MÜSƏLMAN ƏMİRLƏRƏ QARŞI ÇIXMAĞIN QADAĞAN EDİLMƏSİ Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «…Namaza toplanın» deyə nida etdi. Biz də Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzurunda toplandıq. O, buyurdu: «Həqiqətən də, məndən əvvəl yaşamış hər bir Peyğəmbərin üzərinə düşən borc ümmətini onlara xeyirli olan şeylərə sövq etməsi və ümməti üçün şər olan şeylərdən isə çəkindirməsidir. O, ki qaldı bu ümmətə, ilk dövrlərində onlara xeyir-bərəkət veriləcəkdir1400, sonda isə bir çox bəlalar və sizin xoşlamadığınız bir çox işlər baş verəcəkdir. Üzərinizə (gecə qaranlığı) kimi fitnələr çökəcəkdir ki, hər bir fitnə əvvəlkindən daha şiddətli və ya (əvvəlki sonra gələn fitnədən daha yüngül olacaqdır). Elə bir fitnələr gələcəkdir ki, hər bir mömin: «Bu məni həlak edəcək fitnədir» deyəcəkdir. Sonra o, fitnə qaldırıldıqdan sonra digəri daha ağırı gəldikdə mömin: «(Məni həlak edəcək fitnə) budur» deyəcəkdir. Kim bu (fitnə dönəmində) Cəhənnəmdən uzaqlaşdırılıb Cənnətə girməyi arzu edirsə ölüm onu yaxaladığı zaman Allaha və Axirət gününə iman edən birisi olsun və insanlarla necə özü ilə rəftar olunmağı arzu edirsə o, cür də rəftar etsin. Hər kim də əmirinə beyət edərək əlini tutub qəlbini ona verərsə gücü çatdığı qədər ona itaət etsin. Bir başqası da gəlib (hakimiyyət) üstündə onunla mübarizə apararsa onun boynunu vurun»1401. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Ənsar cəmaatı! Məndən sonra sizlər (dünya işlərində sizə məxsus olan bir şeyi özlərinə aid etdiyi) zamana qovuşacaqsınız. Bununla bərabər sizlər səbr edin. Nəhayət (Qiyamət günü) Kövsər hovuzu başında mənimlə qovuşana qədər»1402. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim (əmirə) itaətdən çıxar və cəmaatdan ayrılaraq bu hal üzərə ölərsə o, kimsə bir cahiliyyə ölümü ilə ölmüş olar. Hər kim haqq və batil olduğu bilinməyən məchul və qaranlıq bir müharibənin kor-koranə asılmış bayrağı altında sırf qövmiyyət üçün (heç bir haqqın yüksəlməsi üçün deyil) mübarizə edərək (və ya bu işə yardım edərək) öldürülürsə o, kimsə mənim ümmətimdən deyildir...»1403. Arfəcə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim bu ümmətin işini birlik və bərabərlik halda ikən onu firqə-firqə bölmək istərsə harda olursa olsun o, təfriqəçi insanı qılıncla vurun (Başqa rəvayətdə: Bütün işləriniz tək bir adam üzərində birlik və vəhdət halında ikən sizlərə biri gəlib birliyinizi parçalamaq və ya topluluğunuzu firqə-firqə bölmək istərsə onu öldürünüz)»1404. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki dövlət başçısına beyət olunduğu zaman o, ikisindən birini öldürünüz»1405. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, kim də mənə asi olarsa heç şübhəsiz ki, Allaha asi olmuş olar. Hər kim əmirə itaət edərsə, mənə itaət etmiş olar, hər kim də əmirə asi olarsa mənə asi olmuş olar»1406. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əmrindən xoşa gəlməyən bir hadisə ilə qarşılaşarsa buna səbr etsin. Çünki kim əmrinə qarşı üsyan edərək itaətdən bir qarış uzaqlaşarsa cahiliyyə dönəmində ölən kimi ölər»1407. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: “Əksər alimlər hesab edirlər ki, rəhbərin zülmünə səbr etmək vacibdir nəinki ona qarşı çıxmaq. Çünki əmirə qarşı çıxmaq və onu devirməkdə əminliyi qorxu ilə və qan axıtmaqla, həmçinin yer üzündə fitnələrin yayılmasıdır. O, kəslər ki, zalım idarəçilərə qarşı çıxmağı doğru görürlər onlar Mötəzilə və Xəvariclərdir”1408. Yezid əl-Fəqir belə rəvayət edir: “Xəvariclərin fikirlərindən bir fikir qəlbimə girmişdi. Bir neçə nəfərlik dəstə ilə həccə çıxdıq. Həcc edəndən sonra insanlara qarşı çıxmağı düşünürdük. Mədinə şəhərinə gəldik. Cabir İbn Abdullah - radıyallahu anhu – bir dirəyə söykənib insanlara Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – hədis danışırdı. Birdən Cəhənnəmlik olanları xatırlatdı. Mən ona belə dedim: “Ey Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabəsi, sən nə danışırsan? Məgər Allah buyurmur: “Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!” (“Ali-İmran” /192) və “Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq” (“əs-Səcdə” /120). Bəs sənin danışdıqların nədir?!” O məndən: “Sən Quran oxuyursan?” deyə soruşdu. Mən: “Bəli” deyə cavab verdikdə, o məndən yenə soruşdu: “Muhəmmədin – sallallahu aleyhi və səlləm – məqamı (yəni, Allahın onu Qiyamət günü dirildəcəyi yer) haqda eşitmisən?” Mən: “Bəli” deyə cavab verdikdə, o mənə belə dedi: “Muhəmmədin “Mahmud” məqamıdır ki, Allah ona görə istədiyi kimsələri (Cəhənnəmdən) çıxaracaq.” Sonra Sirat körpüsünün qoyulmasından və insanların onun üzərindən keçməsini vəsf etməyə başladı. Qorxuram ki, o yerini əzbərləməmiş olum, ancaq bəzi insanların Cəhənnəmə düşdükdən sonra oradan çıxmalarını iddia edərək belə dedi: “Yəni oradan çıxdıqda qaralmış küncüt çöplərinə bənzəyəcəklər. Cənnət çaylarından birinə girib oradan kağız səhifəsi kimi ağ çıxacaqlar.” Biz qayıtdıq və belə dedik: “Vay olsun sizə, Şeyxin Peyğəmbərin adından yalan danışdığını zənn edirsiniz. Biz fikrimizdən daşındıq. And olsun Allaha ki, bir kişidən başqa heç birimiz çıxmadı. Yaxud Əbu Nueymin dediyi kimi”1409. Şeyx Abdul Muhsin əl-Abbad – Hafizahullah - deyir ki: “Bu hədis dəlildir ki, bu qrup böyük günah sahibləri olan müsəlmanları küfürdə ittiham etmək və Cəhənnəmdə əbədi qalmaq xəstəliyinə düçar olmaqla Xəvariclərin fikirlərilə xəstələnmişlər. Lakin Cabir - radıyallahu anhu – ilə qarşılaşdıqdan sonra onlar haqqı öyrəndikdən sonra bu barədə olan fikirlərini dəyişdilər, hətta Həcc edəndən sonra müsəlman əmirlərə qarşı çıxmağı da tərk etdilər. Burada mühüm bir fayda vardır ki: hər bir müsəlman alimə müraciət etməklə bunu əldə edə bilər”1410.