Əqli mülkiyyətin mühafizəsi Azərbaycan Respublikasının milli və beynəlxalq qanunvericiliyinə əsaslanır. Əqli mülkiyyətin mühafizəsi aşağıdakı əqli mülkiyyət qanunvericiliyi tərəfindən tənzimlənir:
№ 365-IVQ/22 may 2012-ci il tarixli “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
№1004-IIQ/30 sentyabr 2005-ci il tarixli “ÜƏMT-nin müəlliflik hüququna dair Müqaviləsi”nə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanunu;
№115-IQ/5 iyun 1996-cı il tarixli “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu.
-
Əqli mülkiyyətin qeyri-ənənəvi obyektləri haqqında qanunvericilik:
№755-IIQ/14 sentyabr 2004-ci il tarixli “Məlumat topluların hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
№460-IIQ/16 may 2003-ci il tarixli “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
№337-IIQ/31 may 2002-ci il tarixli ”İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu.
№504-IQ/12 iyun 1998-ci il tarixli “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu;
№312-IQ/10 iyun 1997-ci il tarixli ”Patentlər haqqında” Azərbaycan Respublikasının Qanunu.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) yaradılması haqqında konvensiyada, habelə ÜƏMT üzvü olan Azərbaycanın patent və müəllif hüquqları sahəsində olan qanunverici aktlarında əqli mülkiyyətin hüquq obyektləri aşağıdakılar hesab olunur:
-
Ədəbi, bədii və elmi əsərlər;
-
Artistlərin ifaçılıq fəaliyyəti, fonoqrammalar, radioverilişlər;
-
İnsan fəaliyyətinin bütün sahələrdə olan ixtiraları;
-
Faydalı modellər;
-
Sənaye nümunələri;
-
Əmtəə nişanları; xidmət nişanları; kommersiya adları və nişanlar;
-
Ədalətsiz rəqabətin qarşısının alınması.
Sənaye mülkiyyətinin qorunması ilə bağlı beynəlxalq sazişlərə sənaye mülkiyyətin mühafizəsi üzrə Paris konvensiyası daxildir. Paris konvensiyasının əsas prinsipi – milli rejim prinsipidir.
Paris Konvensiyasının əsas müddəası - patentlərin müstəqillik prinsipdir: Paris Konvensiyasına üzv olan ölkələrdə verilən patentlər biri-birindən asılı deyildir.
Paris konvensiya çərçivəsində sənaye mülkiyyəti mühafizəsi haqqında beynəlxalq sazişlər aşağıdakı problemlərin həllinə təsir edir:
-
Sənaye mülkiyyətinin ayrı-ayrı obyektlərinin hüquqi qorunması.
-
İxtira və əmtəə nişanları haqqında məlumatların axtarışı.
-
Sənaye mülkiyyəti obyektlərinin beynəlxalq mühafizəsinin təmin edilməsi.
Patent Əməkdaşlığı haqqında Saziş - Patent Cooperation Treaty (PCT) – patent axtarışı və müraciətlərin ekspertizası sahəsində beynəlxalq əməkdaşlıq.
Patent Əməkdaşlığı haqqında müqavilənin məqsədləri:
-
Patent idarələrinin işində təkrarlamaların aradan qaldırılması;
-
Xarici ölkələrə patent müraciətlərinin edilməsinin asanlaşdırılması;
-
Xarici patent müraciətlərin ekspertizasının sürətləndirilməsi;
-
Yeni nailiyyətlər haqqında məlumatın yayınlanmasının sürətləndirilməsi.
Patent Əməkdaşlığı haqqında Sazişə aşağıdakılar aidir:
-
Beynəlxalq müraciət haqqında müddəa (PCT müraciəti);
-
Beynəlxalq ekspertiza haqqında müddəa;
-
Əməkdaşlıq üzv ölkələrinin hüquqlarına hörmətlə yanaşır.
-
Beynəlxalq axtarış və ekspertizadan sonra materiallar müraciət edənin ölkəsinə göndərilir və orada milli patent verilməsi barədə məsələlərə baxılır.
Regional konvensiyalar və razılaşmalar:
-
Avropa Patent Konvensiyası;
-
Avrasiya Patent Konvensiyası (Azərbaycan təşkilatın üzvüdür);
Əqli mülkiyyət müəllif hüquqlar və sənaye mülkiyyət hüquqları ilə mühafizə oluna bilər. Bu iki hüquqlar arasında olan fərqlər bunlardır:
Cədvəl 2. Müəllif və sənaye mülkiyyəti hüquqlarının müqayisəsi
|
Müəllif hüququ
|
Sənaye mülkiyyəti hüququ
|
Hüququn məzmunu
|
Elm, incəsənət və ədəbiy-yat əsərlərin sürət çıxartma hüququ
|
İnsan fəaliyyətinin bütün sahələrində texniki yara-dıcılıq nəticələrinin istifadə hüququ
|
Dövlət qeydiyyatı
|
Əsərin yaranma anında hə-yata keçirilir, qeydiyyat vacib deyil
|
Sənədin qorunması qeydiy-yat zamanı olur
|
Sənaye mülkiyyətinin hüquqi obyektləri və müvafiq mühafizə sənədləri cədvəl 3-də verilmişdir.
Cədvəl 3. Sənaye mülkiyyətinin hüquqi obyektləri
Mühafizə obyektləri
|
Mühafizə qabiliyyəti meyyarları
|
Sənəd
| -
İxtira
| -
Yenilik
-
İxtira səviyyəsi
-
Sənayedə tətbiq imkanı
|
PATENT
| -
Sənaye nümunəsi
| -
Yenilik
-
Orijinallıq
-
Sənayedə tətbiq imkanı
|
PATENT
| -
Faydalı model
| -
Yenilik
-
Sənayedə tətbiq imkanı
|
PATENT
| -
Əmtəə nişanı
|
Fərqləndirən xüsusiyyəti
|
Şəhadətnamə
| -
Şirkətin adı
|
İdentifikasiya imkanı
|
Şəhadətnamə
| -
Coğrafi adı (əmtəənin mənşə yeri)
|
Coğrafi mühitinin əmtəənin xüsusiyyətinə təsiri
|
Şəhadətnamə
| -
Know-how
|
Qorunmur
|
|
Əqli mülkiyyətin əsas mühafizə forması patentləşmədir.
Patent ixtira, faydalı model və ya sənaye nümunəsinin müəllifliyini, prioritetini və onun istifadəsində istisna hüququnu təsdiqləyir.
-
İstismar müddəti (ixtira– 20 il, faydalı model – 5 il)
-
Lisenziya sazişləri vasitəsilə kommersiya dövriyyəsinə giriş.
Patent monopoliyası antimonopoliya qanunvericiliyinin müddəalarından çıxarılır.
Dostları ilə paylaş: |