TəŞKİlat və TƏŞKİlatçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix01.06.2022
ölçüsü0,97 Mb.
#116498
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
Təşkilat

4) 
T
əşkilatı təhdid edən amillər 
Çox mühüm tövsiyələrimdən biri budur ki, belə 
geniş və əhatəli işin çox möhkəm fikir və nəzərlərə 
ehtiyacı var. Bu olmasa, təhlükələr sizi gözləyər. 
Hər bir işin güclü və dərin nəzəri amilə çox ehtiyacı 
var... Mənə elə gəlir ki, bu mental və ideoloji dayaq 
çox möhkəm və etibarlı olmalıdır. Belə olmasa
əsaslarınız dayaz olsa, sapacaqsınız. Bu sizin 
sapmanız demək deyil, təşkilat öz yolundan 
yayınma təhlükəsi ilə üzləşər, məsələlərə də bəsit 
yanaşar və zaman ötdükcə qorxulu doqmaçılıq və 
ehkamçılıq təhdidi ilə üzləşər.
1
Ehkamçılıq 
Ehkamçılıq təkcə dini mühitlərin və dini 
düşüncələrin problemi deyil. Bütün yerlərdə 
ehkamçılıq, 
doqmatizm, 
düzgün 
məntiqlə 
yanaşmadan insana yeridilənlərə tabe olmaq bir 
bəladır.
2
Biz 
“ehkamçılıq” 
dedikdə 
təsəvvürümüzdə dini ehkamçılıq canlanır. Bəli, o 
da bir növ ehkamçılıqdır, amma ehkamçılıq təkcə 
bu deyil. Ondan da təhlükəli olan siyasi 
1
“Xatəmul-əvsiya“ Mədəniyyət Mərkəzinin məsul şəxsləri ilə görüşdə 
çıxışından, 2013. 
2
Əmir–Kəbir universitetinin müəllim və tələbələri ilə görüşdə suallara 
cavablardan, 2001. 


34 
ehkamçılıqdır. Siyasi partiya və təşkilatların 
formalaşmasından doğan ehkamçılıq heç kəsə 
düşünmə imkanı vermir. Əgər bir məsələnin 
düzgün olması üçün on qaneedici dəlil göstərsək, 
qəbul edir, amma əməl zamanı ayrı cür əməl edir. 
Niyə? Çünki partiyası, yəni başının üstündə duran 
siyasi təşkilat mafiya babası kimi ondan belə 
istəyir. İnsan bunun bəzi nümunələrini təəssüf ki, 
hətta univeristetdə də görür. Deməli, belə bir 
ehkamçılığa düçar olan toplum daha aydın deyil. 
Çünki aydın fikirlilik haqq istəyi ilə, açıq gözlə, 
məntiq və dəlillə yanaşı olmalıdır.
1

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin