Torpağın strukturu



Yüklə 494,91 Kb.
səhifə2/7
tarix20.05.2022
ölçüsü494,91 Kb.
#116085
1   2   3   4   5   6   7
111a -5,6,7,8

Bitişkənlik - torpağın mexaniki təsirinə davamlı olmaq qabiliyyətidir və hissəciklərin ilişmə güvvəsindən asılıdır. Mexaniki tərkibinə görə ağır, struktursuz, birvalentli kationlarla doymuş torpaqlar – yüngül və ya strukturlu, Ca2+ və Mg2+- la doymuş torpaqlara nisbətən çox bitişkənli olur. Bitişkənliyin kəmiyyəti torpaqların rütubətliyindən də asılıdır, o, torpağı becərərkən mühüm rol oynayır. Ümumiyyətlə, torpaq hissəciklərinin mexaniki olaraq ayırmağa və onun müqavimət göstərmə qabiliyyətinə bitişkənlik deyilir. Torpağın bitişkənliyi onun qranulometrik tərkibindən asılıdır. Torpaqda gil hissəcikləri nə qədər çox olarsa, bitişkənlik bir o qədər yüksək olur və əksinə. Torpağın kipliyi xüsusi apparat vasitəsilə müəyyən edilməklə 1 sm2-ə düşən dağılma ağırlığının kq-la ölçüsünə deyilir. Kip torpaqların su, hava xassələri pis olduğunda bitkilər yaxşı inkişaf etmir. Kiplik torpaq nəmliyilə sıx əlaqədardır. P.U.Baxtin öyrənmişdir ki, torpağın nəmliyi 34,5% -dən 13,3%-ə endikdə torpağın kipliyi 7 dəfə artır. Qara torpaqların kipliyi şorakət torpaqlara nisbətən 10-15 dəfə azdır, bu isə uducu kompleksdə Na olması ilə əlaqədardır. Ağır gillicəli torpaqlar quruduqdan sonra onların bərkliyi 1sm2-də 150-180 kq-a qədər yüksəlir ki, belə torpaqların becərilməsinə güclü enerji sərf edilir.
Torpağın nəm halda kənd təsərrüfatı alətlərinə, yaxud başqa cisimlərə yapışmasına torpağın yapışma qabiliyyəti deyilir.Torpağın maşın və alətlərə yapışması nəticəsində çəki müqaviməti artır və torpağın becərilmə keyfiytyəti aşağı düşür. Yapışqanlığın qiyməti torpağın yapışdığı səthdən aralamaq üçün tələb olunan qüvvə ilə təyin olunur. Yapışqanlılıq 1 sm2-ə görə qramla ifadə olunur. O, torpaq plastikliyinin yuxarı hüdudunda əmələ gəlir. Tərkibində humusun miqdarı çox olan torpaqlar (qara torpaq, çimli torpaq) hətta yüksək dərəcədə rütubətləndikə belə yapışqanlılıq göstərmirlər. Rütubətlilik və humusluluqla yanaşı qranulometrik tərkibi də yapışkanlılığa xeyli təsir edir. Gilli torpaqlarda yapışqanlılıq ən çox, qumda isə ən azdır. N.A.Kaçinski yapışqanlılığa görə torpaqları 1) Ən yapışqan (> 15 q/sm2), 2) Çox yapışqan (5-15q/sm), 3) orta yapışqan (>2-5 q/sm), 4) zəif yapışqan ( 2q/sm-dən az) kimi qruplaşdırmışdır.
Torpağın udulmuş əsaslarının tərkibi xeyli dərəcədə onun yapışqanlılığını müəyyən edir.
Torpağın Ca-la doyma dərəcəsinin artması yapışqanlığın qiymətinin aşağı düşməsinə səbəb olur, halbuki Na-la doyma artdıqca torpağın yapışqanlılığı kəskin artır.
Torpağın yapışqanlılığı onun mühüm xassəsi olan fiziki yetişkənliyi ilə əlaqədardır. Becərmə vaxtı torpaq k/t-ı maşınlarına yapışmırsa və xırdalanırsa deməli fiziki yetişmişdir. Torpağın yetişkən vəziyyətdə olduğu aşağı hüdud rütubəti müxtəlifdir. O torpağın qranulometrlik tərkibindən udulmuş əsaslardan və humusluluğundan asılıdır. Qumlu və qumsal torpaqlar yazda becərməyə başqa torpaqlardan tez yetişirlər. Humusun miqdarı yüksək olan torpaqlar az humuslulara nisbətən yazda daha tez becərilməyə imkan verirlər.
Plastiklik- torpağın öz formasını hər hansı xarici qüvvənin tıəsiri altında bütövlüyünü pozmadan dəyişməsi və bu qüvvə kənar edildikdə aldığı formanı saxlaması qabiliyyətinə deyilir. Plastiklik torpağın yalnız nəm halında təzahür edir. Rütubətlənmə dərəcəsindən asılı olaraq plastikliyin xarakteri dəyişirilir. Atterberq rütubətliyindən asılı olaraq torpağın bir neçə xarakterik vəziyyətini fərqləndirməyi təklif edir. Ən mühüm axıcılığın aşağı həddi və uzanma həddidir. Axıcılığın aşağı həddi torpağın elə rütubətlənməsidir ki, yarıya bölünmüş torpaq xəmiri təkrar silkələnmə vaxtı yenidən bitişir. Bu rütubət vəziyyəti plastikliyin yuxarı həddi kimi götürülür. Axmanın aşağı həddinə uyğun gələn rütubətlə, uzanma həddinə uyğun gələn rütubət fərqinə görə plastiklik sayını plastikliyin yuxarı və aşağı hədləri fərqinə uyğun gələn rütubət intervalı müəyyən edirlər.
Plastiklik torpağın qranulometrik tərkibi ilə ən sıx sürətdə əlaqədardır. Gilli torpaqlar plastiklik sayının 17-dən yuxarı olması ilə xarakterizə olunurlar; gillicəli torpaqların plastiklik sayı 7-17 hüdudları daxilində dəyişir: qumsallar üçün plastiklik sayı 7-dən azdır, qumlar isə plastikliyə malik deyil (0). Torpağın plastikliyinə qranulometrik tərkibdən başqa torpağın kolloid fraksiyasının tərkibi, udulmuş kationların tərkibi və humusun miqdarı xeyli təsir edir. Müəyyən edilmişdir ki, SiO2: R2O3-nin yaxın nisbətində plastiklik xüsusilə aydın təzahür edir.
Torpaqların plastiklik dərəcələri həm də udulmuş kationların nisbətindən asılıdır. Gillin udma tutuymunun 25-30% və daha çox mübadiləvi Na-u olan şoran torpaqlar ən böyük plastikliyə, Ca2+ və Mg2+-la doymuş torpaqlar isə ən kiçik plastikliyə malikdirlər. Torpaqların tərkibində humusun miqdarı artdıqca onun plastikliyi azalır.
fəaliyyəti toxumların cücərməsi və s) Avropa qitəsinin şərqində hər iki yetişkənlik eyni vaxtda baş verir, halbuki uzaq şərq rayonlarında fiziki yetişkənlik biolojidən sonra yaranır.
Şişmə- torpağın rütubətlənmə zamanı öz həcmini böyütməsidir. Şişmə hadisəsi çoxlu kalloidləri olan dənəvar torpaqlara xas olmaqla torpağın kiçik hissəciklrinin su molekulu ilə əhatə olumasıdır (hidrat örtüyünün böyüməsi). Şişmə həcmi faizlə ölçülməklə aşağıdakı düsturla hesablanır.


. 100
Burada:
Vs – şişmə faizi:
V1 –rütubətli torpağın həcmi
V2- quru torpağın həcmi
Şişmənin qiyməti kolloidlərin miqdarından və keyfiyyətindən asılıdır. Udulmuş Na-u olan gilli torpaqlar ən çox şişəndirlər, ( məsələn Şirvan bölgəsi). Suyun birləşməsi kristaldaxili və səhi udulma nəticəsində baş verə bilir. Müxtəlif mineroloji tərkibli torpaqlar həcmlərinin dəyişmə qabiliyyətinə görə fərqlənirlər. Əgər torpağın bərk fazasında montmorillonit qrupunun mineralları üstünlük təşkil edərsə, onda kristal daxili şişmənin əmələ gəlməsi nəticəsində o kaolinit qrupu minarallarının üstünlük təşkil etdiyi torpaqlara nisbətən həcmini daha çox böyükdür. Bu hal kristallik qəfəsili mineralların müxtəlif quruluşu və kaolinit qrupu minerallarda kristal daxili şişmənin olması ilə izah olunur. Rütubətlənmə zamanı üzvi kalloidlər də montmorillonit tipli minerallar kimi çox böyüyüyrlər. Mübadiləvi kationların tərkibi də şişməyə böyük təsir ghöstərir. Torpaqların bir valentli əsaslarla doydurduqda ( xüsusilə natiriumla) şişmə 120-150% -ə çatır, Halbuki, torpağı 2-3 valentli kationlarla doydurduqda şişmə zamanı həcmin böyüməsi müşahidə olunmur.
Torpağın şişməsi onun üst qatında aqronomiki cəhətdən əlverişsiz dəyişikliyə səbəb ola bilər. Şişmə nəticəsdində torpağın hissəcikləri su pərdələri ilə o qədər örtülə bilər ki, bu aqreqatların parçalanmasına səbəb ola bilər.
SIXILMA - quruyarkən torpaq həcminin azalmasıdır. Sıxılma şişməni əmələ gətirən amillərdən asılıdır. Şişmə nə qədər qüvvətli olarsa torpağın sıxılması da güclü təzahür edir və aşağıdakı düsturla ölçülür



Burada :
Vsıx – həcmin sıxılma faizi;
V1 - nəm torpağın həcmi
V2 – quru torpağın həcmi
.

Yüklə 494,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin