Texnologiyaların kommersiyalaşdırma layihələrinin seçilməsi üçün kommersiyalaşdırma mərkəzləri aşağıdakı dörd üsuldan istifadə etməlidir:
-
Cəmiyyət üçün faydanın yaradılması nöqteyi-nəzərdən texnologiyaların qiymətləndirilməsi üsulu.
-
Texnologiyaların kommersiyalaşdırma layihələrinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi üsulu.
-
Kommersiyalaşdırma mərkəzlərinin işlədiyi layihə və proqramlara bağlanması üsulu.
-
İlkin marketinq tədqiqatları üsulu.
ETTKİ nəticələrinin kommersiyalaşdırma layihələrinin seçilməsi zamanı tədqiqat və təcrübi-konstruktor işlərinin mərhələsini nəzərə almaq lazımdır. Texnologiyaların kommersiyalaşdırması layihələrinin və onların portfellərinin idarəedilməsi baxımından nəzərə almaq lazımdır ki, elmi-tədqiqat və innovasiya layihələrinin icrasında hər biri müəyyən növ nəticə verməklə üç ayrı-ayrı mərhələlər mövcuddur. ETTKİ bütöv prosesinin fazalara bölünməsi nümunəsi 1 saylı cədvəldə göstərilmişdir.
Cədvəl 1. Texnologiyaların kommersiyalaşdırma layihələri və elmi-tədqiqat işlərinin nəticələri və mərhələləri
Elmi-tədqiqat və innovasiya layihələrinin mərhələləri
|
Mərhələnin yekunlaşmasının nəticəsi
|
Elmi tədqiqatlar mərhələsi
|
Tədqiqatların nəticələri haqqında hesabat
|
Texnologiyaların səmərəliliyinin texniki-iqtisadi əsaslandırılmasının və investisiya öncəki tədqiqatların təcrübi mərhələsi
|
Prototiplər, təcrübə və ya laboratoriya sınaqlarının nəticələri
|
Yeni texnologiyaların sənayedə tədbiqinin üsullarının işlənilməsi mərhələsi
|
Yeni texnologiyaların tədbiqilə yeni məhsulların və ya yeni xidmətlərin istehsal layihələri
|
Əqli mülkiyyətin və onlara əsaslanan texnologiyalarını kommersiya-laşdırma mərkəzlərinin texnologiyalar portfelinə daxil etmək üçün layihələrin və nəticələrin aşağıdakı 8 parametri əsasında seçim etmək tövsiyə edilir:
-
Layihənin nəticələrinin keyfiyyəti və üstünlüyü.
-
Layihənin nəticələrinin elm və texnikanın mövcud səviyyəsinə uyğunluğu.
-
Bazarın layihə nəticələrinə ehtiyacı.
-
Son istifadəçilər üçün layihənin nəticələri tərəfindən yaradılan iqti-sadi üstünlüklər.
-
Layihənin nəticələrinin yeniliyi.
-
Layihənin nəticələrinin istifadəçilərin texnoloji imkanlarına uyğun-luğu.
-
Layihənin nəticələrinin rəqabət qabiliyyəti.
-
Layihə nəticələrinin tədbiqinin geniş imkanları.
Nümunə 1. Əqli mülkiyyətin qiymətləndirilməsi formasi
Parametrin adı
|
Ballar
|
Parametrin çəkisi
|
Cəmi
|
Əqli mülkiyyətin mühafizəsi, o cümlədən mühafizə forması, ixtira səviyyəsi, əqli mülkiyyətin istifadə planı
|
|
5
|
|
Bazarın həcmi (ödəmə qabiliyyətinin həcmi)
|
|
5
|
|
İxtiraçı tərəfindən əqli mülkiyətin istis-marına dəstək (injinirinq xidmətlərinin təqdimatı, əqli mülkiyyətin tətbiqi və istismarında iştirakı və s.)
|
|
4
|
|
Əqli mülkiyyətin təklif olunan əmtəə və xidmətlər bazarının vəziyyətinə olan təsiri
|
|
3
|
|
Əqli mülkiyyət haqqında məlumatların nəşr olunma müddəti - dərhal açıqlanan mə-lumat (hə=1; yox=10)
|
|
1
|
|
Əqli mülkiyyətin istismar rejiminə keçməsi müddəti (uzunmüddətli=1, qısamüddətli=10)
|
|
1
|
|
Mövcud əqli mülkiyyət obyektlərinin tətbiq edilmə sahəsində kommersiyalaşdırma mərkəzinin iş təcrübəsi (təcrübəli mütəxəssisin dəstək imkanları, danışıqlarda ixtiraçını təmsil etmə imkanları və s.)
|
|
1
|
|
Yekun
Əlavə məlumat
|
|
Patent tədqiqatların nəticələri
|
|
Marketinq tədqiqatların nəticələri
|
|
Qeyd: Ballar 10 ballıq şkala ilə verilir. Maksimum yekun qiymət - 200 bal təşkil edir.
Nümunə 2. Əqli mülkiyyətin qiymətləndirməsi formasi
Doğru qiymət verilməsi zəruridir
|
5
|
4
|
3
|
2
|
1
|
Ballar
|
Patent üçün müraciətin ekspertizası
|
Müsbət ola bilər
|
Qarşıya qoyma mövcud deyil
|
İlkin ekspertizadan keçdi
|
Müraciət qəbul olunmayıb / yazışma davam edir
|
Müraciət qəti qəbul olunmayıb
|
/5
|
Patent müddəti (qalıq)
|
15 ildən çox
|
10-15 il
|
5-10 il
|
3-5 il
|
1-3 il
|
/5
|
Patent müraciətinə verilən digər ekspert rəyləri
|
Müsbət ola bilər
|
Qarşıya qoyma mövcud deyil
|
İlkin ekspertizadan keçdi
|
Müraciət qəbul olunmayıb / yazışma davam edir
|
Müraciət qəti qəbul olunmayıb
|
/5
|
İxtiranın mahiyyəti
|
Fundamental
|
Fundamentala yaxın
|
Texnologiyaların inkişafında böyük irəliləyiş
|
Texnologiyaların orta səviyyəli yaxşılaşdırılması
|
Texnologiyaların cüzi yaxşılaşdırılması
|
/5
|
Əqli mülkiyyətin mühafizə olunma dərəcəsi
|
Çox güclü
|
Güclü
|
Orta
|
Zəif
|
Çox zəif
|
/5
|
Başqa ixtiralarla müqayisə imkanları
|
Risk yoxdur
|
Az sayda analoqlar mövcud-dur
|
Orta sayda analoqlar mövcud-dur
|
Bənzər texnologiyalar mövcud-dur
|
Çox sayda bənzər texnologiyalar mövcuddur
|
/5
|
Mühafizə növü:
Bir mühafizə növü mövcuddur və ya bir neçəsi
|
Bir neçə güclü mühafizə növləri mövcud-dur
|
|
|
|
Yeganə mühafizə növü
|
/5
|
Patentin mühafizəsini gücləndirmək və ya əqli mülkiyyət obyektlərin portfelini yaratmaq potensialı (əsas patentin mövqeyini gücləndirən digər patentlər mövcudluğu)
|
Çox güclü
|
Güclü
|
Orta
|
Zəif
|
Çox zəif
|
/5
|
Əlavə ETTKİ-lərin keçirilməsi ilə patentin gücləndirmə potensialı
|
Çox güclü
|
Güclü
|
Orta
|
Zəif
|
Çox zəif
|
/5
|
Əqli mülkiyyət öhdəliklərindən azaddırmı?
|
Öhdəlik yoxdur
|
|
Əmin deyiləm
|
|
Əqli mülkiyyətin istifadəsi üzrə öhdəliklər var
|
/5
|
Yekun hal
|
|
|
|
|
|
/50
|
Əqli mülkiyyətin qiymətləndirilməsi zamanı kommersiyalaşdırma mərkəzinin əməkdaşlarının ixtiraçılarla görüş keçirmələri və əqli mülkiyyətin qorunması problemlərinin müzakirəsi haqqında xüsusi jurnalda qeydlərin edilməsi zəruri hesab edilir. Belə bir jurnalda əqli mülkiyyətin qorunması və onun gələcək kommersiyalaşdırması üzrə bütün qeydlər aparıla bilər. Belə bir jurnalın nümunəsi aşağıda verilir.
Əqli mülkiyyət obyektlərinin vəziyyəti haqqinda jurnal
İstinadlar üçün №: .......................................................................................................................
Elmi-tədqiqat təşkilatı: .......................................................................................................................
ETTKİ-nin və ya layihənin adı: .......................................................................................................................
Tarix : .......................................................................................................................
Kommersiyalaşdırma mərkəzinin məsul şəxsi (KM): .......................................................................................................................
Tədqiqatçılar/İxtiraçılar: .......................................................................................................................
A. ETTKİ nəticələri barədə aktivlik
1. KM tərəfindən iş görülməyib – ........aydan yenidən baxılsın: ............. tarixə qədər
2. KM tərəfindən dəstək lazımdır – gələn dəfə tədqiqatçı/ixtiraçı ilə ......... aydan sonra görüşmək:............... tarixə qədər
3. KM tərəfindən dəstəyə ehtiyac duyulmur. Qeydlərə nəzər sal.
B. KM tərəfindən dəstək.
Dəstək növləri
|
Daxili məlumatlar
|
Xarici məlumatlar
| -
İşləmənin mahiyyəti
|
|
| -
Tətbiq sahəsi (sənaye)
|
|
| -
Marketinq və başqa tədqiqatlar
|
|
| -
ƏM mühafizə üzrə təkliflərin hazırlanması
|
|
| -
Əqli mülkiyyətin qorunması
|
|
| -
Əqli mülkiyyətin təhlili
|
|
| -
Məxflilik barədə standart razılaşma
|
|
| -
Məxflilik barədə qeyri-standart razılaşma
|
|
| -
Patent və ya ƏM-nin başqa mühafizə formaları
|
|
| -
ƏM istifadəsi üzrə standart razılaşmalar və müqavilələr
|
|
| -
ƏM istifadəsi üzrə qeyri-standart razılaşmalar və müqavilələr
|
|
| -
Əlavə məlumat
|
|
| -
Qeydlər
|
|
| -
Surətini göndərmək:
|
|
|
Əqli mülkiyyətin ilkin qiymətləndirilməsi
Əqli mülkiyyətin qiymətləndirilməsini həyata keçirərkən patentləşdirmə və ya əqli mülkiyyətin mühafizəsinin başqa formalarının müəyyən edilməsi zəruridir. Həmcinin, müəyyən etmək lazımdır ki, ekspertlər üçün patent müraciətinin rədd edilməsi, ona yaxın prototip və analoqların aşkar olunması nə dərəcədə çətin olacaqdır.
Əqli mülkiyyət qismində təqdim edilən ETTKİ nəticələrin ixtira səviyyəsini, yeniliyini və bu sahədə hansı tədqiqatlar aparılmasını müəyyən etmək üçün, kommersiyalaşdırma mərkəzinin əməkdaşları tərəfindən əqli mülkiyyətinin ilkin qiymətləndirməsi zamanı ədəbiyyat, patent bülleten üzrə analoqların ilkin axtarışı aparılmalıdır. İlkin axtarışın nəticəsi belə ola bilər ki, yeni texnologiya kimi guman etdiyimiz ixtira əslində artıq istifadə edilir. Belə ilkin tədqiqatın məqsədi ETTKİ nəticələri üzrə gələcək addımların müəyyən edilməsidir. Ona görə texnologiyaların kommersiyalaşdırma mərkəzləri bu mərhələdə professional patent mütəxəssislərinin (patent vəkilləri, patentşünaslar) köməyinə müraciət edə bilərlər. Axtarış üçün ödənişsiz və ödənişli məlumat bazasından istifadə etmək olar (WIPO təşkilatının patent bazası, www.espacenet.com, www.patbase.com, www.epo.org saytları və s.). Əgər patent axtarışı zamanı bu sahədə mövcud olan patentlər aşkar edilərsə, onda patent müraciətində düzəlişlər etmək lazım gəlir.
İxtiraçı/tədqiqatçılar ilə işin ilkin mərhələsində əqli mülkiyyətin qiymətləndirilməsi subyektiv ola bilər. Amma bu məlumat kommersiyalaşdırma mərkəzinin əməkdaşlarında əqli mülkiyyət obyektinin kommersiya potensialı haqqında ilkin təəssürat yaranmasına kifayət etməlidir. Yadda saxlamaq lazımdır ki, təkcə patentləşdirilə biləcək deyil, həmçinin know-how şəklində təqdim oluna biləcək əqli mülkiyyət obyektləri qiymətlidir. Daha sonra KM əməkdaşları bu ixtira ilə əlaqədar işi davam etmək zəruriliyi olub-olmadığına dair qərar verməlidirlər.
Əgər KM bu ixtira ilə işini davam etdirmək qərarına gələrsə, müəyyən edilməlidir ki, kim və hansı şərtlərlə əqli mülkiyyətə sahiblik edəcəkdir, mülkiyyət hüquqları tədqiqatçı/ixtiracılar və elmi-tədqiqat müəssisələri arasında necə bölüşdürüləcəkdir. Bu səbəbdən də patentləşdirmə prosesinin iştirakçıları arasında patent razılaşması imzalanır. Buradan aşağıdakı məsələlər aydın olur: a) Elmi tədqiqat müəssisələri bu ideya və ixtiranın kommersiyalaşdırılmasında maraqlı olacaqlar, b) ixtiraçılar isə təsdiq edirlər ki, onlar ixtiranın müəllifidirlər və kommersiyalaşdırma prosesinə dəstək olacaq və bu prosesdə iştirak edəcəklər. Əgər elmi-tədqiqat müəssisəsi ixtiranın kommersiy-alaşdırılmasında maraqlı deyildirsə, onda prosesin iştirakçıları arasında patent razilaşması iştirakçılara imkan yaratmalıdır ki, müəyyən şərtlərlə onlar ETTKİ nəticələrinin kommersiyalaşdırılması ilə müstəqil məşgul olsunlar.
Əqli mülkiyyətin və onun gələcəkdə kommersiyalaşdırılması perspektivinin ətraflı qiymətləndirilməsi
Əqli mülkiyyətin kommersiyalaşdırılma perspektivinin qiymətlədirilməsinin əsas problemi ondan ibarətdir ki, hələ mövcud olmayan yeni əmtəə və xidmətləri üzrə bazarın tələbinin həcmini qiymətləndirmək lazımdır. Ona görə də kommersiyalaşdırmanın perspektivlərinin qiymətləndirilməsinin əsasında risklərin minimumlaşdırma və əqli mülkiyyət obyektlərin istismar imkanlarının genişləndirilməsi durmalıdır, amma onu da dərk etmək lazımdır ki, riskləri tamamilə istisna etmək olmaz, amma onları idarə etmək, qarşısını almaq və ya azaltmaq olar.
İxtiranı kim daha yaxşı şəkildə qiymətləndirə bilər? Bu sualı başqa cür də ifadə etmək olar: “İxtiranın dəyərini kim daha yaxşı müəyyən edə bilər?” Bu suala tək texnoloqlar və ya patentşünaslar cavab verməli deyillər. Daha geniş miqyasda insanları bu işə cəlb etmək lazımdır. Ona görə ixtiradan istifadə edə biləcək kommersiya müəssisələrinin rəhbərlərinin, ixtiraçıların, patentşünasların, hüquqşünasların və başqa mütəxəssislərin rəylərini öyrənib, onları sistemləşdirmək lazımdır. Bir tərəfdən texnologiya və onun əsasını təşkil edən əqli mülkiyyətin qiymətləndirilməsi və digər tərəfdən bazarın tələbat imkanları texnologiyanın kommerisyalaşdırma problemlərinə öz təsirini göstərir.
Əqli mülkiyyətin güclü tərəfləri və onun tətbiq sahəsi. Güclü tərəflərinə təkcə ixtira səviyyəsi, yenilik və texniki istifadə imkanları daxil deyildir. Patentləşdirilmiş texnologiya əsasında istehsal olunmuş məhsul/xidmətdən istifadəçilər yararlanmaq istədikdə əqli mülkiyyətin güclü tərəfləri yaranır. Ixtiranın tədbiq olunacaq sahəsini qiymətləndirmək lazımdır. Patentin güclü tərəfləri və geniş tətbiq sahələri mövcuddurmu?
Əqli mülkiyyətə sahib olmaq. Əqli mülkiyyətə sahib olmaq kritik problem sayılır. Əgər əqli mülkiyyətin sahiblik məsələsi aydın olmadıqda, kommersiyalaşdırma perspektivlərini qiymətləndirmək çətin olur. Bu suala cavab vermək o vaxt çətin olur ki, əqli mülkiyyət kollaborativ layihənin yerinə yetirilməsi nəticəsində, ya da təşkilatda çalışmayan mütəxəssislərin iştirakı ilə, məsələn tələbələr və ixtisasını artıran ixtiracılar tərəfindən yaradılmış olsun.
Burada aşağıdakı suallara cavab vermək lazımdır:
-
Əqli mülkiyyətin əsas əlamətləri müdafiə edilibmi?
-
Hansı ərazilərdə və nə formada əqli mülkiyyət qorunur?
-
ETTKİ çərçivəsində yaradılmış əqli mülkiyyətə kim sahiblik edir?
-
Yaradılmış əqli mülkiyyət əsasında son məhsulda əvvəlki əqli mülkiyyət istifadə olunurmu?
-
Əvvəlki əqli mülkiyyətin sahibi kimdir?
-
Son məhsulu bloka sala bilən patentlər mövcuddurmu?
-
Əqli mülkiyyətin istifadəsi üçün lisenziyalar verilmişdirmi? Hansı, kimə və nə vaxt?
Əqli mülkiyyətin imkanlarını və zəif tərəflərini müəyyən etmək. Əqli mülkiyətin imkanlarını və zəif tərəflərini müəyyən etmək üçün ən müxtəlif üsullardan istifadə olunur. Belə üsullara misal olaraq ixtira mövzunun istinad tezliyin diaqrammasının qurulması və ya tematik kartların qurulması metodikasıdır. Tezliyin və tematik kartların qurulması üçün alətlər hazırlayan bir necə şirkət vardır. Belə şirkətlərdən biri Mikropatent və onun Aureka proqramıdır (www.micropatent.com).
Əqli mülkiyyət portfelinin yaradılması və başqa ixtiraçılarla əməkdaşlıq imkanlarının müəyyən edilməsi. Əqli mülkiyyətin tədbiqi xəritəsini müəyyən edəndən sonra, ixtiranın tədbiq sahələrinin genişlənməsi məsələsinə baxmaq olar. Ilk ixtira adətən yalnız başlanğıc olur. ETTKİ nəticələri əsasında əqli mülkiyyət obyektlərinin portfelini yaratmaq olar, o isə öz növbəsində əvvəl yaradılmış əgli mülkiyyət obyektlərinin mövgelərini möhkəmləndirə bilər, məsələn, başqa ixtiracılar və tədqiqatçılarla əməkdaşlıq vasitəsilə.
Istifadə imkanları. Əqli mülkiyyətin istifadəsi üçüncu şəxslərin lisenziyaların tətbiqinin zəruriliyi ilə nə dərəcədə bağlı olduğunu göstərir. Bu əqli mülkiyyətin istifadəsinin kommersiya imkanlarına güclü təsir göstərə bilər. Vəziyyəti aydınlaşdırmaq üçün aşağıdakı suallara cavab tapmaq lazımdır:
-
Texnologiya hansı inkişaf mərhələsindədir? Nə dərəcədə son məhsula yaxındır?
-
Texnologiyanın real tədbiqi nümayiş olunmuşdurmu?
-
Demo-versiyalar və prototiplər əldə oluna bilərmi?
-
Məhsul və texnologiya alternativlərlə müqayisə olunmuşdurmu?
-
Məhsulun nə yeniliyi nədən ibarətdir, unikallığı nədir?
Məhsul/xidmətlərin təsviri. Aşağıdakı sualları cavablandırmaq lazımdır.
-
Yaradılmış əqli mülkiyyətin tətbiqi nəticəsində alınmış son məh-sullar hansılardır?
-
Tədbiq edilən texnologiyalar nəticəsində istifadəcilərin hansı tələ-batı ödəniləcəkdir?
-
Əqli mülkiyyətin hansı aspektləri son məhsulun istehlak cazibədarlığına təsir göstərir?
-
Mövcud olanlarla nisbətdə son məhsul/xidmətin bazarda hansı üstünlükləri vardır?
Məqsədli bazarlar. Bazarları müəyyənləşdirərkən müxtəlif zaman miqyaslarını unutmaq olmaz:
-
Həcmcə böyük və tez inkişaf edən bazarlar.
-
Həcmcə böyük və tələbatı ödənilməyən bazarlar.
-
Məqsədli bazarlarda yeni müəssisələrin yaranması və lisenziyalaşma imkanları.
Məqsədli bazarları müəyyən etmək üçün internetdə, xüsusi hesabatlarda lazımi məlumatları axtarmaq, şirkət və ixtiracılar arasında sorğu aparmaq lazımdır. Texnologiya imkanlarını təhlil etmək üçün sərgi və yarmarkalarda iştirak etmək məqsədəuyğundur. Məqsədli bazarların aşkara çıxarmasında hansı suallardan istifadə edilməlidir?
-
Məhsul/ xidmətlərin satışı üçün hansı bazar daha optimaldır?
-
Yeni texnologiyaların tədbiqilə yaranan məhsul/xidmətlərin son istifadəçisi kimdir və onların tələbatı nədir?
-
Bazarın həcmi və onun inkişaf sürəti hansı səviyyədədir?
-
Bazarın ehtiyaclarını ödəmək üçün hansı rəqabət qərarları verilir (birbaşa və ya dolayı yolla)?
-
Yeni texnologiyaların tədbiqi ilə yaranan məhsul/xidmətlərin satışına dəstək olan unikal parametlər hansıdır?
-
Əlavə texnologiyalar lazımdırmı?
-
Potensial lisenziya alıcısı kimdir (Böyük həcmli transmilli korporasiyalar, kiçik və orta müəssisələr)?
-
Hüquqi və ya sertifikasiya xarakterli məhdudiyyətlər mövcuddurmu?
-
Bazara daxil olmaq üçün hansı başqa məhdudiyyətlər mövcuddur (məsələn, sərmayələrin minimal həcmi)?
Texnologiyaların son məhsula çevrilməsi üçün imkan və məhdudiyyətlər.
-
Özəl istehsalın imkan və təcrübəsi (o cümlədən, azmiqyaslı istehsal).
-
Texnologiyaların kommersiyalaşdırılmasında ixtiraçıların təcrübəsi.
-
Texnologiyaların kommersiyalaşdırılması üçün idarəedici heyət.
-
Lisenziya/razılıqlar/sertifikatların alınması üçün lazım olan tələblər.
-
Başqa üstünlük və çatışmazlıqlar.
-
Başqa imkanlar və risklər.
Texnologiyaların kommersiyalaşdırması üçün potensial tərəf müqabillərin müəyyənləşdirilməsi.
-
Son məhsulun istehsalçısı.
-
Aralıq məhsulun istehsalçısı.
-
Istehsalatda vasitəçilər.
-
Texnologiyaların ötürülməsində vasitəçilər.
-
Başqaları.
Dostları ilə paylaş: |