170) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?
A) Spontan cırılmada
B) Endoskopiya
C) Traxeostomiya
D) Yad cism
E) Narkoz zamanı traxeyanı intubasiya edərkən
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
171) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) Qələvi məhlulu
B) Spirt
C) Fosfor preparatı
D) İsti su
E) Turşu məhlulu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
172) Mədənin kardial hissəsinin xərçəngində radikal müalicə hansı sayılır?
A) Cərrahi müalicə
B) Şua terapiyası
C) Kombinə olunmuş müalicə
D) Şişin elektrokoaqulyasiyası
E) Kimyəvi terapiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
173) Ağ ciyərin dağılması üçün nə xasdır ?
A) Hemopnevmotoraks
B) Qanqusma
C) Pnevmotoraks
D) Rentgenoloji olaraq ağ ciyərin tündləşməsi
E) Hemotoraks
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
174) Ön-yan torakotomiya ilə aparılan sağ ağciyərin yuxarı payının rezeksiyası zamanı 2-ci seqmentin arteriyası hansı elementin işlənməsindən sonra əldə edilir və bağlanılır?
A) Ağ ciyər arteriyasının ön şaxəsi və yuxarı payın seqmentar venaları, yuxarı pay bronxu
B) Ağ ciyər arteriyasının ön şaxəsi
C) Yuxarı pay bronxu
D) Yuxarı ağ ciyər venası
E) 1, 2 və 3 seqmentlərin venaları
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
175) Boyunda döş limfa axarının əldə edilməsi və drenə olunması üçün hansı kəsiklərdən istifadə edilir?
A) Boquş və Byerk kəsikləri
B) Byerk və Jdanov kəsiyləri
C) Şevkunenko və Byerk kəsikləri
D) Struçkov kəsiyi
E) Jdanov və Şevkunenko kəsikləri
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
176) Çəp payarası şırım sağda və solda döş qəfəsinin divarına hansı nahiyyəsinə proyeksiya olunur?
A) 2-ci döş fəqərəsinin ox çıxıntısından 6-cı qabırğanın qığırdağına qədər
B) 4-cü döş fəqərəsinin ox çıxıntısından döş sümüyünün xəncərvari çıxıntısına qədər
C) 3-cü döş fəqərəsinin ox çıxıntısından döş sümüyünün xəncəlvari çıxıntısına qədər
D) 3-cü döş fəqərəsinin ox çıxıntısından 7-ci qabırğanın döş sümüyünə birləşən yerinə qədər
E) 3-cü döş fəqərəsinin ox çıxıntısından 6-cı qabırğanın qığırdağına qədər
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |