AXİRƏT ÜÇÜN NƏ HAZIRLAMISAN?
İnsan burada axirət üçün ev düzəltməsə, orada onun üçün ev yoxdur. Özü də bu evi yaxşı düzəlməkdən çox şey asılıdır.
Əgər xeyirli və əməli-saleh bənna olsan, xoş sənin halına. Öz qəbri üçün gül-çiçək hazırlayan şəxs, özü də ondan bəhrələnəcəkdir. Amma qəbrinə od göndərən kəsin oradakı geyimi, çörəyi, mənzili də od olacaqdır.
HİKMƏT NƏDİR VƏ ONUN TƏSİRİ NƏDƏN İBARƏTDİR?
Hiss aləminin fövqündə olan həqiqətləri dəqiqliklə dərk etməyə hikmət deyilir. İnsan gözü, qulağı və başqa maddi hissləri vasitəsilə bəzi şeyləri dərk edə bilir. O, maddi hisslərə malik olmasında heyvanlarla şərikdir. Lakin onun bəzi idrakları yalnız özünə məxsusdur.
Məsələn, dünya bəşər üçün mütləq xoşbəxtlik gətirə bilməz. Bu mətləb çox dəqiqdir. Dünyada yaxşı yaşayış və mütləq rahatlıq əldə etmək istəyən kəs, onu burada əldə edə bilməyəcəkdir.
Bu məsələni çoxları başa düşə bilmir. Elə buna görə və var-dövlət və vəzifə əldə etməkdən ötrü həmişə çalışırlar.
Amma həkim olan şəxs, dünya malının ehtiyacları aradan qaldırmaq üçün lazım olduğunu və artığının isə baş ağrısı və həsrətə səbəb olacağını bilir. Eyni zamanda əksər var-dövlət sahiblərinin və vəziyyətdə olduğunu da dərk edir.
Var-dövlət və vəzifə insan üçün xoşbəxt həyat yarada bilmir. İnsan vəzifəyə keçən andan axıra qədər zəhmət və narahatlıq içində olur. Həsəd və paxıllıqdan yaxa qurtara bilmir. Amma əgər bu vəzifə Allah və Onun xalqına xidmət etməkdən olsa, insan bütün zəhmətlərin bərabərində böyük savab əldə edə bilər.
Sözün qısası həkim, vəzifənin zəhmətə səbəb olmasını dərk edir. Ümumiyyətlə dünyanın faniliyini və axirətin əbədi olmasını ya əqlin, ya da ki, tövhid-əfalinin vasitəsi ilə dərk etmək lazımdır. Bunları dərk etməyin özü, elə bir böyük hikmətdir.
Dostları ilə paylaş: |