7)
Uğurlu nümunələr
Dövlət orqanlarında inqilabi təşkilatlar
Quruculuq cihadı
“Quruculuq cihadı” elə bir təşkilatdır ki, inqilab
onu iman, etiqad, inqilabi eşq, məsuliyyət hissi
əsasında yaratmışdır. Tam mənada canlı və fəal bir
qurum olması üçün dini və inqilabi meyarları ona
hakim etmişdir. İnsafla desək, inqilab bu təşkilatı
yaratmaqda və onu hərəkətə gətirməkdə uğurlu
addım atmışdır. Çünki “Quruculuq cihadı” gücünü
əsirgəmədən öhdəsinə düşən çətin vəzifələri yerinə
yetirməyə çalışdı, müharibəyə məxsus bir təşkilat
qədər İslam döyüşçülərini dəstəklədi.
1
“Quruculuq cihadı”, İmamdan qalan dəyərli bir
yadigardır. Həqiqətən dahi İmamın əli ilə əkdiyi pak
bir ağacdır ki, inkişaf etmiş və bar vermişdir. Ölkə
və xalq müxtəlif mərhələlərdə ondan faydalanır.
Müharibə məsələsi qarşıya çıxmazdan və İran İslam
Respublikası silahlı mübarizə meydanına girməzdən
öncə, ölkədə quruculuq işləri ön plana çıxdı. İmam
və xalq bu ölkəni asılı və fasid Pəhləvi rejimindən
təhvil almışdı. Tam mənada bir viranə ilə
üzləşmişdik. Abadlıq, sərvət, zahiri görkəm və s.
1
Quruculuq cihadı təşkilatının məsul şəxsləri ilə görüşdə çıxışından,
1998.
111
böyük şəhərlərə məxsus idi. O da rejimin əsas
ünsürlərinin mənafeyinin tələb etdiyi qədər idi.
Kəndlər bərbad vəziyyətdə idi. Yol, asfalt, su, işıq
və s. şərait yox idi. İstehsal yox idi. Şəhərlər
müxtəlif çətinliklərlə üz-üzə idi. Ölkə tam
acınacaqlı vəziyyətdə idi. Belə bir şəraitdə dahi
İmam, “Quruculuq cihadı” adlı bir təşkilat yaratdı
və çox sayda mömin, yüksək əhvali-ruhiyyəli
gənclər bu inqilabi hərəkata qoşuldular. Məlum idi
ki, bu təşkilatda zəruri olan iş və təşəbbüsdür.
Ölkəni xilas etmək üçün yorulmaq bilmədən
işləmək, təşəbbüs irəli sürmək, ortaya yeni ideyalar
qoymaq lazım idi. Çox sayda dəyərli gənclər, çox
sayda pak və nurani insanlar, çox sayda istedad və
fikir sahibləri bu təşkilatda xidmətçilər sırasına
qoşuldular. Uzaq yollarda, uzaq şəhər və kəndlərdə,
isti yerlərdə, soyuq yerlərdə, əlverişli olmayan
şəraitlərdə olmazın çətinliklərə qatlaşaraq fəaliyyət
göstərdilər. Müharibə başlanmamışdı, amma
“Quruculuq cihadı” şəhid vermişdi. Bu, çox
mühümdür.
“Quruculuq cihadı” quruculuq meydanında şəhid
verdi. İnqilabın nailiyyətlərinə düşmən kəsilənlər
var idi. Çünki ali təhsilli və agah gənclərin, mahir,
çalışqan və zəhmətkeş insanların öz quruculuğu və
fəaliyyəti ilə bu inqilabın dayaqlarını bərkitdiyini
görürdülər. Ona görə də bu əzizlərin bir qismi
zorakı müharibə başlamazdan öncə müqəddəs İslam
112
Respublikasının müxalifləri və münafiq ünsürlər
tərəfindən şəhid edildilər.
Sonra da müharibə başladı. Yenə də “Quruculuq
cihadı” ön cəbhədə oldu. Bu iftixarlı “səngərsiz
səngər qazanlar” ləqəbi çox şeydən xəbər verir.
Bütün müharibə dövründə, ön xətdə, arxa cəbhədə
və cəbhənin mərkəzində, hər yerdə “Quruculuq
cihadı”nın varlığı hiss olunurdu. Səngərləri siz
qurdunuz. Qüvvələri birləşdirən yolları və silah
anbarlarını siz yaratdınız. Təmir işlərini siz
gördünüz. Kiminsə edə biləcəyi heç kimin ağlına
gəlməyən böyük və təşəbbüs tələb edən işlərdə siz
qabaqcıl və təşəbbüskar idiniz. Quruculuq dövründə
də belə idi. Allaha həmd olsun ki, İnqilabdan ötən
bu iyirmi il ərzində bu əzəmətli təşkilat, yəni
“Quruculuq cihadı”, mühüm imtahanlardan üzüağ
çıxmışdır. Bu gün də, sizin varlığınız qiymətli və
dəyərlidir. Bu işləri davam etdirməlisiniz.
1
1
Quruculuq cihadı təşkilatının məsul şəxsləri ilə görüşdə çıxışından,
1998.
|