Tibb bacısı ixtisası üzrə yeni nümunəvi test sualları 1 Həll edilmiş bcj, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə müddəti maksimum nə qədərdir?


) Spazmofiliyanin profilaktikası necə aparılır?



Yüklə 274,5 Kb.
səhifə9/57
tarix01.01.2022
ölçüsü274,5 Kb.
#105958
1   ...   5   6   7   8   9   10   11   12   ...   57
19) Spazmofiliyanin profilaktikası necə aparılır?
Spazmofiliya xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər aparılmalıdır. İlk növbədə raxitin profilaktikası və müalicəsi düzgün aparılmalı, uşağın qida rejimi düzgün qurulmalıdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 203
20) Spazmofiliya xəstəliyi olan uşaqda qıcolma baş verərsə nə etmək lazımdır?
Spazmofiliya xəstəliyi zamanı uşaqda qıcolma baş verərsə xəstəyə təcili yardım göstərilməlidir. Xəstəyə naşatır iylətmək, süni tənəffüs (ağızdan - ağıza, ağızdan - buruna) verilməlidir. Lazım gələrsə qıcolma əleyhinə preparatlardan istifadə edilməlidir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 203
21) Uşaqlarda bronxial astma tutması zamanı hansı preparatdan istifadə etmək olar?
Bronxial astma xəstəliyinin tutmaları zamanı xəstənin vəziyyəti ağırlaşır. Öskürək əziyyətverici, səsli olur, xəstə döş qəfəsində ağrı hiss edir, təngnəfəslik yaranır. Bu zaman eufillin, efedrin və digər preparatlardan istifadə edərək xəstənin vəziyyətini yaxşılaşdırmaq lazımdır.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр 242

Yüklə 274,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin