Ümumi cərrahiyyə 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Holsted əməliyyatı hansı orqanın xərçənginin müalicəsinin icra edilir?



Yüklə 1,69 Mb.
səhifə4/17
tarix29.05.2018
ölçüsü1,69 Mb.
#52029
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   17

172) Holsted əməliyyatı hansı orqanın xərçənginin müalicəsinin icra edilir?
A) Mədəaltı vəzi

B) Süd vəzi

C) Böyrəküstü vəzi

D) Qaraciyər

E) Mədə
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 66.
173) Dərialtı emfizemsı olan xəstədə cərrah ilk öncə hansı patologiyanın olmasını düşünməlidir?
A) Ağciyərin hematoması

B) Qapaqlı pnevmotoraks

C) Ağciyərin kavernoz vərəmi

D) Açıq pnevmotoraks

E) Ağciyərin emfizeması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 642.
174) Nə üçün boğulmuş yırtıqlar qorxuludur?
A) Təkrari boğulma ehtimalı olduğu üçün

B) Alloplastik materialın qoyulması çətinlik törətdiyi üçün

C) Bitişmələrin yaranma ehtimalı olduğu üçün

D) Boğulmuş orqanın nekrozlaşma ehtimalı olduğu üçün

E) Kəskin ağrı olduğu üçün
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 116.
175) Qasıq kanalının arxa divarını nə təşkil edir?
A) Köndələn əzələ

B) Köndələn fassiya

C) Pupart bağı

D) Qarının xarici çəp əzələsi

E) Qarının xarici çəp əzələsinin aponevrozu
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 638.
176) Hansı yırtıqlarda yırtıq kisəsində bağırsaq divarının hissəvi nekrozu müşahidə edilir?
A) Göbək yırtığında

B) Rixter yırtığında

C) Çəp qasıq yırtığında

D) Sürüşən yırtıqlarda

E) Düz qasıq yırtığında
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 576 səh.

Cərrahiyyədə müayinə üsulları

177) Kəskin qarın zamanı qarın boşluğu hansı kəsiklə açılmalıdır?

A) Pararektal kəsik

B) Laparotom kəsik

C) Volkoviç-Dyakonov kəsiyi

D) Koxer kəsiyi

E) Hər biri ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
178) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olan zaman ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?

A) Koprostaz

B) Plevrit

C) Kəskin appendisit

D) Ginekoloji hər hansı bir xəstəlik

E) Böyrək daşı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
179) Dəridən və qara ciyərdən keçən xolangioqrafiyanın hansı fəsadı ola bilər?

A) Reflüks-ezofaqitə səbəb ola bilər

B) Qanaxma, öd axma, peritonit, xolanqitin kəskinləşməsi və ya kəskin pankreatitin əmələ gəlməsi

C) Öd daşının xoledoxa düşməsi

D) 12 barmaq bağırsaqda xora əmələ gələ bilər

E) Xolangioqrafiyada fəsadlaşma olmur


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
180) Xəstənin ağciyərinin rentgenoloji müayinəsi nədən başlanmalıdır?

A) Birbaşa rentgenoqrafiya

B) Super eksponirə olunmuş rentgenoqrafiyadan

C) Ağciyərin tomoqrafiyası

D) Obzor rentgenoskopiyadan və düz, yan proyeksiyada rentgenoqrafiyadan

E) Bronxoqrafiyadan


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
181) Steatoreya hansı xəstəlik üçün xarakterikdir ?

A) Qaraciyər çatışmazlığı

B) Kron xəstəliyi

C) Postxolesistoektomik sindrom

D) Kəskin pankreatit

E) Xroniki pankreatit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
182) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün ən informativ üsul hansıdır?

A) Doppleroqrafiya

B) Reovazoqrafiya

C) Delbe-Pertes sınağı

D) Fleboqrafiya

E) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
183) Mədə-bağırsaq anastomozlarının çatmamazlığına şübhə olduqda aşağıda göstərilən hansı müayinə məsləhət görülür?

A) Ultrasəs müayinəsi

B) Fibroqastroduodenoskopiya

C) Mədənin kontrast rentgen müayinəsi

D) Qarın boşluğunun obzor rentgenoskopiyası

E) Laparoskopiya


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
184) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır?

A) Təcili fibroqastroduodenoskopiya

B) Laporoskopiya

C) Qarın boşluğunun icmal rentgenskopiyası

D) Mədənin rentgenskopiyası

E) Angioqrafiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
185) 12-barmaq bağırsaq xorasının perforasiyası zamanı cərrahi müdaxilənin adətən hansı sadalanan üsulları tətbiq edilə bilməz?

A) Xoranın tikilməsi, mədənin rezeksiyası

B) Qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

C) Xoranın kəsilib götürülməsi, xoranın tikilməsi, mədənin rezeksiyası, vaqotomiya ilə birgə piloroplastikalar

D) Xoranın kəsilib götürülməsi, vaqotomiya ilə birgə piloroplastikalar

E) Xoranın kəsilib götürülməsi, mədənin rezeksiyası ilə qısa ilgəkdə qastroenteroanastomozun qoyulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
186) Xora xəstəliyinin hansı aşağıdakı ağırlaşmaları zamanı təcili əməliyyat tələb olunur?

A) Mədə çıxacağının stenozu, maliqnizasiya

B) Konservativ saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya, penetrasiya, maliqnizasiya

C) Perforasiya, penetrasiya

D) Konservativ üsulla saxlanılması mümkün olmayan mədə qanaxması, perforasiya

E) Penetrasiya, mədə çıxacağının stenozu


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

187) Xora xəstəliyi səbəbi ilə aparılmış mədənin rezeksiyası nəticəsində hansı sindrom çox vaxt meydana çıxır?

A) Dempinq-sindrom, hipoqlikemik sindrom

B) Anastomozun peptiki xorası, gətirici ilgək sindromu

C) Dempinq-sindrom, hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu

D) Hipoqlikemik sindrom, «Kiçik mədə» sindromu

E) Hamısı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
188) Diafraqmanın qida borusu dəliyinin yırtığı üçün nə xarakterik deyil?

A) Reflüks-ezofagit, öskürək ekstrakardial stenokardiya

B) Disfagiya, qanaxma

C) Mədə xorasının əmələ gəlməsi, ishal

D) Boğulma, ekstrakardial stenokardiya

E) Reflüks-ezofagit, ekstrakardial stenokardiya


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
189) Qadınlarda kəskin pankreatitin inkişafına əsasən nə səbəb olur?

A) Qarnın travması

B) Xroniki xolesistit

C) Hamiləlik

D) Kortikosteroidlərin istifadəsi

E) Qaraciyər sirrozu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
190) Hansı əlamətlər xolangit üçün xarakterik deyil?

A) Hektik tipli qızdırma, hepatitlər, qara ciyərin böyüməsi

B) Kolit, dalağın böyüməsi, qara ciyərin böyüməsi

C) Hektik tipli qızdırma, kolit, qara ciyərin böyüməsi

D) Hektik tipli qızdırma, kolit, dalağın böyüməsi

E) Hepatitlər, kolit, dalağın böyüməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
191) Eyni ərazidə yaşayan insanlarında ur xəstəliyinin olmasını nə kimi qiymətləndirmək mümkündür?
A) Kütləvi tireotoksikoz

B) Tirеoidit

C) Sporаdik ur

D) Epidemik ur

E) Endemik ur
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məslələr" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
192) Poliklinikada cərrah Bazedov xəstəliyi olan xəstəni müayinə edərkən hansını aşkarlamaya bilər?
A) Bradikardiyanı

B) Ekzoftalmı

C) Taxikardiyanı

D) Ürəyin zirvəsində diastolik küyü

E) Uru
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məslələr" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
193) Cərrah aşağıdakılardan hansının diffuz toksiki urun sinonimi olduğunu bilməlidir?
A) Menetriye xəstəliyi

B) Pеnkost xəstəliyi

C) Botkin xəstəliyi

D) Pedcet xəstəliyi

E) Qrevs - Bazedov xəstəliyi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
194) Xəstə poliklinikada müayinə olunarkən düyünlü urun eutirеoid vəziyyəti aşkarlanmışdır. Bu əsas mübadilənin hansı səviyyəsində mümkündür?
A) + 30 %

B) + 60 %

C) + 40 %

D) + 90 %

E) + 10 %
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
195) 47 yaşlı xəstədə ikitərfli fibroz - kistoz diffuz mastopatiyadan şübhələnirsiniz. Gilədən ifrazat yoxdur. Sadalananlardan hansı diaqnozu dəqiqləşdirməyə kömək edir?

1. kontrastsız mammoqrafiya

2. sutkalıq sidikdə estrogenlərin təyini

3. kontrast mammoqrafiya

4. punktatın sitoloji müayinəsi

5. döş qəfəsinin rentgenoskopiyası
A) 1, 2, 4

B) 1, 3, 4

C) Yalnız 3

D) 1, 4


E) 1, 2, 3
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
196) Menstrual sikli pozulmayan 44 yaşlı qadında sağ süd vəzinin aşağı tış kvadrantında 3 sm diametrində bərk, hamar, ağrısız düyün təyin olunur. Bu törəməni aşağıdakılardan hansı ilə differensiasiya etmək lazımdır? Bütün düzgün cavabları seçin.

1. fibroma ilə

2. lipoma ilə

3. kistoma ilə

4. fibroz - kistoz mastopatiya ilə

5. adenoma ilə
A) 3, 4, 5

B) 1 , 2, 3, 4, 5

C) 1, 2, 3

D) 1, 3, 5

E) Yalnız 4
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
197) Qadının süd vəzində kiçik bir törəmə əllənir, gilədən qanlı ifrazat var. Siz nədən şübhələnirsiniz?
A) Fibroz - kistoz mastopatiya

B) Pecet xərçəngi

C) Qalaktosele

D) Axacaqdaxili papilloma

E) Mastodiniya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
198) Kontrastsız mammoqrafiyaya göstərişdir:

1. kütləvi müayinə

2. mastektomiya olunmuş xəstədə qalıq süd vəzinin müşahidəsi

3. vəzidə çoxsaylı kistalar olduqda

4. əllənə bilməyən böyük süd vəzi olduqda

5. süd vəzindən qanlı ifrazat olduqda
A) 1, 2, 4

B) 1, 2, 5

C) 1, 2, 3, 4, 5

D) 1, 5


E) 1, 3
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
199) Süd vəzi xərçənginin diaqnostikasında daha çox əhəmiyyət kəsb edir:

1. sutkalıq sidikdə estrogenlərin təyini

2. qanda katexolaminlərin təyini

3. ekstsizion biopsiya

4. kontrastsız mammoqrafiya

5. punksion biopsiya
A) 1, 2, 4

B) 1, 4, 5

C) 3, 4, 5

D) 1, 3


E) 1, 3, 5
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
200) Cərrah xəstənin döş qəfəsini perkussiya edərkən Damuazo xətti aşkarlayır. Bu hansı xəstəlik üçün xarakterikdir?
A) Pnevmоtoraks

B) Hemоtoraks

C) Perikardit

D) Eksudativ plevrit

E) Diafraqmaaltı abses
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
201) Əməliyyatdan sonrakı atelektazın qarşısını almaq üçün istifadə edilən effektiv metod hansıdır?
A) Tənəffüs gimnastikası

B) Döş qəfəsinə banka qoyulması

C) Ciddi yataq rejimi

D) Vaqosimpatik blokada

E) Fibrobronxoskopiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
202) Hansı müayinə üsulu aşağı ətrafların kommunikant venalarının qapaq aparatının vəziyyətinin öyrənilməsində əhəmiyyət kəsb etmir?
A) Troyanov - Trendelenburq sınağı

B) Ultrasəs doppleroqrafiyası

C) Aşağı ətrafların angioqrafiyası

D) Marş sınağı

E) Distal fleboqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
203) Soxulcanvari çıxıntının yüksək yerləşməsi zamanı, kəskin appendisitlə kəskin xolesistit diaqnozunu differensiasiya etmək üçün ilk növbədə hansı müayinə aparılmalıdır?
A) Qarın boşluğu üzvlərinin USM - si

B) Laparosentez

C) Peroral xolesistoqrafiya

D) Qarın boşluğunun icmal rentgenoqrafiyası

E) Laparoskopiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
204) Sağ aşağı ətraf diz oynağından bükülmədən yuxarı qaldırılmış vəziyyətdə ileosekal nahiyyəni palpasiya etdikdə ağrının güclənməsi hansı simptom üçün xarakterikdir?
A) Obrazsov

B) Voskresenski

C) Şötkin - Blümberq

D) Sitkovski

E) Bartomye - Mixelson
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
205) Kəskin appendisitlə kəskin kalkulyoz xolesistitin differensial diaqnostikasında nədən istifadə etmək lazımdır?
A) Oral xolesistoqrafiya

B) Kolonoskopiya

C) Qarın boşluğunun icmal rentgenoskopiyası

D) USM


E) Qanın klinik analizi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
206) Kəskin appendisitlə 12 - barmaq bağırsağın qapalı perforativ xorasının differensial diaqnostikasında hansı xüsusi müayinə üsulundan istifadə etmək lazımdır?
A) Irriqoskopiya

B) Qarın boşluğunun ultrasəs müayinəsi

C) Kolonoskopiya

D) Qarın boşluğunun icmal rentgenoskopiyası

E) Kompüter tomoqrafiyası
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
207) Hansı müayinə metodu kəskin appendisitlə uşaqlıqdan kənar hamiləliyi differensiasiya etməyə imkan verir?
A) Dinamikada leykositoz

B) Uşaqlıq yolundan arxa tağın punksiyası

C) Hipertermiya

D) Icmal rentgenoskopiya

E) Rektal və vaginal müayinə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
208) Hansı müayinə kəskin appendisit diaqnozunun qoyulmasında xüsusi əhəmiyyət kəsb etmir?
A) Qarın boşluğunun palpasiyası

B) Irriqoskopiya

C) Qanın klinik analizi

D) Uşaqlıq yolunun müayinəsi

E) Barmaqla rektal müayinə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
209) Hansı simptom və ya müayinə üsulu kəskin appendisitin çanaq yerləşməsinin dəqiqləşdirilməsində əhəmiyyət kəsb edir?
A) Şötkin - Blümberq simptomu

B) Sağ qalça çuxuru nahiyyəsində əzələ gərginliyinin olması

C) Rektal müayinə

D) Koxer - Volkoviç simptomu

E) Rovzinq simptomu
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
210) Ağırlaşmamış öddaşı xəstəliyi üçün optimal diaqnostika üsulu hansıdır?
A) Duodenal zondlama

B) Retroqrad xolangiopankreatoqrafiya

C) Ultrasəs müayinəsi

D) Laparoskopiya

E) Qaraciyərdən xolangioqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
211) Perkussiya zamanı qaraciyər kütlüyünün itməsinə səbəb olan xəstəlik aşağıdakılardan hansıdır?
A) Ürək çatışmazlığı

B) Qaraciyərin sağ payında fəsadlaşmamış hidatik kist

C) Mədə və 12 - barmaq bağırsaq xorasının perforasiyası

D) Xroniki ağciyər emfizeması

E) Artan zəiflik
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том, стр.302.
212) Erkən dempinq-sindrom zamanı ən effektiv instrumental müayinə üsulu hansıdır?
A) Xəstəyə 150 ml 50% -li qlükoza məhlulu verməklə dempinq reaksiyanı gücləndirmək

B) Qanda qlükozanın təyini

C) KT( Kompüter tomoqrafiyası)

D) Ultrasəs müayinəsi (USM)

E) Kontrastla rentgen müayinə
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 447.
213) Volkoviç-Koxer əlaməti hansı xəstəliyin diaqnozunun qoyulmasında kömək edir?
A) Kəskin ooforit

B) Mədə xorasının perforasiyası

C) Mezodenit

D) Kəskin appendisit

E) Kəskin xolesistit
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 24.
214) Endoskopik müayinə zamanı mədənin kardial hissəsinin selikli qişasının cırılması müşahidə edilmişdir. Bu hansı sindromdur?
A) İtsenko-Kuşinq sindromu

B) Qastro - vaqal sindrom

C) Yakuboviç sindromu

D) Mendelson sindromu

E) Mellori-Veys sindromu
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 366.
215) Sağ qalça çuxurunda ağrı, ürəkbulanma, 38°C temperatur və iştahsızlıq şikayətləriylə klinikaya daxil olan xəstəyə ilk yanaşma necə olmalıdır?
A) Qarin boşluğunun icmal R - skopiyası

B) Fizikal müayinə

C) USM

D) FQDS


E) Diaqnostik laparoskopiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 24.
216) Süd vəzini sıxdıqda vəzin giləsindən qanlı ifrazat gəlir.USM müayinədə heç bir potologiya aşkarlanmadı. Diaqnoz nədir?
A) Fibroadenoma

B) Fibrosarkoma

C) İnvaziv xərçəng

D) Kista


E) Axacaqdaxili papilloma
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 150.
217) Barret qida borusunun diaqnozunun təsdiq edilməsində hansı müayinə üsulunun rolu daha böyükdür?
A) USM

B) Histoloji

C) Bariumlu R - qrafiya

D) Ezofaqoskopiya

E) Rentgenoqrafiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 142.
218) İki il əvvəl mastektomiya olunmuş xəstədə kürək ağrıları başlamışdır.Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinə metodundan istifadə etmək lazımdır?
A) Lumbosakral R - qrafiya

B) Onkomarkerlərin yoxlanması

C) Sümuk sintiqrafiyası

D) Mammoqrafiya

E) Punksiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 70.
219) Qaraciyər exinokkunun diaqnostikasında aşağıdakı müayinə metodlarından hansını tətbiq etmək olmaz?
A) Qaraciyər sintiqrafiyası

B) USM


C) Casoni testi

D) Qarın boşluğunun icmal R-skopiyası

E) Qaraciyərin iynə biopsiyası
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 71.
220) Laparoskopik xolesistektomiya üçün hansı yanlışdır?
A) Öd yollarının zədələnmə riski azdır

B) Öd yollarında geniş manipulyasiyalar aparmaq mümkündür

C) Xəstələr daha tez ayağa qalxır

D) Yırtıq əmələ gəlmə riski azdır

E) Əməliyyatdan sonrakı dövrdə bitişmə əmələ gəlmə riski azdır
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 480.
221) Kəskin bağırsaq keçməməzliyi zamanı ən informativ müayinə hansıdır?
A) Kolonsokopiya

B) Angioqrafiya

C) Laparoskopiya

D) Qarın boşluğunun icmal rentgenoskopiyası

E) Kompyuter tomografiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 56 səh.
222) Yoğun bağırsağın xərçənginin skrininqində əvəzolunmaz müayinə metodu hansıdır?
A) Fibroqastroduodenoskopiya

B) Kolonoskopiya

C) Biopsiya götürmək

D) Anoskopiya

E) USM
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр. 221-ci səh.
223) Palatada xəstəni müayinə eden cərrah sağ qabırğaaltı nahiyyəni palpasiya edərkən xəstəyə dərin nəfəs almasını söyləyir.Bu zaman xəstə ağrının gücləndiyini deyir. Bu hansı simptomdur?
A) Merfi

B) Ortner

C) Rovzinq

D) Volkoviç - Koxer

E) Şötkin - Blümberq
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 138 səh.
224) Venoz sistemdə anatomo-morfoloji dəyişikliklərin dəqiq müəyyən edilməsi üçün hansı müayinə metodu “qızıl standart” hesab olunur?
A) Ultrasəs angioskanlama

B) Maqnit-rezonans tomoqrafiya

C) Rentgenkontrast fleboqrafiya

D) Ultrasəs dopplerqrafiya

E) Radioizotop flebossintiqrafiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 574 səh.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin