TohiD ŞƏHİd seyyiD ƏBDÜLHÜseyn dəSTĞeyb


QƏFLƏT İÇİNDƏ DÜNYANIN ARDINCA GETMƏK BƏYƏNİLMİR



Yüklə 346,4 Kb.
səhifə234/252
tarix10.01.2022
ölçüsü346,4 Kb.
#106740
1   ...   230   231   232   233   234   235   236   237   ...   252
QƏFLƏT İÇİNDƏ DÜNYANIN ARDINCA GETMƏK BƏYƏNİLMİR
Kecən bəhsimizdə olan bu sualı Quranın bir ayəsi ilə həll etmək olar. Bu məsələdə söhbət iş görməkdən deyil, qafil olmaqdan gedir. Allah-Təala Quranda buyurur: «Və heç bir şey barəsində: Mən sabah edəcəyəm!-demə!»1

Ancaq, inşallah, əgər Allah istəsə, Allah qoysa edəcəyəm! de. İnşallah deməyi unutduğun zaman Allahı yada salıb: Ola bilsin ki, Allah məni bundan, Əshabi-kəfin əhvalatına dair xəbərlərdən haqqa daha yaxın olan bir yola yönəltsin, peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin! –de.2

Əgər insan bir şey alanda, mən bunun pulunu iki aydan sonra verəcəyəm desə, bu uzun arzu etmək deməkdir. Bildiyiniz kimi, uzun arzulu olmaq insanı həlakətə aparır.

Amma işi Allahı yad etməklə yerinə yetirsə, eybi yoxdur. Ümumiyyətlə, hər bir kəs iş dalınca gedən də Allahı yad edib getməlidir. Çünki, əgər insan bir işi görəndə Allaha zikr edərək görsə, işi baş tutmayanda da narahatlıq keçirməyəcəkdir.

İnsanı həlak edən şeylərdən biri Allahadan və axirətdən qafil olmaqdır. Belə insanlar heç vaxt ölümü yadlarına salmayırlar. Elə buna görə də həmişə dünyanın ardınca gedirlər. İnsanı həlak edən şey iş deyil, qəflətdə olmaqdır.

İş körmək və ailə qurmaq dünyanın ardınca getmək deyildir. Əgər insan Allahdan qafil olsa, həmişə zülmətdə olacaqdır. Buna misal olaraq əvvəldə qeyd etdiyimiz rəvayəti çəkmək olar. Əgər kənizi nisyə alıb – mən bunu pulunu iki aydan sonra verəcəyəm – desə, Allahdan qafil olmuş və uzun arzularla məşğul olmuşdur. Amma əgər – Allahın köməkliyi ilə və ya Allah məni öldürməsə və tofiq versə, onun pulunu iki aydan sonra verəcəyəm – desə, eybi yoxdur. Ümumiyyətlə insan bütün işlərində İnşalah kəlməsini qeyd etməlidir.



Yüklə 346,4 Kb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin