TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


QORXU VƏ ÜMİDİN ANCAQ ALLAHA AİD EDİLƏMƏSİ, HƏQİQİ ELMİN BİR NİŞANƏSİDİR



Yüklə 346,4 Kb.
səhifə99/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   95   96   97   98   99   100   101   102   ...   252
QORXU VƏ ÜMİDİN ANCAQ ALLAHA AİD EDİLƏMƏSİ, HƏQİQİ ELMİN BİR NİŞANƏSİDİR
Allah-Təala həqiqi elm haqqında buyurur: «Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecəni ibadət içində keçirdən müti bəndə kafirlərlə birdirmi?! De ki: heç bilənlərlə bilməyənlər, alimlə cahil eyni ola bilərmi?! Allahın ayələrindən, dəlillərindən yalnız ağıl sahibləri ibrət alar!»2 Həqiqi elmin təsirindən belə şəxslərin qəlblərinin nuraniliyi aşkar olub.

Amma dünyada öz gəlir və vəzifəsinin itirməkdən qorxan adamın ümid və qorxusu ancaq dünyada olan bu və başqa səbəblərdəndir. Əqli elmləri yaxşı oxuyub bilməsinə baxmayaraq, bu şəxs cahıl və nadandır.

Əlbətdə bizim məqsədimiz elmləri inkar etmək deyildir. Amma bu elmlər yalnız nəfs paklanandan sonra faydalı ola bilər. Mühtəhid olmaq istəyən tələbə oxuduğu dərslə yanaşı nəfsini də paklaya bilsə, bu anda o, Peyğəmbərdən (s) nəql olunan bu hədislə uyğun gələr. «Mənim ümmətimin alimləri Bəni-israil peyğəmbərlərindən fəzilətlidir». Amma əgər əksinə olsa, Bələmi-baurun vəziyyətinə düşməsinə mümkündür.

«Pərvərdigara! Qəlbimizə elə bir nur əta et ki, hicablarımız aradan gedib, bəsirət gözümüz işıqlanmaqla Sənin zühürünü görə bilək».

ON ÜÇÜNCÜ DƏRS
«Dinin əvvəli Allahı tanımaq, Allahı tanımağın kamilliyi isə Onu təsdiq etmək və təsdiq etməyin kamalı isə Onu vahid bilməkdir».


Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin