Dənizdən çıxan bir daş su üzündə dayandı,
O, daşı tutdu, bu üzündə dayandı.
Artıq Ülgen məmnundu, rahatlıq bulmuş idi.
Üzərində durmağa bir yeri olmuş idi.
Göylərin əmri ilə tapınca Ülgen dayaq,
Artıq vaxtı çatmışdı, göyləri yaradacaq!
Ülgen hey düşünmüşdü ta göylərə baxaraq:
“Bir dünya istəyirəm, bir soyla yaradım,
Bu dünya necə olsun, nə boyda yaradım?”.
Bir Ağ Ana var idi, yaşardı su içində,
Göründü su üzündə, Ülgenə belə dedi:
“Yaratmaq istəyirsən sən də bir şeylər, Ülgen,
Yaradan olmaq üçün bu qutsal sözü öyrən.
De ki, mən etdim, oldu. Başqa bir şey söyləmə,
Hələ yaradan ikən “etdim, olmadı!” demə!”
Dostları ilə paylaş: |