SƏHİFƏYƏ-SƏCCADİYYƏDƏN MARAQLI CÜMLƏLƏR
İman Zeynəl-abidin (ə) «Məkarimuli-əxlaq» duasnını 24-cü bəndində çox əhəmiyyətli bir məsələyə toxunur: «Pərvərdigara! Məhəmməd və Ali Məhəmmədə salavat və salam göndər. İlahi! Məni həmişə asanlıqla qərar ver ki, məxluqdan bir şey istəməyim. Çünki əgər kimsə mənə bir şey versə, ona tərif etmək məcburiyyətində qalaram».
Məxluqa möhtac olmaq təhlükəli bir şeydir. Əgər insan məxluqu müstəqil hesab edib öz çətinliklərinin aradan qaldırması ümidi ilə ona müraciət etsə, elə həmin anda da Allaha şərik qoşaraq, töhvidi-əfali məqamından uzaqlaşacaqdır. İnsan belə anlarda çox ehtiyatlı olmalıdır. Bəndədən bir şey istəyəndə də bütün diqqəti Allahda olmalıdır. Yəni, «Pərvərdigara! Əgər sən istəsən, mənim çətinliyimi bu şəxsin vasitəsilə həll edə bilərsən». Əgər bu şəkildə olsa, tövhidi-əfalinin sınağından keçməyə ümidi vardır. Çünki tövhidi imtahan körpüsü tükdən nazik, qılıncdan isə itidir. İnsan kiçik bir səhv etməklə bu məqamdan süqut edə bilər.
Amma əgər o, bir kəsin yanına kömək istəmək və ya ruzi tələb etmək niyyətilə getsə və həmin şəxs də onun hacətini yerinə yetirə bilsə, bunun çox böyük təhlükəsi vardır. Çünki insan bu yerdə Allahdan qafil olub, onun hacətini yerinə yetirən şəxsi müstəqil tərifə layiq bilir. Halbu ki, Allah o şəxsə qüdrət və tofiq verməsəydi, heç vaxt bu çətinliyi həll edə bilməzdi.
Əgər həmin şəxs çətinliyi həll edə bilməsə, insan onu məzəmmət etməyə başlayır. «Pul istədim, ola-ola mənə vermədi». Belə deməklə, qəlbində o şəxsə qarşı düşmənçilik hissi yaradaraq, əvəzini çıxmaq fikrinə düşür. Bu halda da insan şirk etmiş olur. Deməli, insan hər iki vəziyyətdə böyük təhlükə ilə qarşılaşır. Çətinliyi həll edən şəxsi müstəqil tərifə layiq bilir, həll edə bilməyəndə isə onu məzəmmət etməyə başlayır.
Amma əslində insan onu çətinliyini həll edə bilməyən şəxsi məzəmmət etməməlidir. Bu anda əgər - «bu işdə Allahın istəyi olmamışdır» - desə, inşallah Pərvərdigari-aləm onun çətinliyini başqa bir yerdən həll edəcəkdir. Çünki həqiqi çətinliyi həll edən yalnız Allahdır. Bilmək lazımdır ki, Pərvərdigar sənin hacətini yerinə yetirmək üçün o şəxsə tofiq verməmişdir. Onun haqqında pis fikirləşib, pis danışmaq lazım deyildir.
Amma çox az adam vardır ki, bu vəziyyətdə şirkə düçar olmasın.
Dostları ilə paylaş: |