132
kurslar keçmişdi. Tələbə mühitini tanıyırdı. Günə
uyğun və yeni dini fəaliyyətlərdən də xəbərdar idi.
Bu saydan ola bilsin ki, iki yüz nəfəri tələbə idi.
Bu onun üçün çox təəccüblü idi. O, heyrət və
təəccüb içində idi. İki yüz tələbə bir yerə toplanır və
bir ruhani onlar üçün söhbət edir?!
İndi bunu bu gün ali məktəblərdə olan vəziyyətlə
müqayisə edin. Görün əlinizə hansı böyük və
qiymətli fürsət düşmüşdür. Bu fürsəti qənimət bilin.
Əsas məsələ budur.
1
Fikrimcə, ruhani ali məktəbdə elə olmalıdır ki,
tələbə ona sığınsın, ona ümidlə baxsın. Əlacını onda
axtarsın. Əgər o, əlac edə bilməsə, ən azı
tələbə
üçün təskinlik səbəbi olmalıdır.
Əgər biz ali məktəblərdə toplantı keçirmişiksə,
söhbət etmişiksə, məscidə getmişiksə, seçimdə
iştirak etmişiksə, müəllim təyin etməyə hazır
olmuşuqsa, bütün saydığım
vəzifələri yerinə
yetirmişiksə, amma tələbə bizə etimad etmirsə,
ümid bağlamırsa, müvəffəq olduğumuzu söyləmək
olmaz.
Sizin ali məktəblərdə əsas səyiniz
bütün
tələbələrə məxsus olmaqdır. Hətta,
ola bilər ki,
tələbəni fikir və münasibət baxımından qəbul
etmirsiniz. Əlbəttə, bu çətin işdir, hətta bəzi
1
Fəqih Rəhbərin ali məktəblərdə nümayəndələri ilə görüşdə
çıxışından, 2010.
133
yerlərdə mümkün olmaya da bilər. Amma hər yerdə
belə deyil.
Fikrimcə, ruhani elə rəftar və əməl edə bilər ki,
hətta fikir baxımından
o ruhanini qəbul etməyən
tələbə: “İnsafən, bu yaxşı insandır”, deyər. Əgər bir
problemi, psixoloji, etiqadi və ya fikri çətinliyi
varsa, yenə o şəxsə sığına biləcəyini düşünər. Əgər
nə vaxtsa namaz qılmaq istəsə, bu ruhaninin
arxasında
qılar.
Ali
məktəblərdə
belə
davranılmalıdır. Yoxsa,
nümayəndəlik bəzilərinə
qarşı birtərəfli mühakimə yürütməməlidir. Bu
məsləhət deyil.
Zənnimcə, biz öz cəmiyyətimizdə tələbənin dini
təbəqənin seçilən üzvü olması üçün iş görməliyik.
Yəni məqsədimiz ali məktəblərdə tələbələri həm
ayıqlıq, maarif, həm də iman baxımından möhkəm,
seçilmiş dini bir ünsürə çevirmək olmalıdır. Təbii
ki, bunlar gələcəkdə İslam Respublikası üçün
xidmətə də zəmanət verəcək. İnşallah, bu baxımdan
irəliləməliyik.
1
1
Fəqih Rəhbərin ali məktəblərdə nümayəndələri ilə görüşdə
çıxışından, 1990.