Toplayan və TƏRTİb edəN: K. HÜSeyn


İXVAN ƏL-MUSLİMİN FİRQƏSİ



Yüklə 5,74 Mb.
səhifə2/50
tarix22.10.2017
ölçüsü5,74 Mb.
#11518
1   2   3   4   5   6   7   8   9   ...   50

İXVAN ƏL-MUSLİMİN FİRQƏSİ

İxvan əl-Muslimin firqəsinin banisi Həsən əl-Bənnadır. 1906-cı ildə Misirdə doğulmuşdur. Ərəb mənşəlidir. Məktəbi bitirdikdən sonra yüksək vəzifələrdə, hökümət dairələrində çalışıb. Bəziləri elə zənn edirlər ki, bu firqənin banisi Seyyid Qutubdur. Lakin əsl olan Seyyid Qutub, Həsən əl-Bənnanın davamçısı və ondan sonra İxvan əl-Muslimin cəmiyyətinin liderlərindən biri olub. Onlar bəzi etiqad və minhəclərinə görə Əhli Sünnəyə ziddilər. Şeyx əl-Albani rahmətullahi aleyhi - deyir ki: «İxvan əl-Muslimin Əhli Sünnədəndir demək düzgün deyildir. Çünkü onlar Sünnəyə qarşı çıxırlar»56. Bu cəmiyyətin inşa olmasının səbəbi onların dini siyasətdən ayırmaları idi. Şəriətdə isə din dövlətlə, siyasətlə birdir. Çünki siyasətin həqiqi hədəfi dindədir. İbn Teymiyyə rahmətullahi aleyhi - Siyasətul Şəriyə (Şəriət Siyasəti) adlı kitabında bu haqda geniş danışmışdır.

Siyasət sözü, ərəb dilində Səsə, Yəsusu - idarəçilik, idarə etdi deməkdir. Yəni o, idarəçilik ki, insanların əhval-ruhiyyəsini, yaşayış səviyyəsini qaldıracaq. Ona görə İbn Teymiyyə rahmətullahi aleyhi - bu kitabın içində dövləti necə idarə etmək, rəhbərlər kim olmalıdır, zəkatlar necə bölünməlidir, məmurlar necə seçilməlidir haqda geniş danışır. Bu da İslamın ayrılmaz bir qoludur.

Həsən əl-Bənna İxvan əl-Muslimin firqəsini yaratmaqda məqsədi dini hökümətdən, siyasətdən ayrı salmaq və onların əsas məqsədi isə höküməti ələ keçirmək idi. Ona görə də bunlar xüsusilə də, Əhli Sünnənin minhəcinə müxalif olan qollardır. Həmçinin də böyük bir xətaları da var, o da Həsən əl-Bənnanın qoyduğu tərifdir. Tərifdə deyilir ki: «Biz kimlərə müxalifiksə, o müxalifliyi aradan qaldıraraq bir olaq. Hansı məsələdə ixtilaf ediriksə, o ixtilafı kənara qoyaq, hansı məsələdə ittifaq ediriksə, o məsələdə birləşək». Ona görə də İxvan əl-Muslimin bu günkü halına baxsaq görərik ki, onun tərkibində Rafizi, Sufi, Nakşibəndi, Nurçu, Mötəzilə, Əşarilər və s. firqələrdən vardır. Bu firqələrin hər biri bir-birinə zidd olan əqidə və fikirlərdir. Bunlar bircə məsələnin ətrafında birləşiblər, o da hakimiyəti ələ keçirməkdir. Ona görə də onların dəvət metodu hakimiyyətdən başlayır. Onlar deyirlər ki, ən birinci dəvət etməkdən ötəri höküməti ələ almalısan, ondan sonra dəvət etməlisən. Bu rəylərinə görə onlar Əhli Sünnəyə müxalifdirlər. Çünki şəriətdə məqsəd hakimiyyəti ələ keçirmək deyil. Əgər İslamın hədəfi, İslamın məqsədi, İslamın qayəsi hakimiyyəti ələ keçirmək olsaydı, o zaman Qureyş Peyğəmbər - sallallahu aleyhi və səlləm ə təklif etmişdi ən yüksək vəzifə, var-dövlət və s. Lakin cavabı nə oldu: «Mənim bir əlimə ayı, digər əlimə günəşi də versələr bu yolumdan dönmərəm». Peyğəmbər - sallallahu aleyhi və səlləm in məqsədi hakimiyət deyildi. Onun hədəfi insanları zülmətdən nura çıxartmaq - Lə İləhə İlləllah kəliməsi idi. Əgər Peyğəmbər - sallallahu aleyhi və səlləm in hədəfi hakimiyət olsaydı, Ömər - radıyallahu anhu - ya deyərdi: «Bu gecə Əbu Cəhili öldürək, səhri isə Əbu Ləhəbi öldürərək hakimiyyəti ələ keçirək». Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm belə etmədi. Çünkü Peyğəmbər - sallallahu aleyhi və səlləm metodu, minhəci hakimiyyət ələ keçirmək, dağıtmaq və qanlar tökmək deyildi. Səhabələrinə də bunu tövsiyə edərdi. Səhabələrdə Peyğəmbər - sallallahu aleyhi və səlləm in yolunu getdiklərinə görə bütün yer kurəsinə hakim oldular. Az bir müddət ərzində bütün Rum, Fars imperiyası onların hakimiyyəti altında idi. Allah onları dinlə izzətləndirdi. Biz necə Sufi, Rafizi əqidəsində olan birisi ilə qardaş kimi ola bilərik. Onlardan biri möminlərin anasına faişə deyir, digəri isə Allahı naqisliklərlə vəsf edir. Belə insanlarla necə bir olmaq olar? Birləşməyin tək yolu Quran və Sünnədir.



Bu firqənin ilk yaranış vaxtlarında niyyətləri saf olsada, müsəlmanları birləşdirmək, müsəlmanları cəm etmək, lakin sonradan bu firqə çox batil bir yerə qədər gəlib çıxmışdır. Həmin İxvan əl-Muslimin deyənlərin altında Təkfirçilər, İrhabçılar, Xəvaric, Rafizi, Sufi hətta o, dərəcəyə çatmışdır ki, bəzi dövlətlərdə onların tərkibində Nəsranilər də vardır. Çünki onların idealogiyaları, hədəfləri hakimiyyətdir. Bu gündə İxvan əl-Muslimin dəvətləri o, qədər geniş səviyyə alıb ki, Sudan, İordaniya, Suriya, Yəmən, Misir və s. dövlətlərdə bu idealogiya, əqidə, minhəc tamamilə yayılmışdır, hətta dövlət səviyyəsinə qədər belə çatmışdır. Günümüzdə də bu fikrin daşıyıcıları mövcuddur. Onların qaynaqları Seyyid Qutub, Həsən əl-Bənna kitab və risalələrini oxumaqla bu fikrə düşürlər. Məqsədləri də aydındır: Hakimiyyət, varlanmaq və s. Çünki o, insan artıq Əhli Sünnəni yox, həmin batil nəşriyatlardan qidalanmağa başlayır. Xüsusəndə bu nəşriyatlar Türk dilindən tərcümə edilir. Çünki Türkiyədə demək olar ki, Seyyid Qutubun, Həsən əl-Bənnanın bütün kitabları artıq orada tərcümə olunub. Həsən əl-Bənna dünyasını dəyişəndən sonra həmin cəmiyyətə Seyyid Qutub başçılıq etməyə başladı. Onlar Seyyid Qutubu İslamın fikirləri deyə adlandırırdılar. Lakin bu rəydə batildir. Seyyid Qutubun bu gün dərc olunan şəkilləri əlində siqara, başında panama, üzündə saqqal yox. Bu nədir? Deyə soruşulduqda Cavab: Etdiyi əməllərinə görə Allah onun günahlarını bağışlayacaq. Çünki Seyyid Qutub, Həsən əl-Bənna, barəsində şişirdilərək: Alimlərin alimi, əsrin muctəhidi, əsrin alimi elan ediblər. Şeyx Abbad - Allah onu qorusun - soruşulduqda ki: «O, alimdir?». Cavab: «O, yazıçıdır. Hər bir yazan da alim deyildir». Şeyx Abbad - Allah onu qorusun deyir ki: «Bu firqələr dində uydurulmuş yeniliklərdir. Onlar əsasən Quran və Sünnəyə deyil, sonradan meydana gəlmiş fikirlərə uyur, ona etimad edir və əqidələrini bunun üzərində qururlar. Onlar üçün dost və düşmən Allah xatirinə olmur, əksinə onları dəstəkləyən dost, müxalif olan isə düşməndir. Onları dəstəkləyən ən pis adam olsa da belə onlar üçün qardaş sayılır. Odur ki, ağına-qarasına baxmadan özlərinə dost seçir, hətta səhabələrə nifrət bəsləyən Rafiziləri belə qardaş hesab edirlər»57. İbn Bazdan rahmətullahi aleyhi - soruşurlar: “Peyğəmbər - sallallahu aleyhi və səlləm öz ümmətinin 73 firqəyə bölünməsi haqda məlumat vermişdir. Onlardan biri istisna hər biri Cəhənnəmə düşəcəkdir”. Məgər bidət edən “Cəmaat Təbliğ” və bir çox Cəmaatlara bölünmüş, əmirlərə qarşı çıxan “İxvanul Muslimin” cəhənnəmə düşənlərin içərsində deyillər? Cavab: “Bəli, onlar 72 firqənin içərisindədirlər. Hər bir kəs hansı ki Əhli Sünnətə əqidədə müxalifdir 72 firqənin içərisindədir. Hədisdə qeyd olunan “Ümmət” sözü “Boyun Əymiş Ümmət” qəsd olunur. Bu o kəslərdir ki, Allaha və Rəsuluna itaət etmişlər (boyun əymişlər). Firqətun Nəciyi (Qurtulmuş Firqə) isə Allaha itaət edən və doğru yolla gedən kimsələrdir. O, ki qaldı 72 firqəyə, onların içərisində kafirlər, asilər və bidət edənlər də vardır”. Sual: Yəni bu iki firqə 72-nin içərisinə daxildir? Cavab: “Bəli, daxildir”58. Şeyx Saleh əl-Luheydan rahmətullahi aleyhi - deyir ki: “İxvanul Muslimin və Təbliğ cəmaatı doğru mənhəc üzərində olmayan kimsələrdir. Bu ümmətin Sələfləri arasında bu cür adlar daşıyan cəmaatlar olmamışdır. İlk çıxan azğın firqələrdən Xəvariclər və Əlini İlah sayan Ələvilər omuşlar”59.

Bununla da, bu cavanlar arasında bu təkfir fitnəsi yayıldı. Bu fitnənin cavanlar arasında yayılmasına səbəb Seyyid Qutubun kitabları oldu. Həmçinin bu günlərdə Seyyid Qutubun qardaşı Muhəmməd Qutubda bu mövqeyində ciddi olaraq qalır. Misirdə bu ideya formalaşandan sonra Misirin böyükləri, hakimləri Seyyid Qutuba 10 il həbs cəzası verirlər. 10 il həbs cəzasını bitirdikdən 2 il sonra sonra edam olunmaqla öldürülür. Hər halda bu gün İxvan əl-Muslimin firqəsi müasir firqələrin içində ən geniş yayılmış bir əqidə, bir ideyadır. Ona görə də müasir Sələfi alimləri hamısı bir-birlərinə arxa dayanaraq bu əqidəyə qarşı mübarizə aparırlar. Allah onlara bu işdə kömək olsun! Amin.




Yüklə 5,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin