Tibb bacısı



Yüklə 2,46 Mb.
səhifə19/19
tarix27.07.2020
ölçüsü2,46 Mb.
#102720
1   ...   11   12   13   14   15   16   17   18   19

1149) Araxnoidit nədir?

A) Sinir köklərinin iltihabı

B) Sinir kələfinin iltihabı

C) Sərt qişanın iltihabı

D) Hörümçək toruna bənzər qişanın iltihabı

E) Yumşaq qişanın iltihabı


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1150) Ümumi beyin əlamətlərinə nə aiddir?

A) Hemiplegiya, afaziya

B) Hemiplegiya, üz sinirinin nevriti, udmanın pozulması

C) Başağrısıı, qusma, göz dibində durğunluq, onurğa beyin mayesinin tərkibinin dəyişməsi, hipertenzion sindrom

D) Udmanın pozulması, burun tipli nitq, çeçəmə

E) Hecalı nitq, nistaqm, intension əsmə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1151) Spesefik hörümçəyəbənzər örtük hansı meningit üçün xarakterikdir?

A) Vərəm meningiti

B) Kəskin seroz meningit

C) Meninqokokk meningiti

D) Sifilitik meningit

E) İkincili irinli meningit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1152) Varol körpüsündə hansı sinirlərin nüvələri yerləşmişdir?

A) IV-V-VI

B) I-II-III

C) V-VI-VII-VIII

D) II-III-IV

E) IX-X-XI-XII


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1153) Kəmərləyici dəmrov hansı xəstəlik zamanı baş verir?

A) Meningit

B) Qanqlionit

C) Ensefalit

D) Sirinqomeliya

E) Poliomielit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1154) Epileptik tutma zamanı ilk tibbi yardım nədən ibarətdir?

A) Mədə-bağırsaq traktının yuyulması

B) Təmiz havaya çıxarmaq, oksigen balışı vermək

C) Antibiotik təyin etmək

D) Hipotenziv preparatlar vermək

E) Asfiksiyanın qarşısını almaq


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1155) Epileptik status zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?

A) Tutmaların qabağını almaq

B) Seliyin aspirasiyasının qabağını almaq

C) İnsulin şok terapiyası

D) Ürək fəaliyyətini yaxşılaşdırmaq

E) Barbitur narkozundan istifadə etmək


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1156) Psixomotoroyanma vəziyyətinin qarşısını almaq üçün hansı preparatdan istifadə olunur?

A) 1% - nikotin turşusu

B) 50% - analgin

C) 20% - natri-oksibutirat

D) 1% - dimedrol

E) 0,5% - seduksen


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1157) Alkoqol psixozun müalicəsində alkoqola qarşı şərti (-) nifrət refleksi yaratmaq üçün istifadə olunan dərman maddəsi hansıdır?

A) Seduksen

B) Amitriptillin

C) Serebrolizin

D) Aminazin

E) Apomorfin


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1158) Ruhi xəstəxanaya hospitalizə üçün hansı göstərişlər əsasdır?

A) Ətrafdakılara qarşı təhlükəli olması

B) Nevrozlar

C) Emosional ləbillik

D) Aqressiyaya meyilli olmayan maniakal vəziyyət

E) Anadangəlmə ağıl zəyifliyi


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1159) Bir dəfəlik tutma zamanı hansı tədbirlərdən istifadə etmək olmaz?

A) Cəngolmuş ətrafların hərəkətlərinə güclü əks-təsir göstərmək

B) Dili çıxarmaq və ağzına rezin boru salmaq

C) Köynəyin boynunu açmaq, kəməri çıxartmaq

D) Başı yan tərəfə çevirmək və baş altına yastıq qoymaq

E) Dərman müalicəsi


Ədəbiyyat:N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1160) Alkoqolizmin müalicəsində istifadə olunan sensiblizəedici terapiyanın mahiyyəti nədən ibarətdir?

A) Alkoqola qarşı şərti-mənfi refleks yaratmaq

B) Dehidratasion terapiya aparmaq

C) Süni komatoz vəziyyətə salmaq

D) Bədən temperaturunu süni yüksəltmək

E) Alkoqola qarşı orqanizmin həssaslığını yüksəltmək


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1161) Baş beyin damarlarının aterosklerozu zamanı erkən psixi pozulma nədən ibarətdir?

A) Emosional zəiflik

B) Öz vəziyyətinə qarşı tənqidin itməsi

C) Qıcıqlandırıcı zəiflik

D) Yaxın hadisələrə qarşı yaddaşın zəifləməsi

E) Maraq dairəsinin azalması


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1162) İsterik tutma nə qədər çəkir?

A) 1 saat

B) 3 saat

C) 5 saat

D) 2 saat

E) Qeyri- muəyyən vaxta qədər


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1163) Epidemik ensefalit zamanı gözün hərəki pozğunluqları hansı zədələnmə nəticəsində meydana çıxır?

A) Görmənin qabıq mərkəzinin zədələnməsi

B) Uzaqlaşdırıcı sinir nüvəsinin zədələnməsi

C) Gözün hərəki sinir nüvəsinin zədələnməsi

D) Arxa və boylama dəstənin zədələnməsi

E) Gözün hərəki sinir nüvəsi və qabığının zədələnməsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1164) Poliemielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir?

A) Periferik hərəki və hissi neyronlar

B) Ekstrapiramid sistem

C) Mərkəzi və periferik hərəki neyronlar

D) Onurğa beyninin ön buynuzları və hərəki nüvəsi

E) Onurğa beyninin seqmentar aparatı


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1165) Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir?

A) 30-40 yaş

B) 21-25 yaş

C) 50-60 yaş

D) 7-8 yaş

E) 10-15 yaş


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1166) Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir?

A) Ənsə əzələlərinin rigidliyi

B) Üzün bir tərəfində tutmaşəkilli ağrılar

C) Burun-dodaq büküşünün hamarlanması

D) Qaşları qaldıran zaman alında qırışların olmaması

E) Qusma


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1167) Hansı xəstəlik zamanı xəstədə seqmentar-dissosasiya tipli hissiyat pozğunluğu meydana çıxır?

A) Dağınıq skleroz

B) Yan amiotrofik skleroz

C) Bel tabesi

D) Serinqomieliya

E) Ensefolomielit


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1168) Dissirkulyator ensefalopatiya nə deməkdir?

A) Meninqoensefalit

B) Dağınıq ensefalomielit

C) Beyin qan dövranının kəskin pozulması

D) Hemorragik insult

E) Beyin qan dövranının tədricən pozulması


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1169) Getdikcə artan başağrısı, başgicəllənmə, göz dibində durğunluq, kəllə-sümüklərinin deformasiyası hansı xəstəlik üçün xarakterikdir?

A) Mərkəzi sinir sisteminin travmatik xəstəlikləri

B) Baş beynin şişləri

C) Periferik sinir sisteminin xəstəlikləri

D) Mərkəzi sinir sisteminin infeksion xəstəlikləri

E) Baş beynin qan-damar xəstəlikləri


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1170) Müvazinətin pozulması, nistaqm, başgicəllənmə, ürəkbulanma, qusma, bəzən də eşitmənin pozulması hansı ataksiyada müşahidə olunur?

A) Beyincik ataksiyası

B) Sensor ataksiya

C) Fridreyk irsi ataksiyası

D) Alın ataksiyası

E) Vestibulyar ataksiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1171) Parkinson əlaməti mərkəzi sinir sisteminin hansı infeksion xəstəliyində təsadüf edilir?

A) Meningitdə

B) Epidemik ensefalitin xronik dövründə

C) Mielitdə, kəskin dövrdə

D) Dağınıq skleroz

E) Poliomielitdə, qalıq dövrdə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1172) Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozğunluq nədir?

A) İradi-hərəki pozulma

B) Maniakal sindrom

C) Diqqətin pozulması

D) Yaddaşın pozulması

E) Yatrogen xəstəlik


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1173) Halyüsinator paranoid sindromunda geniş işləsilən dərman preparatı hansıdır?

A) Sulfazin 1% - 2,0

B) Koffein 10% - 2,0

C) Haloperidol 0,5% - 10

D) Melipramin 1,25% - 2,0

E) Frenalon 0,5% - 1,0


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1174) Depressiv sindromda geniş istifadə olunan preparat hansıdır?

A) Aminazin 2,5% - 1,0

B) Melipramin 1,25% - 2,0

C) Qlukoza 40% - 10,0

D) Haloperidol 0,5% - 1,0

E) Mayiptil 1% - 1,0


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1175) Uşaq serebral iflicinin hansı klinik formasında məcburi qeyri-iradi hərəkətlər, nitqin və psixikanın pozulması müşahidə olunur?

A) Miasteniyada

B) Miopatiyada

C) Uşaq serebral iflicinin hiperkinetik formasında

D) Diplegik klinik formasında

E) Hemiplegik klinik formasında


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1176) Miotoniyanın əsas əlaməti nədir?

A) Əzələlər tez yorulur, dincəldikdən sonra əzələnin funksiyası bərpa olur

B) Əzələ fəal şəkildə yığıldıqdan sonra boşalması tədriclə olur

C) “Qurulan kukla” yerişi

D) Əlləri öndə birləşdirdikdə arxada kürəklər “qanadvari” açılır

E) Mərhələ-mərhələ ayağa qalxır


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1177) Psixoterapiya nədir?

A) Balneoloji müalicə üsulu

B) Fizioterapevtik müalicə

C) Medikamentoz müalicə

D) Həkimin söz vasitəsilə psixikaya planlı şəkildə təsir etməklə aparılan müalicə üsülu

E) Refleksoterapiya


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1178) Aşağıdakı metodlardan hansıları nevroloji müayinə metodlarına aid deyil?

A) Kranioqrafiya

B) Uroqrafiya

C) Angioqrafiya

D) Pnevmoensefaloqrafiya

E) Mieloqrafiya


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1179) Hipertonik kriz zamanı ilk yardım nədən ibarətdir?

A) Kortikosteroidlər vermək

B) Pəncərəni açıb təmiz hava və oksigen balışı vermək

C) Ağrıkəsicilərlə kifayətlənmək

D) Başa hündür vəziyyət verib, ayaqlrına isitqac, başa buz qoymaq

E) Ürək dərmanları və sakitləşdirici vermək


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1180) Onurğa beyninin hansı şöbəsinin zədələnməsi zamanı mərkəzi tipli tetraparez xarakterikdir?

A) Döş şöbəsi

B) Bel şöbəsi

C) At quyruğu

D) Yuxarı boyun şöbəsi

E) Sakral şöbəsi


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1181) Şizofreniya sözü yunancadan tərcümədə hansı məna kəsb edir?

A) Ağıl zəifliyi

B) Qəfil yıxılma

C) Psixi sferanın parçalanması

D) Qəmli hal

E) Psixoz


Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1182) Xəstə başa düşür, amma danışa bilmir, bu nədir?

A) Aqnoziya

B) Amnestik afaziya

C) Motor afaziya

D) Aliksiya

E) Aqrafiya


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1183) Mioqrafiya müayinə üsulu əsasən sinir sisteminin hansı xəstəliklərində istifadə edilir?

A) Mərkəzi sinir sisteminin xəstəliklərində

B) Beyin qan dövranı pozgunluğunda

C) Vegetativ sinir sisteminin xəstəliklərində

D) Periferik sinir sistemi xəstəliklərində

E) İrsi-degenerativ xəstəliklərdə


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1184) Meningit zamanı hansı dəyişiklik olur?

A) Qanda leykositoz

B) Qanda limfopeniya

C) EGS artması

D) Likvorun dəyişməsi

E) Qanda şəkərin artması


Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1185) Böyük epileptik tutmanın başlanması üçün xəbardaredici əlamət hansıdır?

A) Absans

B) Disforiya

C) Eyforiya



D) Aura

E) Trans
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin