ELMDƏN FAYDALANMAĞIN ŞƏRTİ, NƏFSİN PAKLANMASIDIR «Elm nurdur» deyəndə, həmişə təkrarladığımız əqli dəlillər deyil, qəlbin nuru nəzərdə tutulur. Tövhid və fiqh elminin terminlərinin əzbərlənməsinə baxmayaraq, əgər qəlb bunlardan xəbərdar olmasa, o qəlbdə nur yarana bilməz. Bu elmlər nəfsi paklanmaqla yanaşı olsalar, o anda nura çevrilə bilərlər. Hədis təfsir və başqa elmlər də nurdurlar. Amma nə qədər ki, qəlbin qarşısını hicab tutub, o nurdan əsər-əlamət olmayacaqdır. Bunlar həmin elmin səviyyəsinin alçalmağına səbəb olmaz. Bəlkə bu elmlərin nuraniyyətindən səbəb olmaz. Bəlkə bu elmlərin nuraniyyətindən faydalanmaq hicabların aradan qaldırılmasında şərtlənmişdir. Əgər alim elm öyrənməklə yanaşı nəfsin də paklaya bilsə, bu zaman Peyğəmbərin (s) buyurduğu «alimlər peyğəmbərin varisləridir» hədisi ilə uyğun gələr. Buna görə də hər bir elmi öyrənib, ona əməl etmək yalnız Allah xatirinə olmalıdır ki, həmin elm insan üçün nur olub onun qəlbini işıqlandırsın.