837) Qida borusu və mədənin kontrast rentgenoloji müayinəsində aşağıdakılardan hansını aşkar etmək olmur?
A) Kardial xalaziyanı
B) Diafraqmanın qida borusu dəliyinin yırtığını
C) Hemorragik qastriti
D) Pilorostenozu
E) Kardial axalaziyanı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
838) Aşağıdakılardan hansının diaqnostikasında barium horrası ilə aparılan irriqoqrafiya metodundan istifadə olunmur?
A) Appendiksin atipik yerləşməsi
B) Yenidoğulmuşlarda xoralı-nekrotik enterokolit
C) Orta bağırsağın burulması
D) Hirşprunq xəstəliyi
E) Bağırsağın invaginasiyası
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
839) Göbək nahiyəsinin patologiyası zamanı aşağıdakılardan hansını aşkar etmək üçün göbək çuxurunun zondlanmasından istifadə olunmur?
A) Sarı cisim axarının natamam fistulu
B) Göbək funquzu
C) Sarı cisim axarının tam fistulu
D) Göbək nahiyəsinin kalsinozu
E) Uraxusun fistulu
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
840) Artroqrafiya zamanı oynaqlardakı anatomik nisbətlərin düzgünlüyünün əsas göstəricisi hansıdır?
A) Rentgenoloji oynaq yarığının çox kiçik olması
B) Birləşən oynaq səthlərinin kənarlarının ciddi uyğunluğu
C) Rentgenoloji oynaq yarığının bərabər hündürlüyü
D) Belə göstərici yoxdur
E) Oynaqdakı hərəkət oxunun ətrafın oxuna uyğunluğu
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |