Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı
340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Maddə 341. Qeyri-ciddi əqdin etibarsızlığı
341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır.
341.2. Qeyri-ciddi əqd nəticəsində digər tərəfə zərər dəydikdə, əgər digər tərəf əqdin qeyri-ciddiliyindən xəbərdar olmamışdırsa və xəbərdar ola bilməzdisə, zərərin əvəzi ödənilməlidir.
Dostları ilə paylaş: |