Torpağın strukturu


Torpaq münbitliyi və münbitlik modeli



Yüklə 494,91 Kb.
səhifə5/7
tarix20.05.2022
ölçüsü494,91 Kb.
#116085
1   2   3   4   5   6   7
111a -5,6,7,8

Torpaq münbitliyi və münbitlik modeli
Plan:
1.Münbitlik anlayışı
2.Münbitliyin növləri
3.Münbitliyin nizamlanması
4.Münbitliyin təkrar istehsalı
5.Torpaq münbitliyinin modelləşdirilməsinin əsasları
6.Münbitlik modellərinin tərtib blokları

Münbitlik – torpağın bitkilərin qida elementlərinə, suya olan tələbatını ödəmək, onun kök sistemini kifayət qədər hava və istilik ilə təmin etmək qabiliyyətidir. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesininin inkişafının nəticəsidir. Hər bir torpağın onun təbii münbitliyini müəyyən edən qida elementlərinin ehtiyatı, humusun tərkibi və miqdarı, humus qatının qalınlığı, qranulometrik tərkibi, mikrobioloji proseslərin intensivliyi, su-hava vədigər torpaq rejimləri, reaksiyası və s. xüsusiyyətləri səciyyəsidir.


Münbitlik haqda elmi fikirlərin əsrlər boyu təkmilləşməsinə və bu xassənin daha dərindən tədqiq olunmasına baxmayaraq, hələ bu gündə bu anlayışın qiymətləndirilməsinə olan münasibıt çoxmənalıdır. Elmi ədəbiyyatlarda münbitlik haqda mənası müxtəlif istiqamətlərdə izah olunan təbii və iqtisadi münbitlik, mütləq və nisbi münbitlik, ibtidai və həqiqi münbitlik, təbii və mədəniləşdirilmiş münbitlik, differensial münbitlik, məhsuldarlıq kimi anlayışlar mövcuddur. Bu anlayı.lardan bir çoxu sinonim kimi işlənilir, məsələn təbii, ibtidai və potensial münbitlik və yaxud effektiv, iqtisadi münbitlik və məhsuldarlıq.
Son illərdə torpağın münbitliyinin bir sistem kimi qiymətləndirməyə istiqamətlənən tədqiqatları bu anlayışın düzgün dərk olunmasında yeni bir mərhələ hesab etmək lazımdır. Belə ki aqroekosistemlərdə antropogen təsirlər altında formalaşan münbitlik torpağın təbii keyfiyyət göstəricisi olmaqla yaşayışı, eyni zamanda ictimai-iqtisadi kateqoriya kimi də ifadə olunur. Yani torpaq münbitliyini təkcə torpaqda müxtəlif ekoloji amillərin təsirindən baş verən fiziki, kimyəvi, bioloji proseslərin məhsulu deyil, eyni zamanda torpağa qarşı fərdi və ya içtimayi, aqrotexniki, meliorativ tədbirlərin təsiri səviyyəsindən və təşkil formasından asılıdır.

Bitkilərin normal inkişafı və məhsul istehsalı üçün əsas əhəmiyyət kəsb edən və idarə olunan amillərin əksəriyəti torpaqla bağlıdır. Torpaq münbitliyini yüksəltməq məqsədilə kompleks aqrotexniki və digər tədbirlər tədbiq etməklə biz bitki həyatı üçün labüt olan mühitin amillərini optimallaşdırmağa səy göstəririk. Torpağın münbitlik amillərinin fiziki mahiyyətini və ekoloji əhəmiyyətini dərk etmədən isə vəzifənin öhdəsindən gəlmək çox çətindir. Bu torpaqşünaslığın və əkinçiliyin obyektiv qanunlarının xarakteri ilə baölı olan məsələdir.


Əgər intesiv əkinçilik şəraitində torpağın münbitlik xassələrinin pisləşməsi baş verirsə, bu halı məhsuldarlığın artması ilə deyil, təbiətin obyektiv qanunlarının xarakteri ilə bağlı olan məsələdir.

Əgər intensiv əkinçilik şəraitində torpağın münbitlik xassələrinin pisləşməsi baş verirsə, bu halı məhsulun artması ilə deyil, təbiətin obyektiv qanunlarının pozulması ilə izah etmək olar. Təbiətin obyektiv qanunları heç vaxt onu pozanlar üçün güzəşt etmir və bu qanunlar üçün subyektivlik qəbulolunmazdır.


Ona görə də əkinçilik praktikasında qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçirilən hər bir tədbir təbiətlə harmoniya təşkil etməlidir. Müasir elm və ekoloji təsərüfatçılıq praktikası torpaq münbitliyinin qorunması və artırılması, məhsuldarlığı yüksəldilməsi üçün çox etibarlı üsullar işləyib hazırlamışlır. Bu üsulları mahiyyəti baxımından dörd növə ayırmaq olar:

  • Fiziki (torpağın düzgün becərilməsi sistemi, eroziya ilə mübərizə və s.)

  • Aqrokimyavi və biokimyəvi (əsas məqsəd əkinçilikdə maddələr dövranının yaxşlaşdırılmasıdır)

  • Meliorativ (arid əkinçilik zonalarında torpağın aqronomik xassələrinin yaxşılaşdırılması və aqromeliorativ işlərinin yerinə yetirilməsi məqsədini daşıyır)

  • Bioloji ( təbii şəraitə görə k/t-ı bitkilərinin düzgün seçilməsi, səmərəli əkinçilik strukturunun yaradılması, növbəli əkinçiliyin təşkili, k/t-ı bitkilərinin seleksiyası və toxumçuluq işinin təşkili, mədəni biçənək və otlaqların təşkili və s. )

Hər hansı torpaq-iqlim qurşağında bu tədbirlərin yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla tətbiqi ekoloji təsərrüfatçılıq şəraitində torpaq istifadəçiliyinin əsas prinsipləri kimi qəbul olunmalıdır.
Müxtəlif torpaqlar müxtəlif bitkilər üçün eyni dərəcədə əhəmiyyətli ola bilməz. Bitki orqanizminin ekoloji təlabat xüsusiyyətləri torpaq şəraiti üçün çox müxtəlifdir. Onların torpaq mühitinin reaksiyasına, torpağın fiziki xassələrinə, qranulometrik tərkibinə, üzvi maddələrlə və qida elementləri ilə torpağın təmin olunma dərəcəsinə münasibətləri birmənalı deyildir. Məsələn, çay, lyupin və diğər sitrus bitkiləri turş torpaqlarda özlərini daha yaxşı hiss edirlər. Yonca isə neytral və zəif qələvi torpaqlarda yaxşı inkişaf edir. Dənli bitkilər üçün ağır tərkibli və strukturlu torpaqlar optimal şərait hesab olunur. Kartof, bostan bitkiləri, gilas ağacı isə yüngül torpaqlar üçün tələbkardır. Qida elementləri ilə çox zəngin olan torpaqlarda üzüm və tütün bitkiləri özlərinin çox pis hiss edirlər və məhsulun keyfiyyəti belə torpaqlarda aşağı olur. Tərəvəz bitkiləri isə əksinə, qida elementləri ilə zəngin olan torpaqlara qarşı tələbkardılar. Ona görə də praktikada torpaqları əhəmiyyətli baxımından tarla bitkiləri, bağlar, üzümlüklər, kartof, bostan, çay plantasiyaları üçün yararlı və s. torpaqlara bölürlər. Yəni praktiki baxımdan bir torpaq tipi hər hansı bitki üçün münbit, digəri üçün isə qeyri-münbit hesab oluna bilər.
Torpaq münbitliyinin bu xüsusiyyətləri və k/t-ı bitkilərinin torpaq şəraitinə olan münasibəti əsas götürülərəq k/t-da istehsalın optimal ixtisaslaşmasına və yaxud istiqamətləndirilməsinə uyğun bitkilərin yerləşdirilməsi aparılır.
Hər-hansı bir ərazinin torpaq örtüyünün öyrənilməsi və torpaq rayonlaşdırılmasının aparılması müxtəlif kənd təsərrüfatı bitkiləri üçün ən əlverişli təbii-torpaq şəraitinin müəyyənləşdirilməsinə və kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmanın aparılmasına əsas verir.
Münbitlik torpağın obyektiv xassəsidir və torpaq əmələ gəlməyə başladığı andan onun münbitliyi yaranmağa başlayır.
Antropogen torpaqəmələgəlməsinin dərk olunması və torpaqların münbitliyini idarə etmə yollarının müəyyən edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən müasir üsullardan ən perspektivlisi torpaq münbitliyinin modelləşdirilməsidir.
Dünya sivilizasiyasında müasir əkinçiliyin inkişafı elə bir mərhələyə qədəm qoymuşdur ki, onun intensivləşdirilməsi ( kompleks modelləşdirilməsi və avtomatlaşdırılması, kimyalaşdırılması, meliorasiya və torpaqların qorunması ) müasir torpaqşünaslıq elminin qarşısında torpağın bu günkü vəziyyəti, onun xassələrinin proqnozlaşdırılması və idarə olunması kimi ümdə vəzifənin yerinə yetirilməsini irəli sürür.

Münbitliyin aşağıdakı növləri fərqləndirilir: təbii; süni; effektiv və ya iqtisadi.



Yüklə 494,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin