Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı



Yüklə 64,96 Kb.
tarix21.10.2017
ölçüsü64,96 Kb.
#7418
növüMühazirə


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

ETR 211- Semiconductor devices and modeling (Yarımkeçirici qurğular və modelləşmə)-3 kredit

Departament

Elektronika, telekomunikasiya və radiomühəndislik

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız, 2013

Fənni tədris edən müəllim

Nuru Səfərov, Ph.D., BEA professoru

E-mail:

Nsafarov@khazar.org

Telefon:

(+994 12) 421-10-93 (daxili 255)

Mühazirə otağı/Cədvəl

#417, Cümə 13:40-16:30

Məsləhət saatları

Cümə axşamı, 15:00 – 16:30

Prerekvizitlər

Fizika

Tədris dili

Azəri

Fənnin növü (məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Ədəbiyyat

1.N.Ə.Səfərov, Əhmədov Q.M. Radioelektronikanın əsasları. Bakı,MBM, 2009, 188s.



Əlavə ədəbiyyat

1. A.I.Lebedev.Yarımkeçirici qurğuların fizikası. М, Fizmatlit, 2008, 488 s.

2. S.Zi. Yarımkeçirici qurğuların fizikası. 2 kitabda. M, Mir, 1984.

3. M.Şur. Yarımkeçirici qurğuların fizikası. 2 kitabda. М, Mir, 1992.



Kursun vebsaytı

Bu kurs onlayn öyrənmə ilə ənənəvi birbaşa tədrisi özündə kombinə edir. Moodle platformasında tədrisi dəstəkləmək üçün resursların geniş diapazonunu təmin etmək məqsədi ilə istifadə edilir. Bütün kurs daxil olmaqla materialları məhdudlaşdırmadan əlaqələndirir. Tədris proqramı, əlavə mütaliələr və tapşırıqlar kurs vebsaytında -də verilir. Tələbələrin qiymətləndirilməsi də həmçinin Moodle-də elan ediləcək. Tələbələr müntəzəm olaraq Moodle vasitəsilə lektor ilə ünsiyyət saxlaya bilərlər.

Tədris metodları

Mühazirə

x

Qrup müzakirəsi

x

Praktiki tapşırıqlar

x

Praktiki məsələnin təhlili

x

Digər

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Praktiki məsələ







Fəallıq







Tapşırıq və testlər




20

Kurs işi (Layihə)




10

Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər







Yekun




100

Kursun təsviri

Yarımkeçirici qurğular və modelləşmə kursunda yarımkeçiricilərdə yükdaşıyıcılar, elektrik keçiriciliyi, yükdaşıyıcıların diffuziyası, zona strukturu, aşqar yarımkeçiricilər haqqında bilgilər verilir, yarımkeçirici əsaslı ideal diod, p-n keçid, diodun volt-amper xarakteristikası, onların tətbiqi, o cümlədən düzləndirici, stabilitron, varikap kimi elementlərin iş prinsipi araşdırılmışdır. Kursda həmçinin tranzistorun quruluşu, yük və potensialların paylanması, onun dördqütblü timsalında tədqiqi, sahə tranzistorunun strukturu və iş prinsipi, keçid və çıxış VAX topluları analiz edilmişdir.

Kursun məqsədləri

Bu kurs Xəzər Universitetinin elektronika ixtisası üzrə tələbələr üçün işlənib hazırlanmışdır.

Kursun məqsədləri:

  • Yarımkeçirici diodların iş prinsipini öyrənmək və onlar əsasında müxtəlif elektron sxemlərin qurulması

  • Yarımkeçirici bipolyar və unipolyar tranzistorlar əsasında müxtəlif elektron sxemlərin işlənməsi

  • Funksional elektronikanın cihazları ilə tanışlıq və onlardan sensor timsalında istifadə olunması

  • Yarımkeçirici strukturların hazırlanma texnologiyasının öyrənilməsi

  • Tədris boyunca tələbələri əyani olaraq yarımkeçirici cihazlarla tanış etmək

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonuna tələbələr bu bacarıqlara malik olmalıdır:

  • Yarımkecirici elementlər əsasında işlək elektron sxemlərin qurulması

  • Ölçü cihazları vasitəsilə detalların parametrlərinin ölçülməsi

  • Ossilloqraf vasitəsi ilə giriş və çıxış siqnallarının izlənməsi

  • Verilənlərin kompyutora ötürülməsi və emalı

Qaydalar (Tədris siyasəti və davranış)

  • Sinif üçün hazırlıq

Bu kursun strukturu sinifin xaricində sizin fərdi tədqiqatınızı və hazırlığınızı çox vacib edir. Mühazirə materialı mətndə təqdim edilən əsas məsələlər üzərində fikrini cəmləşdirəcək. Kursdan əvvəl təyin edilmiş fəsilləri oxumaq və onlarla bir qədər tanışlığa malik olmaq mühazirənin başa düşmənizə çox kömək edəcək. Mühazirənin və ya fəsilin sonunda siz tipik imtahan suallarını, qeydlərinizi, həll edilmiş problemləri və hadisələri öyrənməlisiniz.


  • Effektivlik (keçid /uğursuzluq)

Bu kurs ardıcıl olaraq Mühəndislik fakultəsinin apardığı qiymətləndirmə siyasətini ciddi izləyir. Beləliklə, tələbə kursdan normal olaraq keçmək üçün ən azı 60% həddi aşmalıdır. Müvəffəqiyyətsizlik halında, o növbəti müddət və ya ili kursu təkrar etməyə məcbur olacaq.


  • Yalan/ plagiat

Yoxlama sorğuları, aralıq və buraxılış imtahanları ərzində aldadaraq və ya başqa plagiatdan istifadə nəticədən imtinaya gətirəcəkdir. Bu halda tələbə avtomatik olaraq heç bir müzakirələrsiz sıfır (0) alacaq.


  • Professional davranış direktivləri

Tələbələr sinif saatları ərzində professional olaraq əlverişli akademik ətraf mühiti yaratmaq üçün davranacaqlar. Kursa aid olmayan müzakirələr və qeyri-etik davranış ciddi qadağan edilir.


Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

20/09/2013


Giriş. Yarimkeçiricilər.
Yarımkeçiricilərdə yükdaşıyıcılar
Yarımkeçiricilərin elektrik keçiriciliyi
Yükdaşıyıcıların diffuziyası
Yarımkeçirici qurğuların təsnifatı.

III fəsil

3.1-3.3


2

27/09/2013


p-n-keçidlərdə potensial baryeri.

p-n-keçidlərdə elektrik sahəsinin və potensialın yayılması.

Yarımkeçiricilərin zona strukturu.

Aşqar yarımkeçiricilər.

Yarımkeçiricilərin əsas xarakteristikaları


III fəsil

3.4-3.5


3

04/10/2013


p-n-keçidlərdə cərəyan şiddəti.

Qeyri-əsas yükdaşıyıcıların injeksiyası.

Yarimkeçirici diod. İdeal diod.

Tempeturun diodun xarakteristikasına təsiri, maksimal iş temperaturu.



IV fəsil

4.1-4.2


4

11/10/2013

p-n keçid
Diodun volt-amper xarakteristikası p-n-keçidlərdə deşilmə zamanı tunel mexanizmi.

IV fəsil

4.2-4.3


5

18/10/2013

Diodlarin tətbiqi
Aktiv yüklü biryarımperiodlu düzləndirici
Tutum filtrli biryarımperiodlu düzləndirici
İkiyarımperiodlu düzləndirici

V fəsil

5.1-5.3


6

25/10/2013

Yarımkeçirici qurğular

Stabilitron


Varikap

V fəsil

5.4-5.5


7

01/11/2013

Tranzistor

Tranzistorun quruluşu, yük və potensialların paylanması

Tranzistorun aktiv rejimi


VI fəsil

6.1-6.2


8

08/11/2013

Aralıq imtahan




9

15/11/2013

Baza modulyasiyası. ÜB sxemin volt-amper xarakteristikası

Ümumi emitterli sxem, giriş və çıxış VAX-ı toplusu

Tranzistor dördqütblü kimi


VI fəsil

6.3-6.5


10

22/11/2013

Sahə tranzistoru

Sahə tranzistorunun strukturu və iş prinsipi



VII fəsil

7.1


11

29/11/2013

Sahə tranzistorunun keçid və çıxış VAX toplusu


VII fəsil

7.2


12

06/12/2013


Funksional elektronika

Optoelektron cihazlar

Fotorezistorlar

Fotodiod


XVIII fəsil

18.1


13

13/12/2013

Fototranzistor

İşıqdiodu



XVIII fəsil

18.1


14

20/12/2013

Akustoelektronika

Dielektrik elektronikası

Xemotronika


XVIII fəsil

18.2-18.4



15

27/12/2013

Yarımkeçirici texnologiyası
Epitaksiya. Termik oksidləşmə. Legirə olunma

Fotolitoqrafiya. İnteqral sxemlərdə elementlərin izolyasiyası



XIX fəsil

19.1-19.3









Final imtahan




Yüklə 64,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin