Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 111. Kooperativdə idarəetmə



Yüklə 0,51 Mb.
səhifə113/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   109   110   111   112   113   114   115   116   ...   904
Maddə 111. Kooperativdə idarəetmə

 

111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz.



111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:

111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək;

111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın;

111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq;

111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək;

111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək;

111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək;

111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.

111.4. Kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər.

111.5. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır.

111.6. Üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativin nizamnaməsinə uyğun olaraq müvəkkillərin yığıncağı şəklində keçirilə bilər. Müvəkkillərin sayı kooperativ üzvlərinin sayı nəzərə alınaraq müəyyənləşdirilir. Müvəkkillər kooperativin nizamnaməsində, aşağıdakılar da daxil olmaqla, nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu ilə seçilir: müvəkkil seçilən kooperativ üzvlərinin sayı; müvəkkillərin səlahiyyətlərinin müddəti; onların seçilmə qaydası. Müvəkkillər öz səlahiyyətlərini başqa şəxslərə, o cümlədən kooperativ üzvlərinə verə bilməzlər. Bu Məcəllənin və kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi yığıncağı barədə müddəaları müvəkkillərin yığıncağına da şamil edilir.

111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır.

111.9. Kooperativin müşahidə şurası yaradıldıqda onun üzvlərinin sayı və səlahiyyət müddəti kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən müəyyənləşdirilir. Müşahidə şurasının iclası zərurət olduqda, lakin yarım ildə bir dəfədən az olmayaraq çağırılır. Müşahidə şurasının iclaslarının keçirilməsi qaydaları kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən müşahidə şurası, yaxud onun ayrı-ayrı üzvləri onların səlahiyyət müddəti bitməzdən əvvəl geri çağırıla bilər.

111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

111.11. Əgər idarə heyəti yaradılmışdırsa, nizamnamədə sədrin və idarə heyətinin səlahiyyətləri (təkbaşına və kollegial qaydada həyata keçirilən səlahiyyətlər) ayrıca göstərilməlidir.

111.12. Kooperativin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədi ilə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativ üzvlərinin sayı əllindən çox olduqda təftiş komissiyası (azı üç nəfərdən ibarət), kooperativ üzvlərinin sayı əllidən az olduqda isə müfəttiş seçir.

111.13. Kooperativin təftiş komissiyası (müfəttişi):

111.13.1. maliyyə-təsərrüfat ilinin nəticələrinə görə kooperativin maliyyə vəziyyətini yoxlayır;

111.13.2. kooperativ üzvlərinin ümumi yığıncağının, müşahidə şurasının sayı on faizdən artıq olan üzvlərin tələbi ilə, habelə öz təşəbbüsü ilə kooperativin maliyyə-təsərrüfat fəaliyyətini növbədənkənar yoxlayır.

111.14. Kooperativin təftiş komissiyası (müfəttişi) yoxlamanın nəticələrinə əsasən kooperativin idarəetmə orqanlarına rəy təqdim edir. Müşahidə şurası və ya idarə heyəti (sədr) yoxlamanın nəticələrinə nizamnamədə nəzərdə tutulmuş qaydada baxır və müvafiq qərar qəbul edir. Qərarla razılaşmadıqda təftiş komissiyası (müfəttiş) kooperativ üzvlərinin ümumi yığıncağa müraciət edə bilər.

111.15. Nizamnamədə nəzərdə tutulmuş hallarda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən təftiş komissiyası, yaxud onun ayrı-ayrı üzvləri və ya müfəttiş səlahiyyət müddəti bitməzdən əvvəl geri çağırıla bilər.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin