77
sonra o prokuror sinəsini
irəli verib deyə bilər ki,
mən
prokuroram,
amma
cəzalandırılmış
prokuroram. Sinəsini də qabağa verər, başını da dik
tutar və deyər ki, İslam məhkəməsi budur. Mən
özüm cəzalandırılmışam, siz nə deyirsiniz?!...
Rəhm etmək olmaz. Burada rəhm etmək,
doğrudan da İslam ümmətinə zülm etməkdir.
Fikrimcə, qanunu pozan məhkəmə işçilərinə adi
camaat həddindən artıq təzyiq göstərilməlidir. Bu
adamların günah
etməsi cümə gecəsi günah
edənlərin, yaxud seyidlərin və ya şiələrin günah
etməsi kimidir. Onlar haqqında buyurmuşlar: “Sizin
hansınız günah etsəniz, günahlarınız başqalarından
iki dəfə artıq hesablanacaq.” Çünki bizim üçün
nöqsandır. Bu prokurordan intiqam almaq lazımdır.
Əlbəttə, məqsəd ilahi intiqamdır,
şəxsi intiqam
deyil. Əgər belə bir şəxs qanun pozuntusuna yol
versə, meyarlardan kənar iş görsə, hansı şəraitdə
olur olsun, cəzalanmalıdır. Fikrimcə, bu iş olmasa
məhkəmə orqanları düzəlməz.
İnsan resurslarını özbaşına buraxmayın. İnsan
resurslarının həmişə təchizat və dəstəyə ehtiyacı
var... Onlara daim mənəvi dəstək verin... Dərs,
kurslar və s. öz yerində, amma bunlar ikinci
dərəcəlidir. İlk növbədə danışmaq,
nəsihət vermək,
ruh yüksəkliyi yaratmaq lazımdır. Bunlar elmlə əldə
olunmur ki, gedib onlara dini bilikləri öyrədək.
Bunlar dinin özü ilə, yəni dini imanla əldə olunur...
Ruhaninin əsl işi qəlblərə müraciət etmək, qəlblərlə
78
danışmaq və onlara təsir göstərməkdir. Bu
mühümdür. Əlbəttə, dərs, dəlil, sübut və s. bunların
da öz yeri var. Amma insan resurslarının iman
baxımından inkişafı birinci dərəcəli əhəmiyyət
daşıyır.
1
Dostları ilə paylaş: