960) Mədənin limfoqranulematozunda nəyin icra edilməsi vacibdir?
A) Mədə rezeksiyası və vaqotomiya
B) Şüa terapiyası
C) Ximioterapiya
D) Mədə rezeksiyası
E) Mədə rezeksiyası və ximioterapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
961) Karsinoid şişin çox rast gəlinən yeri haradadır?
A) Qalça bağırsaq
B) Qara ciyər
C) Soxulcanabənzər çıxıntı
D) Yoğun bağırsaq
E) Nazik bağırsaq
Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
962) Keçməməzliklə ağırlaşan “S”-vari bağırsağın xərçəngi zamanı hansı əməliyyat məqsədəuyğun hesab olunur ?
A) Qartman əməliyyatı
B) Soltərəfli hemikolektomiya
C) Trasverzostomiya
D) “S”-vari bağırsağın rezeksiyası
E) Sekostoma
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
963) Rektosiqmoid sahənin xaric edilə bilməyən şişinin perforasiyası zamanı göstəriş hansıdır?
A) Perforativ dəliyin tikilməsi, 2 lüləli siqmostoma, qarın boşluğunun drenajı
B) Perforativ dəliyin tikilməsi və bağırsağın ikilüləli şəkildə çıxarılması
C) Perforativ dəliyin tikilməsi, qarın boşluğunun drenə edilməsi
D) Perforativ dəliyə tampon yeridilməsi və bağırsağın birlüləli çıxarılması
E) Sekstoma, qarın boşluğunun drenə olunması
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
964) Düz bağırsağın yuxarı ampulyar hissəsinin xərçəngi zamanı əgər qaraciyərdə solitar metastaz olarsa hansı icra edilir?
A) Kenyu-Mayle üsulu ilə düz bağırsağın ekstirpasiyası.
B) Düz bağırsağın ön aşağı rezeksiyası və qaraciyərin rezeksiyası.
C) İlgəli siqmostomiya, qaraciyər arteriyası şaxənin embolizasiyası və kimyaterapiya
D) Düz bağırsağın ön aşağı rezeksiyası və kimyəvi terapiya.
E) İlgəli siqmostoma və kimyaterapiya.
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |