Torpaq eroziyası



Yüklə 47,8 Kb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü47,8 Kb.
#110638
  1   2   3

Torpaq eroziyası

1992-ci ildə Rio-de Janeyroda BMT-nin ətraf mühit və inkişaf üzrə keçirdiyi konfransın materriallarında yerin torpaq örtüyünün deqradasiyası haqqında aşağıdakı rəqəmlər gətirilir: həddindən çox dərəcəli deqradasiya – 1%, güclü deqradasiya – 15%, orta 46%, zəif – 38%.

Bu materiallarda torpağın ən çox deqradasiya növlərinin nisbəti də göstərilir: su eroziyası – 56%; külək eroziyası – 28%; kimyəvi deqradasiya – 12%; fiziki deqradasiya- 12%.

Torpağın bütün digər deqradasiya növlərinə nisbətən ən zərərlisi torpaq eroziyasıdır. İ.A.Krupenikovun bədii ifadəsinə görə “Torpağa münasibətdə eroziya, gilotin ( daşkəsən alət) rolunu oynayır” o, həqiqi mənada torpağı fəaliyyətsiz edir: torpağı münbitliyi olan üst humus horizontundan məhrum edir. Turş torpağı neytrallaşdırmaq , bərk torpağı yumşaltmaq olar. Lakin eroziyaya uğramış torpağı bərpa edib eroziyaya uğramamış torpağa çevirmək qeyri-mümkündür.

Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas səbəbi kənd təsərrüfatı hesab olunur. Insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması, otlaq və örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması eroziya prosesinin güclənməsinə səbəb olur.

Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış və qar suları vasitəsilə yuyulub aparılması, həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli, torpaq eroziyasının əsas iki tipi ayrılır – su və külək eroziyası. Su eroziyası da öz növbəsində səthi və xətti (yarğan) eroziyasına bölünür.

Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı azalır. Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum qatı tamamilə yuyulub aparılır.

Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, molibden) də azalır.

Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan aıb getdiyindən, həm də eroziyaya uğramış torpaqların fiziki xassələri pisləşdiyindən, torpaq səthindən buxarlanmaya və tranpirasiyaya çox su sərf olunur, bununla da torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı “eroziya quraqlığı” adlandırırlar.

Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfatı sahələrini əlverişsiz hala salır, torpağa qulluq işləri çətinləşir.

ABŞ-da son 200 il ərzində torpaq örtüyünün 13 hissəsi yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı düşmüşdür. ABŞ-da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır.

Ədəbiyyat məlumatlarına görə hər il tarlalardan 90 milyon torpaq yuyulub aparılır. Müqayisə üçün qeyd edək ki, dünyanın çaylarının sülb axını ildə 22 milyard ton təşkil edir. Hazırkı dövrdə torpağın eroziyası əkinçilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş torpaqlarda olan fosforun miqdarı dünyada il ərzində istehsal olunan fosfor gübrəsindən çoxluq təşkil edir.

Rütubətli ekvator zonasında əkinçilik dövrünə nisbətən eroziya prosesi 8 dəfə artmışdır. Meşələrin yox edilməsi və əkin sahələrinin artırılması ilə əlaqədar burada eroziyanın intensivliyi artmaqda davam edir.

Eroziya torpağın münbitliyini aşağı salır. Orta və zəif yuyulmuş torpaqlarda məhsuldarlıq 10-20%, orta yuyulmuşda- 40-60, güclü yuyulmuşda 80 % və daha çox aşağı düşür. Müxtəlif bitkilərdə bu proses eyni getmir. Belə ki, eroziya nəticəsində dənli-paxlalı bitkilərdən 10%, qarğıdalıdan 60%, şəkər çuğundurundan 80%- ə qədər az məhsul götürülür.

Torpaq eroziyasından yalnız kənd təsərrüfatı ziyan çəkmir. Tarlalardan yuyulan torpaq nohurlarda, göllərdə, su anbarlarında, çaylarda toplanaraq onları dayazlaşdırır və ya tamamilə lilləndirir. Tarlalarda axan su və yuyulan torpaq verilən gübrə və pestisidlərin 10 ..... 30%-i bir daha geri qaytarılmayaraq itirilir. Bu, həm də ərazinin ekoloji vəziyyətinə, ən çox isə suyun keyfiyyətinə neqativ təsir göstərir. Belə ki, radioaktiv izotoplar, məsələn Cs – 137 torpağa hoparaq ona qarışır. Torpağın yuyulması və küləklə sovrulması zamanı radionuklidlər yerini dəyişir və beləliklə, onların düşdüyü yerdə yeni radionuklid mənbələr əmələ gəlir.

Ayrı-ayrı ölkələrin və dünyanın əkin sahələrində torpağın üst qatında eroziyanın qiymətləndirilməsi (L.Braun və b., 1989, A.D.Potapovun əlavəsi ilə, 2004)




Yüklə 47,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin