26
İndi bütün ölkədə gözəl bir iş başlayıb.
Məktəblilərin kiçik dərnəklərindən
tutmuş tələbə
birliklərinə və digər cəmiyyətlərə kimi minlərlə
mərkəz yaranıb. Tehranda və başqa şəhərlərdə
bunların sayı çoxdur. Bunların hamısı boyunlarında
mübarizə vəzifəsini hiss edirlər.
Bir neçə il öncə
qaldırdığımız və bəzilərinin topa tutduğu mədəni-
ideoloji ekspansiya məsələsini, xoşbəxtlikdən, qəbul
etdilər və qaldırdılar. İndi tanınmayan və hesaba
gəlməyən kiçik təşkilatlarda
da vahid bir məqsəd
var və o, mədəni-ideoloji hücuma qarşı mübarizə
aparmaqdır. Uşaqlardan soruşursan ki,
nə etmək
istəyirsiniz? Bu kitabı, pyesi, kitabçanı, broşürü,
şeiri nə üçün yazmısınız? Bu qurumu nə üçün
yaratmısınız? Deyirlər ki,
mədəni-ideoloji hücuma
qarşı mübarizə aparmaq istəyirik. Bu, çox səmərəli
işdir, bunu kiçik hesab etməyin. Siz onların içindən
almaz və qızıl mədənlərini kəşf edəcəksiniz.
“İnsanlar qızıl və gümüş mədənləri kimidir”. Gedin,
onları tapın, seçin, təşkilatlandırın. Əlbəttə,
təşkilatınızı müxtəlif şöbələrə ayıra, sonra onları
rahat, qorxusuz şəkildə oraya daxil edə bilərsiniz.
Yəni əvvəlcə bir qədər gizli karantində saxlaya,
sonra əsl təşkilata buraxın. Bu işləri görmək
lazımdır.
1
1
Qələm birliyinin üzvləri ilə görüşdə çıxışından, 2003.