Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə8/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

Rəhmət haqqında dastanlar


Bir rəvayətdə buyurulur: “Qiyamət günü bəndə hesab yerinə gətirilər. Günahla dolu əməl naməsi onun sol əlinə verilər. Bəndə bu naməni əlinə alarkən adəti üzrə “bismillah” deyər. Allahın rəhmətinə ümidlə naməni açdıqda onu ağ görər və deyər ki, burada bir şey yazılmayıb. Mələklər cavab verərlər ki, bu kitabda günahların yazılmışdı, amma Allah-Taala öz rəhmətinə görə onları məhv etdi.”36

İsa (ə) və günahkar


Eyni mənbədə belə bir rəvayət nəql olunur: “Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:
Ya Rəbb, günah ərşə çıxır köçümdə

Ürəyim həsrətdən alov içində.

Əməl naməm qara, işlərim xarab,

Yalnız rəhmətindən gözlərəm cavab.


Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsa (ə)-a dedi: “Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? Nə qədər ki, onun günahından zərər görməmişik, qov getsin.” İsa (ə) düşündü ki, bu şəxsə nə desin. Bu vaxt vəhy nazil oldu: “Ya Ruhullah! Özünü bəyənən dostuna de ki, müflisə həqarətlə baxdığı üçün bu günədək etdiyi bütün xeyir əməlləri onun əməl naməsindən pozduq. O günahkar fasiqə müjdə ver ki, hüzurumuzda çəkdiyi həsrət və peşmançılığa görə onun üçün qurtuluş qapısı açdıq.”

Günahkar cavan


Molla Fəthullah Kaşani “Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi “Ənisül-ləyl” kitabında nəql edir:

Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı.

Həmin gecə Malik Dinara yuxuda buyuruldu: “Bizim bəndəmizin bədəninə qüsl ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: “Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” (“ya mən ləhud-dünya vəl-axirətu irhəm mən ləysə ləhud-dünya vəl-axirətu”). Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı?!»37

Qəbul olmuş dua


Böyük alim Mənsur ibn Əmmar dövründə varlı bir şəxs günah məclisi qurmaq üçün öz quluna dörd dirhəm verib onu bazarlığa göndərdi. Qul yoldan ötərkən Mənsur ibn Əmmarın məclis keçirdiyini gördü. Söhbəti eşitmək üçün onlara yaxınlaşdı. Qul gördü ki, Mənsur miskin bir şəxsin əlindən tutub ətrafındakılara deyir: “Kim bu şəxsə dörd dirhəm sədəqə versə ona dörd dua edəcəyəm.” Qul düşündü ki, əlindəki dörd dirhəmə pozğun bir məclis üçün təam və şərab almaqdansa, bu pulu fəqirə verib, Mənsurun duasına nail olmaq daha yaxşıdır. Beləcə dörd dirhəmi fəqirə verib, Mənsurdan və`d olunmuş duaları istədi. Mənsur soruşdu ki, hansı işlərinə dua edim? Qul dedi: “Əvvəla, dua et ki, Allah məni əsirlikdən azad etsin. İkincisi, ağama tövbə qismət etsin. Üçüncüsü, bu dörd dirhəmin əvəzi əlimə yetişsin. Dördüncüsü, mən və ağamın məclisindəkilər bağışlansınlar.”

Dörd istəyinə dua etdirən qul boş əllə ağasının yanına qayıtdı. Ağa soruşdu ki, haradaydın? Qul cavab verdi ki -”dörd dirhəmə dörd dua almışam”, və həmin duaları sadalamağa başladı. Ağa buyurdu: “Əvvəla səni azad etdim. İkincisi, günahlarımdan tövbə edirəm. Üçüncüsü, verdiyin dörd dirhəmin əvəzinə al bu dörd dirhəmi. Amma dördüncü duanın yerinə yetməsi, yə`ni mənim, sənin və məclis əhlinin bağışlanması mənim öhdəmdə deyil.” Ağa yatıb yuxuda Cənab Haqq tərəfindən belə bir buyuruq eşitdi: «Ey bəndə sən öz fəqir halınla vəzifələrinə əməl etdinsə necə ola bilər ki, Biz sonsuz kərəmimizlə həmin istəyə əməl etməyək?! Biz səni, sənin qulunu və bütün məclis əhlini bağışladıq.»


Allaha doğru


Hikmətli bir şəxs yoldan keçərkən bir qrup insanın günahkar bir gənci məntəqədən çıxardığına və bir qadının kənardan baxıb ağladığına şahid olur. Həmin şəxs bu qadının kimliyini soruşur. Bildirirlər ki, bu qadın həmin günahkar gəncin anasıdır. O xahiş edir ki, günahkar gənci bu dəfə bağışlasınlar.

Bir müddət sonra həmin yerdən keçən hikmətli şəxs nalə səsi eşidir. Zənn edir ki, yəqin həmin oğlanı yenə də qovublar və anası ağlayır. Səs gələn qapını döyür və oğlu haqqında soruşur. Ana belə cavab verir: “Oğlum dünyasını dəyişdi. Can verdiyi zaman dedi ki, ana can, qonşuları çox incitmişəm, istəmirəm ki, mənim dəfnimdə iştirak etsinlər. Ölümümü onlara xəbər vermə. Məni özün dəfn et. Üzərində “bismillahir-rəhmanir-rəhim” yazılmış bu üzüyü mənimlə dəfn et. Qəbrimin yanında durub, Allahdan məni bağışlamasını istə... «Oğlumun bu vəsiyyətlərinə əməl etdim. Sonra mənə əyan oldu ki, oğlum belə deyir: “Ana can, narahat olma. Mən Kərim Allahın hüzurundayam.»38


Tövbə ardınca tövbə


Əttar “Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir şəxs xeyli günah etdikdən sonra tövbə qılmağa müvəffəq olur. Amma nəfsinin istəkləri yenidən onu günaha sövq edir. Bununla belə Allahın yardımı ilə yenidən tövbə edir. Amma yenə də tövbəsini pozub günaha batır. Nəhayət, anlayır ki, günah içində keçirdiyi ömrünü başa vurmaqdadır. Lakin yenidən tövbə etməyə üzü gəlmir. Tavada qovrulan buğda dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına qeybdən səs gəlir: “Ey günahkar, mehriban Allah buyurur ki, sən təkrar-təkrar tövbələrini pozduğun zaman intiqam ala biləcəyim təqdirdə səni bağışlayıb möhlət verdim. Əgər yenə tövbə etmək istəyirsənsə yubanma. Bil ki, tövbəni qəbul edərəm.”39

Azğının duasına cavab


Eyni mənbədə başqa bir rəvayətdə nəql olunur:

Bir gecə «Sidrətül-müntəha»da olan Ruhul-Əmin Allahın “ləbbeyk” nidasını eşidir. O, Allahın cavab verdiyi şəxsi tanımaq istəsə də göydə və yerdə bir kəsi tapa bilmir. Nə qədər axtarırsa, layiqli bir bəndə görə bilməyib, belə ərz edir: “İlahi! Məni cavab verdiyin bəndəyə yönəlt.” Xitab olunur ki, Rum torpağına nəzər sal. İntizarda olan mələk nəzər salıb görür ki, bir bütpərəst öz bütünü çağırır. Ruhul-Əmin, yə`ni mələk Cəbrayıl (ə) gördüyü mənzərədən heyrətə gəlib Allaha ərz edir: “İlahi, qarşımdan hicabı qaldır. Necə ola bilər ki, bütü çağıran bütpərəstə cavab verirsən?” Xitab olunur: “Bəndəmin qəlbi qaraldığından doğru yolu itirib. Amma çağırışındakı səmimiyyət o qədər xoş oldu ki, ona “ləbbeyk”deyə cavab verdim. Bu cavab onun doğru yolu tapıb Mənə üz tutmasına səbəb oldu.”



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin