BİR QOCA KİŞİ YER ŞUMLAMAQLA MƏŞĞUL İDİ
«Səfinətul-bihar»ın birinci cildinin «Arzu» fəslində belə bir rəvayət nəql olunur: İsa (ə) yol gedərkən beli bükülmüş şəkildə yer şumlayan bir qoca kişiyə rast gəlir. O, əlindəki beli çətinliklə qaldıraraq yeri qazırdı. Həzrət bu qocaya baxıb fikirləşdi: Bu adam bu yaşda evin bir güncündə oturub istirahət etməli və dincəlməlidir. Onun çətinlik çəkməsinin əvəzinə uşaqları və qohum-əqrabaları onun yaşayışını təmin etməlidirlər. Həzrət bu fikirlərlə Allaha dua edərək buyururdu: Pərvərdigara! Arzu etməyi bu adamdan geri al. Elə həmin anda qoca əlindəki beli kənara atıb bir güşədə əyləşdi. Suyun qarşısını almağa bir kəs olmadığına görə axıb getməyə başladı. Həzrət Məsih (ə) əkinin getdikcə xarab olduğunu görüb, yenidən Allaha dua eylədi: Pərvərdigara! Öz məsləhətin nədirsə, elə də buyur. Elə bu anda qoca ayağa qalxıb beli götürdü və suyun axınını qaydaya salıb, yenidən öz işi ilə məşğul olmağa başladı.
Həzrət Məsih (ə) irəliyə gədib kişidən soruşdu: Mən sənə baxıb, sənin iki müxtəlif iş görməyini müşahidə etdim. Əvvəl iş görməklə məşğul idin, sonra beli kənara atıb dincəlməyə başladın. Birdən ayağa qalxıb, yenidən işlə məşğul oldun?!
Qoca dedi: İşlədiyim vaxtda birdən ölüm yadıma düşdü. Fikirləşdim ki, mən bu gün-sabah ölərəm.Əgər öləcəyəmsə niyə bu qədər özümə əziyyət edirəm. Elə buna görə də bir kənara çəkilərək oturdum. Lakin birdən fikrimə gəldi ki, diri adama yaşayış lazımdır və bəlkə yaxın vaxtlarda ölməyəcəyəm.
Bəziləri bu rəvayəti eşidib belə deyə bilərlər: Əgər hər bir kəs bir küncdə oturub işləməsə, bu aləmin nizamı bir-birinə qarışa bilər, yəni insan uzun arzu etməsə bu aləmin nizamı dağıla bilər. Əgər uzun arzulu olmaq bəyənilmirsə onda nə etmək lazımdır?
Dostları ilə paylaş: |