TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


İXLASIN NƏTİCƏSİ ALLAHA QOVUŞMAQDIR



Yüklə 346,4 Kb.
səhifə189/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   185   186   187   188   189   190   191   192   ...   252
İXLASIN NƏTİCƏSİ ALLAHA QOVUŞMAQDIR
Allah-Təala «Kəhf» surəsinin axırıncı ayəsində buyurur: «Kim Rəbbi ilə qarşılaşacağına, qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda dayanacağına ümid bəsləyirsə, yaxud qiyamətdən qorxursa, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın!»1

Bəziləri buyururlar ki, bu ayə ümid verən ayədir. Yəni, insan məyus olmadan Allahın yolunu tapa bilsə, «Liqaullaha» çatar, öz Rəbbinə qovuşar. Amma Pərvərdigarın yolunu tapmaq ixlasladır. Bəndə özünü xilas edə bilsə, mütləq «Liqaullaha» çatacaqdır. Çünki, özünü xalis edən kəs Allahı da xalis hesab edir. Artıq belə insanlar üçün «mənəmliyin» mənası yoxdur. «Mənəmlik» kənara gedən zaman, insan özünü daim haqqın hüzurunda görür. Belə şəxslər həmişə «Liqaullah»dadırlar. Əlbəttə Allahla olan bu görüş bizim təsəvvür etdiyimiz cisimani görüş deyildir.

Səduqun (r.ə.) «Tövhid» kitabında belə bir rəvayət vardır: Zələb Həzrət Əlidən (ə) soruşdu: «Ey Əli, Allahını görmüsənmi?»

İmam (ə) onun cavabında buyurdu: «Görmədiyim Allaha heç vaxt ibadət etmərəm. Həzrət bu sözlərin ardınca buyurdu: Allahı zahiri gözlə görmək qeyri mümkündür. Amma Onu qəlbdə olan imanın həqiqəti ilə görmək olar».1



Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin