Maddə 403-1. Törəmə maliyyə alətləri
403-1.1. Törəmə maliyyə aləti hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız, valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər.
403-1.2. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
403-1.3. Törəmə maliyyə alətlərinə fyuçers, opsion və svop aiddir.
403-1.4. Fyuçers baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alğı-satqısı üzrə törəmə maliyyə alətidir.
403-1.5. Opsion sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir.
403-1.6. Svop iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə alətidir.
Dostları ilə paylaş: |