Bitirdim: Miladi 10 İyul 2013-Ci İl
Hicri: 1 Ramazan 1434-Cü İl
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha (Yunus 10)
XƏVARİCLƏR YOXSA TƏKFİRÇİLƏR?
XƏVARİCLƏR KİMLƏRDİR?
Xəvaric – xarici sözünün cəm formasıdır. Xarici – sözü ərəb dilində xaric olunmuş, çıxmış deməkdir. İstilahi mənası – müsəlman alimləri və rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası vuraraq, onların qanını axıdanlara deyilir. İslam ümmətində ən azmış firqələrdən biridir. Onun tərəfdarları böyük günah sahiblərini və onların fikirləri ilə razı olmayan hər bir kəsi kafir sayırlar. Günahkarlar Allaha şərik qoşmasalar da belə onların mallarına və canlarına təcavüz etməyi özlərinə halal görürlər. Onların fikir və ideyalarına zidd olan bir çox hədisləri inkar edir və insanları da əmirlərə qarşı çıxmağa çağırırlar. Xəvariclər İslam tarixində bir çox müsibətlərin və fəlakətlərin baş vermə səbəbkarıdırlar. Məhz Həzrəti Osman və Həzrəti Əli – Allah onlardan razı olsun – qətlə yetrilməsində və müsəlmanların parçalanmasında səbəb Xəvariclər olmuşlar.
Abdullah b. Şəddaf b. əl-Hadi rəvayət edir ki: «Xəvariclər Əli - radıyallahu anhu – dan ayrıldıqdan sonra Əli - radıyallahu anhu – onlara İbn Abbas - radıyallahu anhu – nu göndərdi. Bunlar da İbn Abbas - radıyallahu anhu – ilə Allahın kitabı üzərində üç gün mübahisə etdilər. Nəhayət onlardan 8 min kişi geri döndü». Sayı 12 minə yaxın, qəlbində mərəz olan Xəvariclər Rəsulullah – sallallahu aleyhi və səlləm – in yolu ilə gedən Əlinin başçılıq etdiyi cəmaatdan ayrılıb, ona qarşı çıxdılar və Əli - radıyallahu anhu – nu kafir saydılar. Əli - radıyallahu anhu – ilə Muaviyə - radıyallahu anhu – arasında döyüş uzandığı təqdirdə Muaviyə - radıyallahu anhu – nun tərəfdarları Quranın müshaflarını nizələrin ucuna taxaraq Əli - radıyallahu anhu – nun tərəfdarlarını Qurana tabe olmağa çağırdılar. Bizdən bir adam, sizdən də bir adam çıxardaq dedilər. İnsanlar buna razı olduqda Muaviyə - radıyallahu anhu – tərəfdən Amr b. As - radıyallahu anhu –, Əli - radıyallahu anhu – tərəfdən isə Əbu Musa əl-Əşari - radıyallahu anhu – çıxdı. Lakin Əli - radıyallahu anhu – İbn Abbas - radıyallahu anhu – nun çıxmasını istəyirdi. Lakin bunu görən Urvə b. Uzeynə: «Allahın əmrində adamlarınızı hakim təyin edirsiniz, hökm ancaq Allahındır – deyərək döyüş hazırlığını görməyə başladılar. Əli - radıyallahu anhu – nəsihət etmək üçün İbn Abbas - radıyallahu anhu – nu onların yanına göndərdi. İbn Abbas - radıyallahu anhu – deyir ki: «Elə bir qrupun yanına gəlmişdim ki, onlardan daha çox ibadət edən görməmişdim. Səcdə etməkdən alınları qaralmış, əlləri səcdə etməkdən dəvələrin dizləri kimi sərt olmuşdu. Əyinlərində sərt köynək, izarları isə topuqdan yuxarı idi. Onlara salam verdim. Onlar da: «Xoş gəldin, İbn Abbas! Nə üçün gəlmisən?» dedilər. Mən də: «Mən Mühacir və Ənsaram. Peyğəmbərimizin kürəkəninin yanından gəlirəm ki, onlara Quran nazil olmuşdu və onlar Quranın təvilini sizdən daha yaxşı bilirlər. Quranın onlara nazil olmasına baxmayaraq onlardan heç kəsi sizin aranızda görmürəm. Nə vaxt İbn Abbas Xəvariclərlə danışıq aparmaq üçün onların yanına gəldiyi zaman onlardan bəziləri: “Onunla söhbət etməyin” deyə qışqırmağa başladılar. Bu zaman hələ də Xəvaric olan İbn əl-Qayya ayağa duraraq deyir: “Ey Quran Əhli! Əgər sizdən kimsə bu kimsəni İbn Abbası tanımırsa mən onu tanıyıram. Bunlar barəsində Allah Quranda buyurmuşdu: “Doğrusu, onlar höcətləşən adamlardır”. (əz-Zuxruf 58). Qoy öz ağasının yanına qayıtsın, qoy öz ağasının yanına qayıtsın, siz isə Qurandan ayrılmayın”15.
Onlar Əli - radıyallahu anhu – nun günahkar saydılar və üç məsələdə onu ittiham etdilər: 1. Nə üçün Əli - radıyallahu anhu – Muaviyə - radıyallahu anhu – ilə sülh bağladıqda – Əmir əl-Möminin – ifadəsini qeyd etmədi? Əgər o, möminlərin əmiri deyilsə o, zaman kafirlərin əmiridir.
Dostları ilə paylaş: |