560) Mədənin burulub sıxılması zamanı nə icra edilməlidir?
A) Burulmanın açılması və mədənin parietal peritona fiksasiyası
B) Burulmanın açılması və nazoqastral drenləmə
C) Burulmanın açılması və selektiv proksimal vaqotomiya
D) Mədə rezeksiyası
E) Konservativ müalicə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
561) Mədə bağırsaq qanaxması ilə xəstədə mədənin selikli qişasında çoxsaylı, qanayan 0,2-0,3 sm diametrində papullaşəkilli törəmələr aşkar edilmişdir. Qanın laxtalanmasında pozulma yoxdur. Müvafiq xəstəliyin adı hansıdır?
A) Hemofiliya
B) Randyn-Osler xəstəliyi
C) Menetri xəstəliyi
D) Mədənin duz turşusu ilə yanığı.
E) Eroziv qastrit
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |