Torpaq eroziyası


Ölkə əkin torpaqlarının



Yüklə 47,8 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü47,8 Kb.
#110638
1   2   3
Ölkə


əkin torpaqlarının

ümumi sahəsi, mln.

akrla

Torpağın istifadə edilməyən itkiləri,

mln. ton

ABŞ

440

1600

Keçmiş SSRİ

601

2700

Hindistan

370

4800

Çin

260

3500

Cəmi

1672

12600

Qalan ölkələr

1605

11800

Yekunu

3278

24400

Eroziya prosesinin ən çox inkişafı kifayət qədər yağmurlar düşən mülayim qurşaqda müşahidə olunur. Burada əkinçilik dövrünün başlanğıcına nisbətən torpaq eroziyası 33 dəfə artmışdır.

Alimlərin hesablamalarına görə 1 sm qalınlığında münbit torpağın yaranması üçün 300 il tələb olunur. Eroziya prosesi nəticəsində bəşəriyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını qısa müddət ərzində itirir.

Bütün dünyada torpağın eroziyası böyük bədbəxt hadisə hesab olunur. Onun qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilsə də istənilən nəticə əldə edilmir. Lakin eroziya prosesinin qabaqcadan qarşısının alınması onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan qaldırmaqdan asandır.

Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri

Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə geniş tədqiqat işləri K.Ə.Ələkbərovun (1961), X.M.Mustafayev (1975) və bir çox başqaları tərəfindən aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan Respublikasının torpaq eroziyası xəritəsini tərtib etmişdir.

Azərbaycanda eroziya prosesinin əmələ gəlməsinə və inkişafına təbii-tarixi amillərdən – relyef, iqlim, ərazinin geoloji – geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyüdə ciddi təsir göstərir.

Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan suyun miqdarı düşən yağıntıların miqdarı və formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən leysan yağışların intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun nəticəsində sel hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və böyük Qafqazın cənub yamacında müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə böyük Qafqazın cənub yamacında bir gündə 50-60 mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə müşahidə edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin baş verməsinə səbəb olur.

Azərbaycanın elmi tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin 36,4 %-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6 %-i şiddətli dərəcədə yuyulmuş torpaqlard ır.

Cədvəl 18.4

Azərbaycanın kənd təsərrüfatı torpaqlarının eroziyaya uğrama dərəcəsi ( Q.Ş.Məmmədov, 2002)






N

Kənd təsərrüfatı yerləri

Sahə hektarla

Eroziyaya uğramış

Eroziyaya uğrama dərəcəsi, hektarla




Zəif

orta

Şiddətli




1

Əkin

1613147

1606049

4033

2258

807




2

Çoxillik

58752

46961

5664

4594

1533




3

Dincə qoyulmuş

172294

166746

3584

1447

517




4

Biçənək

107919

82785

11385

7781

5968

5

Örüş və otlaq

2562361

1913571

244449

280066

124275





Yüklə 47,8 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin