Texnologiyalarin kommersiyalaşdirma metodikasi



Yüklə 255,56 Kb.
səhifə1/4
tarix22.10.2017
ölçüsü255,56 Kb.
#9346
  1   2   3   4



Azərbaycan dövlət İqtİsad unİversİtetİ

Texnologİya Transfer mərkəzİ

TEXNOLOGİYALARIN KOMMERSİYALAŞDIRMA

BƏLƏDÇİSİ

Tədqiqatçılar üçün metodik vəsait












BAKI


Tərtib edənlər:
Hüseynov A.F. Texnologiya Transfer Mərkəzinin direktoru

Şirəliyev E.İ. Texnologiya Transfer Mərkəzinin patent mütəxəssisi

İbrahimov V.Ş. Biznes və Menecment fakültəsinin dekan müavini



Bələdçidə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırma mərhələlərinin qısa icmalı verilmişdir. Nəşr olunmuş materiallardan seçmələr əsasında və Avropa standartlarına uyğun tərtib edilmiş metodik vəsait Azərbaycanda təhsil və elm sahəsində çalışanlara əyani vəsait kimi xidmət edəcəkdir.



Bakı ş. 2017-ci il.

Mündəricat

İbrahimov V.Ş. Biznes və Menecment fakültəsinin dekan müavini 2

Bələdçidə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırma mərhələlərinin qısa icmalı verilmişdir. Nəşr olunmuş materiallardan seçmələr əsasında və Avropa standartlarına uyğun tərtib edilmiş metodik vəsait Azərbaycanda təhsil və elm sahəsində çalışanlara əyani vəsait kimi xidmət edəcəkdir. 2

Giriş 4

I.Texnologiyaların kommersiyalaşdırmasında atılan ilk addımlar 6



II.Əqli mülkiyyətin qiymətləndirilməsi 10

III.Əqli mülkiyyətin mühafizəsi 22

IV.Əqli mülkiyyətin marketinqi 26

V.Əqli mülkiyyətin kommersiyalaşdırma üsulları 28

VI.Əqli mülkiyyət obyektinin qiyməti necə hesablanmalı? 33

VII.İstifadə olunmuş ədəbiyyat 36




Giriş


Texnologiyaların kommersiyalaşdırması dedikdə texnologiya haqqında məlumatların kommersiya məqsədilə istifadəsindən və ya texnologiyanın tətbiqindən mənfəət əldə olunması başa düşülür. “Texnologiyaların kommersiyalaşdırması” termini ilə “texnologiya transferi” termini arasındakı fərq ondan ibarətdir ki, texnologiya transferi zamanı texnologiya üçüncü tərəfə gəlir məqsədi güdülmədən ötürülür. Ekoloji texnologiyaları buna misal göstərmək olar.

Texnologiyaların kommersiyalaşdırması fəaliyyəti zamanı aşağıdakı istiqamətlərdən gəlir əldə oluna bilər:



  • Texnologiyaların istismarı ilə əlaqədar hər hansı kommersiya razı-laşmalarından;

  • Texnologiyaların tətbiq olunma səviyyəsinə çatdırılması üçün tədqiqat işlərinin yerinə yetirilməsindən;

  • Texnologiyalardan istifadəni nəzərdə tutan lisenziyaların üçüncü şəxslərə satışından;

  • Texnologiyalardan istifadə etməklə məhsul/xidmət istehsalı üçün ixtiraçılar tərəfindən strateji partnyorlarla yaradılan start-ap şirkətlərindən.

Kommersiyalaşdırma mərhələsinə qədər texnologiyaların hazırlanmasında əsas həll olunan məsələlər aşağıdakılardır:

  1. ETTKİ nəticələrinin ekspertizası;

  2. kommersiyalaşdırmanın perspektivlərini qiymətləndirməklə və texnoloji marketinqi həyata keçirməklə maliyyələşdirməsi üçün ən cəlbedicilərinin seçilməsi;

  3. texnologiyanın perspektiv innovasiya layihəsi formasına salınması;

  4. investisiya memorandumunun hazırlanması, investorların axtarışının həyata keçirilməsi;

  5. prosesdə bütün iştirakçı tərəflər arasında gələcək intellektual mülkiyyət hüquqlarının möhkəmləndirilməsi və öz aralarında paylaşdırılması;

  6. istehsalda texnologiyaların tətbiqi mərhələsində kommer-siyalaşdırma layihələrinin reallaşdırılması;

  7. intellektual mülkiyyət obyektlərinin sonrakı modifikasiya və müşahidəsi istiqamətlərinin seçimi sahəsində xidmətlərin göstərilməsi.


  1. Texnologiyaların kommersiyalaşdırmasında atılan ilk addımlar


  1. İxtiraçı öz layihəsinin məxfililiyini təmin edib ya yox?

Yalnız məxfililik haqqında razılaşma olduqda, ixtiraçı potensial patent haqqında məlumat vermək hüququna malikdir. Məlumatın konfidensial şəkildə ötürülməsi patent üçün ərizənin verilməsi və gələcəkdə patentin alınmasına mane ola bilməz. Əgər tədqiqatçı sərgilərdə və ya konfranslarda çıxış edirsə və öz ixtirasının məğzini açıqlayırsa, ixtiranın patent mühafizəsi təmin edilə bilməz. Əgər patent müraciət ərizəsi verilibsə, “Patent üçün müraciət ərizəsi verilib” qrifi altında məlumatın açıqlanması həyata keçirilə bilər. İxtira haqqında erkən məlumatın verilməsi və onun patentləşməsi də kommersiya dəyərinə malikdir.

  1. Yeni ixtira - yeni qurğudur (nə isə daha səmərəli istehsal edirsə); yeni üsuldur (nə isə daha qənaətlə edirsə); yeni material və ya yeni maddədir?

Əgər yeni ideya qurğu, üsul və ya stamm şəklində öz əksini tapırsa, o patentləşə bilər. Əgər yeni ideya biznes-planın işlənilməsi və ya informasiyanın yeni üsulla verilməsindən ibarətdirsə, onda o patentləşə bilməz. Əgər ideya prinsipial yeni çözmələr üzərində qurulmuş yeni proqram təminatıdırsa, onda o patentləşdirilir, və ya müəllif hüququ verilir. Ona görə, ideyanın nə olduğunu və harada həyata keçirilməsini aydınlaşdırmaq lazımdır.

  1. İxtira mövcud olan qurğuları, üsulları və ya maddələri dəyişirmi?

Əgər ixtira mövcud olan qurğunu, üsulu və ya maddəni dəyişirsə, o patentləşdirilə bilər. Çünki, patentlər əsasən səmərəliliyin artmasına, keyfiyyətin yüksəlməsinə, enerji sərfinin və mövcud texnologiyaların xərclərinin azalmasına yönəlir.



  1. İxtiranın təsviri varmı?

İxira müəllifin qurğu və ya üsulun modelinin mövcudluğu patentin alınmasına kifayət etmir. Patent müraciəti üçün ətraflı texniki təsvir, çertyojlar və ixtiranın texniki gercəkləşməsi üçün sübutlar əlavə olunmalıdır.

  1. İxtiranın müəllifi kimdir?

Əgər ixtira xidməti tapşırıq çərçivəsində hazırlanıbsa, ixtiraçı onun müəllifidir. Lakin ixtiranın və patentin sahibi müəllifin çalışdığı müəssisədir. Beləliklə, müəyyən etmək lazımdır ki, intellektual mülkiyyət hansı şəraitdə yaranmışdır, kim onun müəllifidir, patent ərizəçisi və patent sahibi kim olacaqdır?

Ondan başqa, ixtira sənədlərinin qəbulu və onların lazımi şəkildə sənədləşdirilməsi üçün aşağıdakı suallar verilməlidir:



  1. Bir neçə cümlə ilə ixtiranın məğzini təsvir etməyə çalışın.

  2. Hansı bazarlarda ixtiranın kommersiya potensialı var?

  3. İxtiranın hazırlanması hansı mərhələdədir (məsələn, konsepsiyanın yoxlanılması üçün əlavə tədqiqatlar aparılmalıdır, prototipin mövcudluğu)?

  4. İxtiraçılar öz ixtiralarını kiminlə müzakirə ediblər? Bu müzakirələrin məqsədi və məzmunu nədir? Müzakirələrdən öncə məxfilik haqqında sazişlər imzalanıbmı?

  5. İxtiralara aid olan sənədlərin məzmununu açıqlayın.

  6. Tədqiqat nəticələri dərc olunmuşdurmu, konfransların tezislərində nəticələr təqdim edilmişdirmi və s.?

  7. İxtira haqqında məlumat elektron poçt vasitəsilə göndərilmişdirmi? Həmkarlarla bu ixtira haqqında internet vasitəsilə, məsələn, forumlarda müzakirə aparılmışdırmı?

  8. Elmi-tədqiqat işlərinin qeydiyyat jurnalı tərtib edilmişdirmi (məsələn: laboratoriya işlərinin qeydiyyat jurnalı)?

  9. Patentin dərcindən öncə ixtira haqqında informasiya namizədlik və doktorluq dissertasiyalarında istifadə olunacaqmı?

  10. Patent tədqiqatları keçirilmişdirmi?

  11. İxtiraçıların özəl şirkətlərlə lisenziya və ya investisiya haqqında müzakirələri keçirilmişdirmi?

  12. Lisenziat ola biləcək şirkətin və ya təşkilatın növünü müəyyən etmək olarmı?

  13. ETTKİ-lərdə ixtiralar sahəsində rəqabət dərəcəsi hansı səviyyədədir? Bazarda işlənmiş texnologiyanı nə rəqabət gözləyir?

  14. İxtiraçının fikrincə, ixtira əsasında hazırlanmış məhsulun onun rəqabət qabiliyyətinə təsir göstərən səciyyələndirən meyarları hansılardır?

  15. İxtiranın tətbiqinin əsas üstünlüyü nədən ibarətdir: maya dəyərinin azalması və ya yeni istehlak xüsusiyyətləri?

İxtiraçılarla işə başlamaq üçün ən rahat vasitə ixtiranın texniki ma-hiyyəti haqqında məlumat formasıdır. Belə forma aşağıdakı şəkildə hazırlanmalıdır:

İxtiranın texniki mahiyyət forması:

  1. Əlaqələndirici şəxs ___________________________________

  2. Əlaqə tarixi _________________________________________

  3. Əqli mülkiyyətin mümkün formaları:

  • Patent

  • Əmtəə nişanı

  • Faydalı model

  • Müəllif hüququ

  • Konfidensial məlumat (know-how)

  1. Texniki təsvir: Təsvir müəyyən qədər ətraflı olmalı və çertyoj, foto­lar və prototiplərin təsviri ilə təchiz olunmalıdır.

  2. Yeniliyin ehtimal olunan səviyyəsi: texnologiyanın hansı mərhələdə olması barədə məlumat verilməlidir.

  3. Potensial kommersiya istifadəsi və bazarları: məşhur istehsalçıları, analoqların mövcud lisenziya razılaşmalarını və məlum tətbiq üsullarını təsvir etmək.

  4. Əqli mülkiyyət mənbələri: əqli mülkiyyət yaradan layihənin sahibi kimdir?

  5. Tədqiqatlar haqqında nəşrlər: Nəşrlərin xülasəsi. İxtiraçılar/ müəlliflərin S.A.A., vəzifəsi, ixtiraların maliyyələşmə üsulları.

  6. Əlavə məlumatlar: ____________________________________



  1. Yüklə 255,56 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin