449) Proteaza inhibitorları hansı aşağıdakı xüsusiyyətlərə malikdir?
A) Kinin əmələgəlmə proseslərinin qarşısını alır
B) Mədəaltı vəzin qan dövranını yaxşılaşdırır
C) Qanda kininogenez və fibrinoliz proseslərini tormozlayır
D) Mədəaltı vəzidə tripsinogenin autokatalitik aktivləşməsini blokada edir
E) Mədəaltı vəz fermentlərinin proteolitik aktivliyini tormozlayır
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
450) Xəstəni pankreatogen şokdan çıxararkən hansı tədbirlər görülməlidir?
A) Dövredən qan həcminin bərpası, yüksək dozada antibiotiklərin təyini, kompleks detoksikasiya tədbirlərinin aparılması, ürəyin pozulmuş yığılma qabiliyyətinin müalicəsi
B) Ağrı sindromunun qarşısı alınır , dövredən qan həcminin bərpası, kompleks detoksikasiya tədbirlərinin aparılması, ürəyin pozulmuş yığılma qabiliyyətinin müalicəsi
C) Ağrı sindromunun qarşısı alınır, dövredən qan həcminin bərpası, yüksək dozada antibiotiklərin təyini, kompleks detoksikasiya tədbirlərinin aparılması
D) Ağrı sindromunun qarşısı alınır, yüksək dozada antibiotiklərin təyini, kompleks detoksikasiya tədbirlərinin aparılması, ürəyin pozulmuş yığılma qabiliyyətinin müalicəsi
E) Ağrı sindromunun qarşısı alınır, dövredən qan həcminin bərpası, yüksək dozada antibiotiklərin təyini, kompleks detoksikasiya tədbirlərinin aparılması, ürəyin pozulmuş yığılma qabiliyyətinin müalicəsi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |