, maşınqayırmanın, radiotexnikanın və s. ən müasir sahələrini əhatə edir. Fənn ümumi keramikanın qanunauyğunluqlarını, xammal bazasını, texnoloji üsulları əhatə edib, tələbələrə asan mənimsəməyə və biliklərin dərinləşdirməyə imkan verəcəkdir.



5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Giriş.Fənnin məqsəd və vəzifələri. Keramika və onun tarixi haqqında qısa məlumat. Keramikanın bu günkü vəziyyəti, kompozisiya materialları haqqında məlumat, keramik-metallik materialların yaranma tarixi, inkişaf perspektivləri və dinamikası



2

15.09.16

2

Mövzu№2

Texniki keramika materialları. Texniki keramikanın növləri.



2

22.09.16

3

Mövzu№3

Silikatlar və alümosilikatlar əsasında keramika materialları. Oksigensiz birləşmələr əsasında keramika.



2

28.09.16

4

Mövzu№4

Texniki keramika məmulatlarının istehsal texnologiyası.

Materialların hazırlanma metodları və texnologiyasının əsasları. Materialların narın üyüdülməsi. Mexaniki emal prosesi.


2

29.09.16

5

Mövzu№5

Keramik kompozisiya materialları. Gillər və onların mənşəyi. Gillərin strukturu. Gillərdə ion-mübadilə kationları. İon-mübadilə tutumu.



2

06.10.16

6

Mövzu№6

Gillərin adsorbsiya qabiliyyəti. Adsorbsiya qabiliyyətinin təyini. Gillərin plastikliyi və onun kompozisya materiallarının alınmasında rolu.



2

12.10.16

7

Mövzu№7

Keramik kompozisiya materiallarının xassələri. Mexaniki xassələr.

İstilik fiziki xasələri.


2

13.10.16

8

Mövzu№8

Termiki davamlılıq. Elektrofiziki xassələr. Kimyəvi davamlılıq.



2

20.10.16

9

Mövzu№9

Xammal materialları. Əsas xammal materialları.Kütlənin hazırlanmasının və birləşmələrin sintezinin kimyəvi üsulları.



2

27.10.16

10

Mövzu№10

Xammal materiallarının hazırlanma qaydaları.Xammal materiallarının narınlığı. Narın-dispers sistemlərin alınma üsulları.



2

03.11.16

11

Mövzu№11

Xammal materiallarının üyüdülməsi. Quru üyütmə. Nəm üyütmə. Şırnaqlı dəyirmanda üyütmə. Digər üyütmə üsulları.Üyütmənin intesivliyinin artırılması üsulları. Xammal qarışığının hazırlanması.



2

09.11.16

12

Mövzu№12

Keramik kompozisiya materiallarının qəliblənmə üsulları.Təbəqələşmə. Yığılma əmsalı. Yüksək temperaturda presləmə.



2

10.11.16

13

Mövzu№13

Məsaməli keramikanın alınması. Məsamələr, onların forma və ölçüləri. Məsaməli strukturun alınma üsulları. Optimal məsamələşdirmə. Məsaməliliyin növləri. Məsaməliliyin ölçüləri hesablanması. Həqiqi, qapalı və tam məsaməlilik. Məsaməli keramikanın istifadə perspektivləri. Qazkeçirmə, İstilik keçirmə.



2

17.11.16

14

Mövzu№14

Laxtalanma. Laxtalanmanın növləri. Mayeli laxtalanma. Bərk faza laxtalanması. Diffuziya hesabına laxtalanma. Plastik deformasiya hesabına laxtalanma.



2

23.11.16

15

Mövzu№15

Laxtalanma zamanı cisimlərin sıxlaşması və möhkəmlənməsi.



2

24.11.16

16

Mövzu№16

Yandırma prosesi. Yandırma sobaları. Alolibden disilisid qızdırıcılı soba. Xromit lantan qızdırıcılı soba. F2O2 qızdırıcılı soba. Maksimal yandırma temperaturlu sobaların texniki imkanları. Sobaların istfadə sahələri. Şəffaf keramika birbaşa və diffuziyalı işıq buraxma. Şəffaf keramikanın alınması üçün texnoloji rejimin parametrləri.



2

01.12.16

17

Mövzu№17

Yandırma sobalarının təsnifatı.

Metal keramik qovşaqların metallaşdırılması və lehimlənməsi. Səthə keramik pastanın çəkilməsi və yandırılması. Səthə metal duzlarının reduksiyaedici ilə birlikdə qarışığının çəkilməsi və yandırılması. Metalın alov və ya plazma şəraitində yandırılıb səthə kondensasiya edilməsi. Keramika və metalın diffuzion qaynaq edilməsi.

Mexaniki emal. Kəsmə, cilalama, ultra səs emalı. Abraziv materiallar. Təbii və süni korund, silisium karbid, bor karbid, süni almaz. Digər mexaniki emal üsulları.



2

07.12.16

18

Mövzu№18

Metallokeramik kompozisiyalar.

Kermetlər. Kermetlər üçün keramik komponentlər. Odadavamlı və 19yüksək odadavamlı komponentlər: oksidlər, boridlər, nifidlər, silisidlər.


2

08.12.16

19

Mövzu№19

Kermetlər. Kermetlərin növləri və xassələri.

Metal əlaqələndiricisi əsasında metalaoxşar çətinəriyən birləşmələr əsasında kermetlər. Oksidlər əsasında kermik metallik materiallar.

Keramik metallik materialların xassələri. Laxtalanma zamanı baş verən fiziki-kimyəvi proseslər.



2

15.12.16

20

Mövzu№20

Kermetlərin istehsal texnologiyası. Kermetlərin hazırlanma üsulları.

Qeyri plastik texnologiyalar. Plastikləşdirilmiş kütlənin preslənməsi. Digər üsullar. Kermetlərdə istifadə olunan metil tozları.

Kermetlərin xammal qarışığında istifadə olunması zamanı istifadə olunan üzvi plastikləşdiricilər. Kermetlərin yandırılma şəraiti. Lif və ipşəkilli kristallarda armaturlaşdırılmış kompozisya materialları. Armaturlayıcı metallar. Laylı kompozisiya materialları. Keramik örtüklər. Örtüklərin çəkilmə üsulları. Qaz-alov mühitində çəkilmə.



4

21.12.16

22.12.16



21

Mövzu№21

Metal keramik qovşaqların qaynaq edilməsi və lehimlənməsi. Metallaşdırmanın məqsədləri



2

28.12.16

22

Mövzu№22

Kermetlərin tətbiqi. Kermetlərin tətbiqi haqqında qısa anlayış



2

29.12.16

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Keramikamateriallarınınxassələrininöyrənilməsi

2

22.09.16

2

Kermetlərin xammal qarışığının əsas hazırlanma üsulları

2

06.10.16

3

Kermetlərinxassələrininöyrənilməsi

2

20.10.16

4

Kermet cütlüyünü təşkil edən komponentlərin öyrənilməsi

2

03.11.16

5.3. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1

Keramik-metallik materialların yaranma tarixi, inkişaf perspektivləri və dinamikası.

2

Keramik kompozisiya materialları.

3

Xammal materiallarının hazırlanma qaydaları.

4

Texniki keramikanın növləri.

5

Keramik kompozisiya materiallarının xassələri.

6

Keramik kompozisiya materiallarının qəliblənmə üsulları.

7

Metallokeramik kompozisiyalar.

8

Keramikanın mexaniki emalı.

9

Kermetlər. Kermetlərin növləri və xassələri.

10

Kermetlərin istehsal texnologiyası. Kermetlərin tətbiqi.

6. Davamiyyətə verilən tələblər

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Mühazirə rəhbəri: ____________________ dos. R.A.Qurbanova

Laboratoriya rəhbəri: _________________dos. R.A.Qurbanova

_____”____sentyabr___ 2016-cı il
Yüklə 75,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin