Mərhələlər
|
Əlavələr.
|
Hazırlıq.
|
Xəstəyə oturaq və ya uzanmış rahat vəziyyət verilir. Xəstəyə əllərini boş saxlamaq təklif olunur.
|
Nəticələrin daha dəqiq olması üçün rahat vəziyyət vermək lazımdır.
|
Üsulun icrası.
|
1.Mil-bilək oynağını elə tutmaq lazımdır ki, 3 barmaq öndən mil arteriyasına, baş barmaq isə biləyin arxa səthinə düşsün. Mil arteriyasını azacıq sümüyə sıxmaqla, nəbzi hiss et.
|
Arteriya divarının vəziyyətini və nəbzin daha aydın hiss edildiyi arteriyanı təyin etmək üçün, hər iki əldəki nəbz müqayisə edilir.
2-ci şəhadət (göstərici) barmaq daha həssas olduğundan mil arteriyası üzərinə məhz o qoyulur.
|
2. Sağ və sol əldə arteriya divarının dövri hərəkətlərini müqayisə edərək, ritmi təyin et.
|
Nəbz harada daha yaxşı hiss edilirsə, nəbzi orada təyin et.
|
3.Nəbz dalğaları arasındaki intervalları qiymətləndir.
|
Bu nəbzin ritmini təyin etmək üçün lazımdır. Əgər intervallar bərabərdirsə, deməli nəbz ritmikdir.
|
4. Saniyəölçəni götür və nəbz vurğularının sayını hesabla.
|
Nəbz vurğularını ən azı 30 saniyə müddətində saymaq, sonra alınmış göstəricini ikiyə vurmaq lazımdır.
Əgər nəbz aritmikdirsə, nəbz vurğularını ən azı 1 dəqiqə ərzində saymaq lazımdır.
Sağlam şəxslərdə nəbz vurğularının sayı ürək vurğularına uyğun gəlir və normada 1 dəq. 60-90 vurğudur.
|
5.Nəbzin dolğunluğunu təyin et.
|
Nəbzin dolğunluğu nəbz dalğasını əmələ gətirən arterial qanın həcmindən asılıdır. Əgər dalğa yaxşı təyin edilirsə, deməli nəbz kifayət dolğunluqdadır.
|
6.Nəbzin gərginliyini qiymətləndir. Bunun üçün mil arteriyasına nəbz itənə qədər təzyiq et.
|
Əgər mülayim təzyiq etdikdə nəbz itirsə, deməli o qənaətbəxş gərginlikdədir.
Güclü təzyiq etdikdə nəbz itirsə - nəbz gərgindir,
Yüngül təzyiq etdikdə nəbz itirsə - nəbz sapvaridir.
|
7. Nəbz vurğularının sayını müşahidə vərəqində qrafik təsvir et.
|
Müayinə nəticələrinin sənədləşdirilməsi gələcək müşahidə və müqayisə üçün vacibdir.
|
8. Xəstəyə müayinənin nəticələri barədə məlumat ver.
|
|