«Qadih» (ﺍﻟﻗﺎﺪﺡ) – «alışdıran» xatirə yaxındır, lakin xatir ayıq (oyaq, bilən) əhl, qadih isə qəflət əhlinin ürəkləri üçündür. Onların qəlblərindən qəflət buludları dağılanda yerini zikrin qadihi (odu) tutar. Bu söz çaxmaqla od qalamaq sözündən götürülüb. Qadih odu alışdırandır. Biri deyir: «Ey odları çaxmaqla alışdıran».
Bir başqası isə: «Həqiqətin yandırdığı [şey] bəşəri sifətlərə bənzəməz», – deyir.
«Ariz» (ﺍﻟﻌﺎﺭﺾ) – «əlavə» (aksidensiya) qəlblərə və sirlərə düşmənin, nəfsin və istəyin dediklərindən gələn şeydir (hissdir). Nəfsin, düşmənin, istəyin söylədiyi hər bir şey əlavədir, Allah-Təala bu düşmənlərə öz övliyalarının qəlblərinə girməyə arizdən başqa yol qoymayıb, xatir, qadih, aşkar və varid isə onlar üçün yol deyil. Şair deyir:
«Maddi şeylər hamısı qəlbimə gəlir,
Onu öz sirri və aşkarı ilə titrədir».
Dostları ilə paylaş: |