«Minhəcus-sadiq»in təfsirində belə rəvayət nəql olunur: Bir gün Həzrət Peyğəmbər (s) namazdan sonra minbərə çıxmaq istəyəndə, mübarək gözləri səhabələrinin arasında olan tamamilə arıqlamış və üzünün cöhrəsi saralmış bir cavana sataşdı. Həzrət Peyğəmbər (s) onun hal-əhvalını soruşdu: Cavan cavab verdi: Ya Rəsuləllah (s) dünəndən bu günə qədər qəm-qüssə məndən əl çəkmir. Fikirləşirəm ki, qiyamət günündə mən sizinlə bir yerdə olacam ya yox?
Bu cavan, Peyğəmbəri (s) çox sevdiyini görə, ondan ayrılmaq onun üçün çox çətin idi. Ona görə də Peyğəmbər (s) müraciətlə dedi: Mən özümü sizin məqamınız olan, Məhmud məqamına laiq bilmirəm. Bəs sizdən ayrılmağıma neçə düzəcəyəmmi?
Həzrət Peyğəmbər (s) cavab verməyib, Allahın vəhyini gözlədi. Elə bu anda belə bir ayə nazil oldu: «Allah və peyğəmbərə itaət edənlər axirətdə Allahın nemətlər verdiyi nəbilər, peyğəmbərlər, siddiqlər, tamamilə doğru danışanlar, etiqadı düzgün olanlar, peyğəbərləri hamıdan əvvəl təsdiq edən şəxlər, şəhidlər və yaxşı əməl sahiblərilə bir yerdə olacaqlar, Onlar isə necə də gözəl yoldaşdlardır».1
Bun yə nazil olandan sonra həmin cavan çox sevindi. İnsan öz əməlinin bərəkəti və itaəti ilə Peyğəmbərlə (s) bir yerdə ola bilər. Amma dünyada uzun arzular edən kəs, bu məsələlər haqqında nə vaxt fikirləşə bilər? Nə vaxt sirat korpüsündən keçməyin fikrində ola bilər?
Rəvayətlərdə sitat körpüsü haqqında belə nəql edirlər: Camaat siratin üstündən keçəndə, gecə həşaratı işığın ətrafına neçə düşürsə, camaat da siratdan elə dəyib, süqut edir.2 İndi özünüz fikirləşin, görəsən biz siratdan kecə bilərikmi? Bir halda ki, uzun arzu etməklə, axirəti tamamilə unutmuşuq.
Buna bənzər bir məsələni sizin yadınıza salırıq. Ömər ibn Sədin hədəfi Rey şəhərinə hökumət etmək idi. Elə buna görə də İmam Hüseyni (ə) öldürməli idi. Bu məsələni öz aləmində belə yozaraq fikirləşdi: Əgər behişt və cəhənnəm doğrudan da olsa, onda mən tövbə edəcəyəm. Amma hal-hazırda mənim üçün nəqd olan Rey şəhərinin hökumətini ələ keçirməliyəm. O, belə deyərək, bu məsələni - hədəf bir vasitədir - deyən münafiqlər kimi yozurdu. Çünki axirət onun üçün nağıldan başqa bir şey deyildi. Uzun arzular onu kor və kar etmişdir.
Dostları ilə paylaş: |