7
Mən iki-üç il öncə
qəlbən hörmət bəslədiyim
yeni fikirli və çox dəyərli bir alimlə bu məsələ
haqqında danışdım. Ona dedim ki, Qumda bir qrup
tədqiqatçı alimi bir yerə toplayın, onlara elmi iş
tapşırın və müəyyən büdcə ayırın. Lakin bu iş başa
çatdırılmadı. Təəssüflər olsun ki, bu cür işlər həyata
keçirilmir. Məlum məsələdir ki, bunlar fərdi şəkildə
gerçəkləşə bilməz, təşkilatla və kollektiv şəkildə
icra olunmalıdır.
1
Digər
bir məsələ kollektiv şəkildə, əlbirlik və
əməkdaşlıq əsasında ciddi çalışmaqdır. Uşaqları,
həmçinin gəncləri əvvəldən böyük üfüqlərə
boylanmağa, böyük işlər görməyə alışdırmaq
lazımdır. Bəzi məsələlərə region səviyyəsində deyil,
qlobal baxmalıyıq. Bəzi məsələlərə yüzillik,
yaxud
yuzəlliillik proqram kimi baxmaq gərəkir, beşillik,
onillik yox. Bunlar ciddi səy və böyük iradə tələb
edir. Bu gün yetişdirdiyiniz
şagird və ya tələbə bir
müddətdən sonra bir müəllim, müdir, mütəxəssis və
ya siyasətçi olacaq, cəmiyyətdə aparıcı qüvvəyə
çevriləcək. Elə edin ki, o,
belə yüksək iradə və
arzularla yetişsin.
2
Məncə, bu yolu açan, ilahi hidayəti və inqilabi
ruhu zehinlərdə, canlarda
bərkidən ən əsas iki
amilin biri təşkilatlanma, digəri isə mənəvi
özünüislahdır. Bizim fikrimiz budur. Ölkədən
1
Qum Elm Hövzəsinin tələbələri ilə görüşdə çıxışından, 2002.
2
Orta və ali məktəb müəllimləri ilə görüşdə çıxışından, 2012.
8
xaricdə inqilab
üçün iş görmək istəyənlər
mütəşəkkil olmasalar, bir yerə toplaşmasalar,
keyfiyyət və kəmiyyət baxımından təşkilatlanmış
bir qrup qədər xidmət edə bilməzlər.
1
1
Respublika partiyasının xaricdə təbliğat bölməsinin üzvləri ilə
görüşdə çıxışından, 1982.