529) Karsinoid şişin çox rast gəlinən yeri hansıdır?
A) Nazik bağırsaq
B) Qara ciyər
C) Soxulcanabənzər çıxıntı
D) Yoğun bağırsaq
E) Qalça bağırsaq
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
530) Həzm traktının yuxarı şöbələrində kəskin xoraların ən çox rast gəlinən ağırlaşmasına nə aiddir?
A) Maliqnizasiya
B) Xroniki xoraya keçid
C) Penetrasiya
D) Qanaxma
E) Perforasiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
531) Mədə rezeksiyasından sonra xəstədə çoxlu miqdarda öd qatışığı olmayan mədə möhtəviyyatı ilə qusma, taxikardiyanın olması nəyin inkişafını göstərir?
A) Peritonit
B) Anastomozit
C) Bağırsaq keçməməzliyi
D) Pankreatit
E) Mədə daxilinə qanaxma
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
532) Mədə rezeksiyasından sonra xəstədə ürəkbulanma, qusma, qarında köp, qazların xaric olmaması, sakit vəziyyətdə və palpasiya zamanı ağrıların olması nəyi təsdiqləyir?
A) Bağırsaq keçməməzliyi, peritonit, pankreatit, bağırsaqlararası abses
B) Peritonit, pankreatit, anastomozit, bağırsaqlararası abses
C) Bağırsaq keçməməzliyi, pankreatit, anastomozit, bağırsaqlararası abses
D) Bağırsaq keçməməzliyi, peritonit, pankreatit, anastomozit
E) Bağırsaq keçməməzliyi, peritonit, pankreatit, anastomozit, bağırsaqlararası abses
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |