Ümumi HİSSƏ Birinci bölmə GİRİŞ MÜDDƏalari


Maddə 786. Tapşırıq müqaviləsinin qüvvəsinə xitam verilməsi



Yüklə 0,51 Mb.
səhifə545/904
tarix05.01.2022
ölçüsü0,51 Mb.
#111609
1   ...   541   542   543   544   545   546   547   548   ...   904
Maddə 786. Tapşırıq müqaviləsinin qüvvəsinə xitam verilməsi

 

786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.



786.2. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir.

786.3. Əgər tapşırıq müqaviləsinin qüvvəsinə bu Məcəllənin 786.2-ci maddəsinə əsasən xitam verilməsi nəticəsində və ya vəkalət verənin təqsiri olmadan müqavilənin vəkalət alan tərəfindən ləğv edilməsi nəticəsində vəkalət verənin mənafelərinin müdafiəsi təhlükəyə məruz qalarsa, vəkalət alan, onun vərəsəsi və ya onun nümayəndəsi vəkalət verənin, onun vərəsəsinin və ya onun nümayəndəsinin tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərini davam etdirməyə qadir olmasınadək bu münasibətlərin davam etməsi qayğısına qalmalıdırlar.

786.4. Tapşırıq müqaviləsinə xitam verilməsi vəkalət alana məlum olanadək onun həyata keçirdiyi əqdlərdən vəkalət verən və ya onun vərəsəsi üçün tapşırıq müqaviləsinə xitam verilmədiyi halda əmələ gələ bilən öhdəliklər əmələ gəlir.

786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   541   542   543   544   545   546   547   548   ...   904




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin